Məhkəmə qərarları › İş №3(5-101)-2692/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2692/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-101)-2692/2026 16.03.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati xəta haqqında qərarı qəbul etmiş Sabunçu rayon X1 Şöbəsinin R X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə, istifadəsində olan "Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu, Ramana qəsəbəsində avtoyuma məntəqəsinin qarşısında əsas yolun kənarında dayanmış vəziyyətdə olarkən BYD markalı, **DR*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə manevri edərək arxadan onun avtomobilinə çırpılmışdır. Hadisə TS 9-160 kamerasının təxminən 10 metrliyində baş vermiş və nəticədə istifadəsində olan maşına ciddi ziyan dəymişdir. Hadisə baş verdikdən dərhal sonra tərəfindən Daxili İşlər Nazirliyinin 102 Qaynar Xətt xidmətinə zəng edilərək məlumat verilmişdir. Hadisə yerinə təxminən 1 saat sonra Sabunçu Rayon X1 əməkdaşı polis R X2 gəlmişdir. Yerində aparılan araşdırma zamanı qarşı tərəfin sürücüsünün sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. Qarşı tərəf hadisədən özünü təqsirli bilib, günahın onda olduğunu bildirmişdir. Sığorta nümayəndəsi hadisə yerinə gələrək avtomobillərə baxış keçirmiş və hadisənin qarşı tərəfin təqsiri nəticəsində baş verdiyinin şahidi olmuşdur. Hadisədən 2 gün sonra sığorta şirkəti tərəfindən zərərin qiymətləndirilməsi ilə bağlı mesaj göndərilmiş və Buzovna qəsəbəsində yerləşən "Retro servis"ə yaxınlaşmağı bildirilmişdir. Növbəti gün həmin servisdə olmuş və avtomobilin təmir olunması üçün orda saxlamışdır. Sığorta ödənişi edilməmiş, onların xətti ilə təmir olunması bildirilmişdir. Avtomobil servisdə təmirdə olarkən servis tərəfindən ona zəng edilərək sığorta şirkətindən onlara zəng gəldiyi və hadisənin təqsiri onda olduğu bildirildiyi deyildi. Bundan sonra sığorta şirkətinin qaynar xəttinə zəng etmiş və onlar da bunu təsdiqləmiş, lakin heç bir tədbir görə bilməyəcəklərini bildirmişlər. ##.##.2026-cı il tarixdə Sabunçu Rayon X1inə yaxınlaşmış və polis R X2 tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin gün protokolun surətini götürmüşdür. Hadisə TS 9-160 kamerasının altında baş versə də ona görüntülər təqdim edilməmiş və baxmaqdan imtina edilmişdir. Halbuki, hadisə günü polis R kamera görüntülərinə baxdığını, hadisənin necə baş verdiyini bildiyini və qarşı tərəfin sürücüsünü kamera vasitəsi ilə müəyyən etdiyini qeyd etmişdir. Avtomobili avtoyuma ərazisində, əsas yolun kənarında dayanmış vəziyyətdə olmuş, heç bir təhlükəli və ya qayda pozuntusu sayılacaq manevr etməmişdir. Belə olan halda barəsində 327.1-ci maddə ilə protokolun tərtib edilməsi əsassızdır. Hadisənin obyektiv və qanunauyğun araşdırılması, TS 9-160 kamera görüntülərinin təqdim edilməsini və barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İdarə etdiyi avtomobili avtoyuma ərazisində olmuşdur. Əsas yolun kənarında dayanmış, yola çıxamamışdır. Heç bir təhlükəli və ya qayda pozuntusu sayılacaq manevr etməmişdir. Onu da qeyd edir ki, avtoyuma ərazisindən geriyə hərəkət etmədən çıxış etmək mümkün deyildir. Hadisə yerində qarşı tərəf də özünun təhlükəli şəkildə sola manevr etməsini və təqsirli olduğunu etiraf etmişdir. Hətta hadisə törədən şəxsin sürücülük vəsiqəsi olmadığı da müəyyən olunmuşdur. Video-görüntüdən də onun avtomobilini geri hərəkət etdirdiyi ərazinin əsas yola aid olmadığı və onun heç bir təhlükəli manevr etmədiyi də aydın görünür. Bütün bu halları nəzərə alaraq məhkmədən Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Sabunçu rayon X1 Şöbəsinin R X2 izahat verərək bildirmişdir ki, sözü gedən hadisə baş verdikdən sonra şəxsən hadisə yerində olmuş və təqdim olunan video görüntüləri araşdıraraq TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. Təqdim olunmuş video görüntüdən də aydın görünür ki, "Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə geriyə hərəkət etmişdir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanunda qeyd edilir ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Video görüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobil geriyə hətəkət etmiş digər avtomobilin hərəkətinə maneə yaratmışdır. Digər avtomobilin sürücüsünün nəqliyyat vasitəsi idarə etmək hüququ və sürücülük vəsiqəsi vardır. Digər avtomobilin sürücüsü barədə heç bir qərar qəbul edilməmişdir. Çünki onun hərəkətində heç bir qayda pozuntusu olmamışdır. Bu qərarla bağlı o X1 İdarəsində olmuş, orada da araşdırma aparılaraq geriyə hərəkət olduğu üçün Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanunun tələblərinin pozulduğu hesab edilmiş və onun qərarı əsaslı hesab edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobili geriyə hətəkət etdirərək təhlükə yaratmasını nəzərə alaraq məhkəmədən TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin olunmamasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində Ramana qəsəbəsi ərazisində "Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdiir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş videogörüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə avtoyuma ərazisində təhlükəli manevr etmədən çıxmağa çalışarkən BYD markalı, **DR*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə manevri edərək arxadan Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilə çırpılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Video görüntülərdən aydın olur ki, “Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi geri hərəkətə təhlükəsiz şəraitdə başlamışdır və həmin anda onun hərəkətinə maneə və ya təhlükə mövcud olmamışdır. Lakin, BYD markalı, **DR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkət zolağını dəyişərək qəfil şəkildə “Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərəkət trayektoriyasına daxil olmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə, yol nəqliyyat hadisəsi ilə “Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün geri hərəkət etməsi arasında səbəbli əlaqə mövcud deyildir. Beləliklə məhkəmə hesab edir ki, Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar