Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2685/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, şikayətçi X5 iştirakı ilə, X5 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 11 fevral 2026-cı il tarixdə saat 00:30-da Bakı şəhəri,- Xətai rayonu, Xocalı prospektində dostum X1 mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi "VAZ 2107" markalı, 90-HR- 087 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkət edərkən polis əməkdaşı 99-YP- 337 dövlət nömrə nişanlı DYPnə məxsus avtomobillə ona durma barədə işarə etmiş və o avtomobili durdurmuşdur. Özünü yol-patrul xidməti inspektoru, polis serjantı Samir kimi təqdim edən şəxs ona idarə etdiyi avtomobilin arxasının aşağı olmasını deyib avtomobilin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin cərimə meydançasına aparılmalı olduğunu bildirdi. O, avtomobilinin arxa yaylarının kəsik olmadığını bildirsə də, Samir adlı polis əməkdaşı təkidlə onu polis idarəsinə dəvət edərək qeyd etdiyi xüsusatların orada araşdıralacağını bildirmiş və avtomobilini idarə edib Bakı şəhəri Xətai RPİ-nin cərimə meydançasına yerləşdirmişdir. Onu da qeyd edir ki, polis serjantı Samir adlı şəxs tərəfindən avtomobili saxlanılarkən barəsində hər hansı protokol tərtib olunmamış, hüquq və vəzifələri ona izah olunmamışdır, ümumiyyətlə hansı əsasla avtomobili cərimə meydançasına aparılması barədə ona hər hansı sənəd təqdim edilməmişdir. Avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra Samir adlı polis əməkdaşı və adını bilmədiyi başqa bir polis əməkdaşı narahat olmamağını, avtomobilin cərimə meydançasına aparılması barədə rəislərinin göstərişi olmasını, növbəti gün heç bir problem olmadan avtomobilini cərimə meydançasından təhvil verəcəklərini demişlər. 11 fevral 2026-cı il tarixdə saat 12 radələrində Bakı şəhəri Xətai RPİ-nin cərimə meydançasına gedib adını bilmədiyi polis əməkdaşı ilə danışdıqda avtomobilin cərimə meydançasından çıxarılması üçün Bakı şəhər Baş X10 İdarəsində 30cu otaqda əyləşən Arzuman adlı şəxsə yaxınlaşmağı və həmin şəxsin ona nə etməli olduğu haqqında məlumat verəcəyini dedi. O, təkrar göstərilən ünvana getsə də, Arzuman adlı şəxs ona avtomobilə onun iştirakı ilə mütəxəsislərin baxış keçirəcəyini, avtomobildə konstruksiya dəyişikliyi olmadığı halda avtomobilin cərimə meydançasından buraxılacağını demişdir. Qeyd edir ki, o özü fəhlə olduğu üçün avtomobilinin baqaj hissəsində çoxsaylı yük olsa da, Bakı şəhəri Xətai RPİ-nin əməkdaşları onu gözləmədən polis əməkdaşları avtomobilinə baxış keçirmişdir. Həmin baxış zamanı heç bir avtomobil mütəxəssisi iştirak etməmiş, həmçinin bu barədə heç bir sənəd tərtib edilməmişdir. O, cərimə meydançasına gəldiy zaman artıq baxışın yekunlaşmasını demişlər. Buna görə də avtomobildə konstruksiya dəyişikliyinin olduğu bildirilmişdir. Tanımadığı polis əməkdaşları ona “belə maşın olur?” deyərək yayların qızdırıldığını dedilər. O, polis əməkdaşları ilə razılaşmadığı üçün avtomobilini cərimə meydançasından çıxara bilməmişdir. Əlavə olaraq bildirir ki, "VAZ 2107" markalı, **-HR-*** dövlət nömrə nişanlı minik avtomobili xx.xx.2022-ci ildən dostu Qəhrəman Mustafayevin mülkiyyətindədir, 23 yanvar 2026-cı il tarixdə etibarnamə əsasında həmin avtomobili idarə edir, avtomobil 2022, 2023, 2024, 2025 və 2026-cı illərdə hazırda üzərində olan yaylarla texniki baxışdan keçirilib, qeyd olunan müddət ərzində onun və ya dostu Qəhrəman Mustafayev tərəfindən avtomobilin arxa yayları dəyişdirilməmişdir, ümumiyyətlə avtomobilin yayları üzərində hər hansı dəyişiklik edilməmişdir. O, polis əmkdaşlarına yayları kəsmədiyini və ümumiyyətlə yayların konstruksiyasına hər hansı dəyişiklik etmədiyini bildirib tətbiq olunacaq cərimə ilə razılaşmayacağını və aidiyyəti üzrə məhkəməyə şikayət edəcəyini bildirmişdir. Bundan sonra, onun iştirakı olmadan 11 fevral 2026-cı il tarixdə saat 00:52-də inzibati xəta törtməyi ilə bağlı 11 fevral 2026-cı il tarixdə günorta saatlarında avtomobil Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə 150 (bir yüz əlli) manat cərimə olunması barədə mesaj gəlmişdir. Bundan sonra, o Bakı şəhəri Xətai RPİ-də bir daha getməmişdir. Lakin o ümumiyyətlə inzibati xəta törətməyi ilə razı olmadığı üçün iştirakı ilə protokol tərtib olunmadan, vəsatətinin olub-olmaması yoxlanılmadan və izahatı alınmadan barəsində protokol tərtib edilməsi ilə razı deyil. Həmçinin qeyd edir ki, o, barəsində tərtib edilmiş 11 fevral 2026-cı il tarixli, ******* №-li protokol və xx.xx.2026-cı il tarixli, TP ******* №-li qaərarın surətini xx.xx.2026-cı il tarixdə özünün Bakı şəhəri Xətai RPl-nin əməkdaşlarından tələb etməyindən sonra əldə edə bilmişdir. Polis mayoru X2 qəbul etdiyi həmin qərar və tərtib etdiyi protokol qanunsuz və əsassız olmaqla Azərbaycan Respublikası İXM-nin prosessual tələblərinin kobul surətdə pozulması ilə qəbul edilmişdir. Belə ki, polis serjantı Samir adlı şəxs tərəfindən saxlanılarkən müvafiq protokol tərtib edilməyib, avtomobili cərimə meydançasına aparılması ilə bağlı ona hər hansı sənəd təqdim edilməyib, onun nzibati xəta törətməkdə təqsirini sübut edən dəlilləri ona təqdim edilməyib, inzibati xəta hadisəsi törətməyi ilə bağlı razı olub-olmamağımı soruşmayıb, vəsatətinin olub-olmaması yoxlanılmayıb, izahatı alınmayıb, Azərbaycan Respublikası İXM-də nəzərdə tutulan hüquq və vəzifələri ona izah edilməyib, avtomobili cərimə meydançasına aparıldıqdan sonra protokolla razı olmadığı halda 11 fevral 2026-cı il tarixdə onun iştirakı olmadan Azərbaycan Respublikası İXM-nin prosessual tələbləri kobud şəkildə pozulmaqla barəsində müvafiq protokol tərtib olunmaqla polis mayoru Arzuman Arzumanlı tərəfindən Azərbaycan Respublikası İXM- nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinməyi barədə qanunsuz və əsassız qərar qəbul olunub. Hətta qeyd edir ki, avtomobili saxlanıldığı zaman polis mayoru Arzuman Arzumanlı hadisə yerində ümumiyyətlə olmamışdır. Arzuman Arzumanlı birbaşa aşkar etmdiyi hadisə barədə necə protokol tərtib edə bilərdi?(hadisə zamanı çəkilmiş videoçəkiliş olduğu üçün həmin videoçəkilişi də ərizəsinə əlavə edirm. Əgər avtomobili Arzuman Arzumanlı tərəfindən saxlanılmış və protokol tərtib edilmişdirsə, bu barədə yaxa və avtomobil kamerasında olan qeydiyyatların məhkəmə tərəfindən götürülməsini xahiş edir.) 11 fevral 2026-cı il tarixdə elektron qaydada tərtib olunmuş, İXP ******* nömrəli protokol və 03 mart 2026-cı il tarixli, TP ******* nömrəli qərar aşağıda göstərilənlərə görə ləğv edilməlidir: Azərbaycan Respublikası İXMnin 124.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinməyim barədə inzibati qərarın qəbul olunmasına “əsas” olan İXP ******* nömrəli protokol avtomobilim saxlanılan zaman dərhal tərtib olunub ona təqdim edilməli idi. Hesab edək ki, həmin vaxt yol-patrul xidmətinin əməkdaşı qeyd oluna protokolu texniki səbəblərdən ona təqdim edə bilmirdi, belə olan halda Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinə əsasən protokol ən geci günün sonuna kimi, yəni 11 fevral 2026-cı il tarixdə tərtib edilib ona təqdim edilməli idi. Lakin qeyd olunan normalara polis mayoru Arzuman Arzumanlı tərəfindən kobud surətdə pozulmuş, həmin gün protokol tərtib edilməmiş, hər hansı protokol və ya rəsmi sənəd olmadan avtomobili cərimə meydançasına yerləşdirilmişdir. O, inzibati xəta törətməyi ilə razılaşmadığı halda onun vəsatəti olub-olmaması aydınlaşdırılmadan və izahatı alınmadan barəsində inzibati məsuliyyətə cəlb olunmağı barədə qərar qəbul edilib. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol-Patrul Xidməti haqqında" Təlimatın 8.7-ci bəndinə əsasən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə DYP orqanına baxılması üçün göndərildikdə xəta törədilməsini sübut edən müvafiq görüntülərə dair çəkiliş protokola əlavə edilməlidir. Yəni Azərbaycan Respublikası İXM-nin 110.1, 124.2 və 124.3-cü maddələrinin və "Yol-Patrul Xidməti haqqında" Təlimatın 8.7-ci bəndinin tələblərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında qərar qəbul edə bilməz, belə olan halda protokol tərtib edilməlidir, şəxsin izahatı alınmalı və vəsatətinin olub-olmaması müəyyən edilməlidir, vəsatəti olduğu təqdirdə yaşadığı yer üzrə DYP orqanına göndərilməlidir.Lakin, mən Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunarkən qeyd olunan normalar kobud surətdə pozulmuşdur, həmçinin İXP ******* nömrəli protokol boş söz yığını olduğu kimi həmin protokolda “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya vəsatət” bölməsi izahatım və vəsatətim olduğu halda boş saxlanılmışdır.Müdafiə hüququm kobud surətdə pozulmuşdur.Polis serjantı Samir adlı şəxs tərəfindən saxlanılarkən Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmaqla həmin Məcəllənin 61- ci maddəsində nəzərdə tutulan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələri mənə izah olunmamışdır.Belə ki, bir daha qeyd edirəm ki, İXP ******* nömrəli protokol boş söz yığmı olduğu kimi həmin protokolda “hüquq və vəzifələr" bölməsi do boş saxlanılmışdır. İXP ******* nömrəli protokol Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmayıb.Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində aşağıdakılar göstərilir:Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:protokolun tərtib edildiyi tarix və yer;protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti (protokolda qeyd olunmayıb, yalnız Bakı şəhıəri olaraq qeyd edilib. Nəzər alaq ki, Bakı şəhərinin bir neçə rayonu və yüzlərlə küçəsi var);inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı (şahidlər olmasına baxmayaraq qeyd edilməyib. Çünki polis əməkdaşları onların həqiqət barədə məlumat verəcəklərindən ehtiyat ediblər); barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları (izahatlarım protokolda qeyd olunmayıb, ümumiyyətlə protokolun nə vaxt və məni Samir adlı polis əməkdaşı saxlasa da, hansısa səbəbdən polis mayoru Arzuman Arzumanlı protokolu tərtib etmişdir. Bəlkə də buna görə izahatım qeyd edilməmişdir); inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar (qeyd olunmayıb, çünki xüsusi texniki vasitə kimi polis əməkdaşının gözəyarı ölçməsindən istifadə edilib, hansısa texniki vasitə istifadə edilsəydi, qeyd edilərdi.);inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər (baş vermədiyi üçün qeyd olunmayıb); inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar (qeyd olunmayıb). Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat apanlan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir, inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Digər hüquqları olmadığı kimi həmin hüququm da polis əməkdaşları tərəfindən ayaqlarının altına atılmış, yalnız onun xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xətai RPl-nə getməyimdən, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə şikayət etməyindən sonra xahişləri əsasında protokolun surəti mənə təqdim edilmişdir. Hətta polis əməkdaşları ilkin olaraq məhkəməyə şikayət etməməyi üçün barəmdə qərar da qəbul etmək istəmirdilər. Görünür ki, Baş Prokurorluğun və ya Daxili İşlər Nazirliyinin təzyiqlərindən sonra Bakı şəhəri Xətai RPİ- nin əməkdaşları qanunu icra etmək qərarına gəlmişdir.Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Mənə verilən protokl nəinki mənim tərəfimdən, heç poiis mayoru Arzuman Arzumanlının özü tərəfindən də imzalanmamışdır. Ola bilsin ki, polis əməkdaşı protokolu gələcəkdə qanuna uyğun tərtib etmək üçün onun bu şikayəti yazmağını gözləyirdi. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinməyi barədə 03 mart 2026-cı il tarixli, TP ******* nömrəli qərarda onun guya təqsirli olmağının müəyyən edilməsi zamanı 11 fevral 2026-cı il tarixdə elektron qaydada tərtib olunmuş, İXP ******* nömrəli protokola istinad olsunda da, protokolun hansı səbəbdən tərtib edilməsi, əldə edilmiş sübutlar qraflarının özü boşdur. Bu da onu göstərir ki, on heç bir qanun pozuntusu etməməyinə baxmayaraq polis əməkdaşları formal olaraq onun barəsində protokol və qəar tərtib etmişlər. Protokolun özü isə boş söz yığını olmaqla Azərbaycan Respublikası İXM-nin prosessual normalarının tələblərinin kobud surətdə pozulması ilə tərtib olunduğu üçün 03 mart 2026-cı il tarixli, TP ******* nömrəli qərarın qəbul edilməsinə əsas ola bilməz və sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, "Yol-Patrul Xidməti haqqında” Əsasnamənin 4.7-ci maddəsinin tələbinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.Əgər qeyd olunan protokolun tərtibi zamanı hüquq və vəzifələrim mənə izah olunubsa, vəsatətim olubolmaması, izahat vermək istəyib-istəməməyi və sair qeyd etdiyi xüsusatlar üzrə protokol Azərbaycan Respublikası İXM-nin və “Yol- Patrul Xidməti haqqında” Təlimatın tələblərinə uyğun tərtibini iddia edəcəksə, YPX inspektoru tərəfindən qeydə alınmalı olan videogörüntülər və səs yazıları məhkəməyə təqdim edilməli və iş materiallarına əlavə edilməlidir. 03 mart 2026-cı il tarixli, TP ******* nömrəli qərar əsasız və qanunsuz qəbul edilib.Belə ki, 03 mart 2026-cı il tarixli, TP ******* müvafiq qərarın qəbul edilməsi polis mayoru Arzuman Arzumanlının səlahiyyətində deyildi. Azərbaycan Respublikası İXM-nin 124.2 və 124.3-cü maddələrinə, eləcə də, "Yol-Patrul Xidməti haqqında" Təlimatın 8.7-ci bəndinə əsasən onun müvafiq vəsatəti öytənildikdən sonra inzibati iş materialları yaşayış yerim üzrə Bakı şəhəri Sabunçu RPİ-nə göndərilməli və inzibati iş üzrə təqsirli olubolmamağım barədə müvafiq qərar orada qəbul edilməli idi.Qərarın Azərbaycan Respublikası İXM-nin tələblərinin kobud şəkildə pozulması ilə tərtib olunmuş protokol əsasında qəbulu səbəbindən əsassız olması barədə isə şikayətinin əvvəlki hissələrində qeyd etmişdir.İnzibati məsuliyyətə cəlb edilməyi üçün maddi əsaslar yoxdur, hər hansı inzibati xəta törətmədiyi halda qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İXMin 342.2.3-cü maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat cərimə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.Maddənin dipozisiyasından məlum olur ki, şəxs nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edərsə, inzibati məsuliyyətə cəlb oluna bilər. Bir daha qeyd edir ki, "VAZ 21011" markalı, **-BS-*** dövlət nömrə nişanlı minik avtomobili 2017-ci ildən qardaşın Tural Mahmudovun mülkiyyətindədir, 22 iyun 2022-ci il tarixdə etibarnamə əsasında həmin avtomobili idarə edir, avtomobil 2018, 2019, 2020 və 2021-ci illərdə hazırda üzərində olan yaylarla texniki baxışdan keçirilib, qeyd olunan müddət ərzində onun və ya qardaşı Tural Mahmudovun tərəfindən avtomobilin arxa yayları dəyişdirilməyib, ümumiyyətlə avtomobilin yayları üzərində hər hansı dəyişiklik edilməyib. Bir daha qeyd edirəm ki, "VAZ 2107" markalı, **-HR-*** dövlət nömrə nişanlı minik avtomobili 2022-ci ildən dostum Qəhrəman Mustafayevin mülkiyyətindədir, 23 yanvar 2026-cı il tarixdə etibarnamə əsasında həmin avtomobili idarə edirəm, avtomobil 2022, 2023, 2024, 2025 və 2026-ci illərdə hazırda üzərində olan yaylarla texniki baxışdan keçirilib, qeyd olunan müddət ərzində mənim və ya dostum Qəhrəman Mustafayev tərəfindən avtomobilin arxa yayları dəyişdirilməyib, ümumiyyətlə avtomobilin yayları üzərində hər hansı dəyişiklik edilməyib. 11 fevral 2026-cı il tarixdə Bakı şəhəri Xətai RPİ-nin cərimə meydançasında avtomobilin yayları polis əməkdaşlarının deməsinə görə özləri tərəfindən yoxlanılmış və guya yayların qızdırıldığını müəyyən etmişlər. (Xahiş edir ki, polis mayoru Arzuman Arzumanlı və Samir adlı polis əməkdaşı məhkəmə iclasında iştirak edərək yayın qızdırıldığı zaman hansı kimyəvi və fiziki proseslər gedərək deformasiya olunduğunu izah etməklə yanaşı hansı qanunvericlikdə hüququ mühafizə orqanı əməkdaşının mütəxəssis və ya ekspert kimi özbaşına rəy vermək səlahiyyəti olmasını izah etsinlər.) Avtomobilin yaylarında deformasiya olsa belə, o həmin yayları dəyişdirmədiyi və ya onlar üzərində hər hansı dəyişiklik etmədiyi üçün, ümumiyyətlə 11 fevral 2026-cı il tarixədək bu barədə məlumatlı olmadığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağım barədə qərar qəbul edilə bilməz. Odur ki, göstərilənlərin nəzərə alınaraq qanunsuz və əsassız olduğu üçün 03 mart 2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi məsələsinə baxılmasını, həmçinin, polis serjantı Samir adlı şəxsin və polis mayoru Arzuman Arzumanlının barəsində xüsusi qərar çıxarılmaqla yalnız onun və avtomobil məlumatlarından ibarət məlumatlarla doldurulmuş boş formalı protokol və qararın surəti ilə birgə Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 00:52 radələrində Bakı şəhərində VAZ 21074 MİNİK markalı, 90HR087 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi nəticəsində X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli İXP7819621 saylı protokoldan görünür ki, VAZ 21074 MİNİK markalı, 90HR087 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 barəsində İXM-nin 342.2.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X5 İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X6 izahatında bildirmişdir ki, heç bir inzibati xəta törətmədiyi halda, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərarla ona 150 manat məbləğində cərimə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında işə baxılarkən iş üzrə bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmalı, şəxsin təqsirliliyi sübutlarla təsdiq edilməli, aradan qaldırılmamış şübhələr şəxsin xeyrinə qiymətləndirilməlidir. İnzibati tənbeh yalnız o halda tətbiq edilə bilər ki, şəxsin əməlində inzibati xəta tərkibinin bütün elementləri – obyekt, obyektiv tərəf, subyekt və subyektiv tərəf sübuta yetirilmiş olsun. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən nəqliyyat vasitəsinin texniki vəziyyəti və konstruksiyası müəyyən edilmiş normativ tələblərə uyğun olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və konstruksiyasında edilmiş dəyişikliklərin rəsmiləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanlarının normativ aktları ilə tənzimlənir və konstruktiv dəyişikliklər dövlət qeydiyyatında əks etdirilməlidir. Konstruktiv dəyişiklik dedikdə, nəqliyyat vasitəsinin zavod tərəfindən müəyyən edilmiş texniki quruluşuna, təhlükəsizlik elementlərinə və istismar xüsusiyyətlərinə təsir göstərən müdaxilələr başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinin 5ci bəndinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş qərarda VAZ 21074 MİNİK markalı, 90HR087 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qeyd edilsə də, konkret olaraq hansı dəyişikliyin edilməsi göstərilməmişdir. Eyni zamanda, dəyişikliklərin nəqliyyat vasitəsinin təhlükəsiz istismarına təsiri barədə sübut təqdim edilməmişdir. DYP əməkdaşı tərəfindən yalnız faktiki dəyişikliyin mövcudluğuna istinad edilməklə nəticəyə gəlinmiş, lakin həmin dəyişikliklərin nədən ibarət olması, icazəsiz olub-olmaması, dövlət qeydiyyatında əks olunub-olunmaması və normativ tələblərə zidd olub-olmaması ümumiyyətlə araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə zəruri olan hüquqi əhəmiyyətli hallar tam araşdırılmadan və sübut edilmədən yekun nəticəyə gəlinmişdir ki, bu da inzibati xəta haqqında iş üzrə icraatın icraatın qanunçuluq, obyektivlik və sübutların kifayətliliyi prinsiplərinə uyğun deyil. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüyə baxış zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini müəyyən etmək mümkün olmamış, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan hansı dəyişikliyin edilməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol və qərarda da nəqliyyat vasitəsinə hansı normativ tələblərin pozulması ilə hansı dəyişikliklərin edilməsi göstərilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, X6 barəsində İXM-nin 342.2.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli protokol tərtib edilmişdir. Buda onu təsdiq edir ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın X6 tərəfindən törədilməsində şübhələr yaranır. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyrimüəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bundan əlavə məhkəmə araşdırması müəyyən edilmişdir ki, sürücü X6 ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasa da, DYP əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-cü maddələrinin tələbləri gözlənilmədən sürücü barəsində özü inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sürücü inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində DYP əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3-cü maddəsinin tələblərinə əsasən yalnız inzibati xəta haqqında protokol tərtib edilə bilərdi və həmin protokol İXM-in 124.4-1-ci maddəsinin tələblərinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli idi .Belə ki, 124.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. Lakin, buna baxmayaraq, İXM-nin göstərilən tələbləri pozulmaqla protokolu tərtib etmiş şəxsin özü tərəfindən xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi Bakı şəhər X10 İdarəsinin əməkdaşı X4 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-1ci maddələrinin tələbləri də gözlənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan hansı dəyişikliyin edilməsinin müəyyən edilməməsi səlahiyyətli orqanın(vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi, sürücü inzibati xəta hadisəsi ilə razılaşmadığı halda DYP əməkdaşının bilavasitə özü tərəfindən qərar qəbul edilməsi isə Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməli, bu səbəbdən Bakı şəhər X10 İdarəsinin əməkdaşı X4 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026cı il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-2685/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2685/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver