Məhkəmə qərarları › İş №3(5-101)-2689/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2689/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2689/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 02 mart 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 yanvar 2026cı il tarixində saat 09:15 radələrində idarə etdiyi “İSUZU SAZ MİKROAVTOBUS” markalı **- LP-*** dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində dayanacağa daxil olarkən dayanacaqda dayanmış Zərərçəkmiş şəxs vurub yüngül bədən xəsarəti yetirmiş hadisə yerindən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, BCD kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2026-ci il tarixdə saat 09:15 radələrində 106 saylı marşrut xətt üzrə "xxxx" MMC-yə məxsus yol vərəqəsi əsasında idarə etdiyi İsuzi markalı **-LP-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə üzü Suraxanı qəsəbəsi istiqamətində hərəkət edib, həmin küçədə yerləşən “Bakıxanov Çörək zavodunun” qarşısında yerləşən avtobus dayanacağında dayanmışdır. Həmin vaxtı eyni dayanacaqda 49 saylı sərnişin avtobusu qarşısında saxlayaraq avtobusun arxa qapısında kişi cinsli sərnişin düşərkən bu zaman o da hərəkətə başlamışdır. Həmin vaxtı idarə etdiyi avtobusun sol ön hissəsi piyadaya yüngül dərəcədə toxunmuşdur. Hadisə zamanı qeyd olunan kişi cinsli piyada uca səslə ona öz iradım bildirmişdir. O isə ona əhəmiyyət verməmişdir. Bir qədər sonra oradan çıxıb getmişdir.Bir necə gün sonra baş vermiş hadisə ilə bağlı Sabunçu RPİ-nə dəvət olunmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 3 gediş və 3 gəliş olmaqla, iki istiqamətli, düz hamar və maksimum 50 km saat sürətlə tənzimlənən yoldur.İdarə etdiyi İsuzi markalı **-LP-*** dövlət qeydiyyat nişanlı 106 saylı sərnişin avtobusun yük hissəsində heç bir çəkidə yük olmamışdır. Hadisə zamanı idarə etdiyi İsuzi markalı **-LP-*** dövlət qeydiyyat nişanlı 106 saylı sərnişin avtobusda təxminən 8-10 nəfər tammadğı sərnişinlər olmuşdur.İdarə etdiyi İsuzi markalı **-LP-*** dövlət qeydiyyat nişanlı 106 saylı sərnişin avtobus hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan hadisədən qabaq hec bir spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Baş vermiş hadisə zamanı avtobus piyada yüngül dərəcədə toxunmuşdur. Kişi cinsli piyada yerə yıxılmamışdır. O yalandan səs küy salmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Bununla da məhkəmə gəlməyən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 09 yanvar 2026-cı il tarixli 57 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağı nahiyəsinin dərialtı hematoması müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2026-cı il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Zərərçəkmiş şəxs 09 yanvar 2026-cı il tarixli izahatından görünür ki, İsuzi markalı **- LP-*** dövlət qeydiyyat nişanlı 106 saylı sərnişin avtobusu idarə edən Şəxs izahatına uyğun izahat verərək qismən təsdiq etmişdir. Verilən sualara cavab olaraq bildirmişdir ki, 09 dekabr 2025-ci il tarixdə qeyd olunan avtobusda sərnişin qismində olarkən avtobus daynacağında kişi cinli piyada avtobusa dəyməsi və sürücü ilə aralarında sözlə mübahisə olmuşdur. Hadisənin konkret olaraq hansı şəraitdə və necə baş verməsini görməmişdir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 29 yanvar 2026-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 02 mart 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən rayon(şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətaların dairəsində İXM-nin 327.6-cı maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanı törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM- 32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar