Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-2693/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, X3 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 tərəfindən xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayətlə müraciət edərək inzibati tənbeh barədə EXP1157465 nömrəli xx.xx.2021-ci il tarixli, EXP1010178 nömrəli xx.xx.2021-ci il tarixli, EXP1156010 nömrəli xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsini və işlər üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana(vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon(şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; İş əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X3 barəsində tərtib edilmiş EXP1157465 nömrəli xx.xx.2021-ci il tarixli, EXP1010178 nömrəli xx.xx.2021-ci il tarixli, EXP1156010 nömrəli xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə əsasən barəsində qərar çıxarılmış şəxs qəbul edilmiş hər qərardan ayrı-ayrılıqda şikayət vermək hüququna malikdir. Çünki şəxsin barəsində qəbul edilmiş hər bir qərar üzrə ayrıca icraat nəzərdə tutulmuşdur. Belə olduğu halda şikayətçi X1 tərəfindən xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayətlə müraciət edərək inzibati tənbeh barədə EXP1157465 nömrəli xx.xx.2021-ci il tarixli, EXP1010178 nömrəli xx.xx.2021-ci il tarixli, EXP1156010 nömrəli xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsini və işlər üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 barəsində şikayət verdiyi hər bir qərarı ayrı-ayrılıqda mübahisə etdiyi qərarı şikayət ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 tərəfindən xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayətlə müraciət edərək inzibati tənbeh barədə EXP1157465 nömrəli xx.xx.2021-ci il tarixli, EXP1010178 nömrəli xx.xx.2021-ci il tarixli, EXP1156010 nömrəli xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsini və işlər üzrə icraata xitam verilməsi barədə şikayəti X2 baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-2693/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-2693/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver