Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-2697/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X2, X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli BYP899827, xx.xx.2014-cü il tarixli BYP970200, xx.xx.2014-cü il tarixli CYP432923, xx.xx.2014-cü il tarixli CYP515185, xx.xx.2014-cü il tarixli MMX764368, xx.xx.2014-cü il tarixli MMX850353 nömrəli, xx.xx.2014-cü il tarixli MMX818317, xx.xx.2014-cü il tarixli MMX992263, xx.xx.2015-ci il tarixli CYP799948, xx.xx.2015-ci il tarixli MYP133155, xx.xx.2015-ci il tarixli MYP208979, xx.xx.2015-ci il tarixli MMX1287310 və xx.xx.2015-ci il tarixli MMX1290955 saylı “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv olunmasına dair qərar qəbul edilməsi barədə X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İş materiallarından görünür ki, X3 barəsində ayrı-ayrı vaxtlarda müxtəlif xətalar törətməsinə dair X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli BYP899827, xx.xx.2014-cü il tarixli BYP970200, xx.xx.2014-cü il tarixli CYP432923, xx.xx.2014-cü il tarixli CYP515185, xx.xx.2014-cü il tarixli MMX764368, xx.xx.2014-cü il tarixli MMX850353 nömrəli, xx.xx.2014-cü il tarixli MMX818317, xx.xx.2014-cü il tarixli MMX992263, xx.xx.2015-ci il tarixli CYP799948, xx.xx.2015-ci il tarixli MYP133155, xx.xx.2015-ci il tarixli MYP208979, xx.xx.2015-ci il tarixli MMX1287310 və xx.xx.2015-ci il tarixli MMX1290955 saylı “İnzibati tənbeh vermə haqqında” qərarlar qəbul edilmişdir. “İnzibati tənbeh vermə haqqında” qərarlardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək, X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli BYP899827, xx.xx.2014-cü il tarixli BYP970200, xx.xx.2014-cü il tarixli CYP432923, xx.xx.2014-cü il tarixli CYP515185, xx.xx.2014-cü il tarixli MMX764368, xx.xx.2014-cü il tarixli MMX850353 nömrəli, xx.xx.2014-cü il tarixli MMX818317, xx.xx.2014-cü il tarixli MMX992263, xx.xx.2015-ci il tarixli CYP799948, xx.xx.2015-ci il tarixli MYP133155, xx.xx.2015-ci il tarixli MYP208979, xx.xx.2015-ci il tarixli MMX1287310 və xx.xx.2015-ci il tarixli MMX1290955 saylı “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, “İnzibati tənbeh vermə haqqında” qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta materialını araşdırıb, X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli BYP899827, xx.xx.2014-cü il tarixli BYP970200, xx.xx.2014-cü il tarixli CYP432923, xx.xx.2014-cü il tarixli CYP515185, xx.xx.2014-cü il tarixli MMX764368, xx.xx.2014-cü il tarixli MMX850353 nömrəli, xx.xx.2014-cü il tarixli MMX818317, xx.xx.2014-cü il tarixli MMX992263, xx.xx.2015-ci il tarixli CYP799948, xx.xx.2015-ci il tarixli MYP133155, xx.xx.2015-ci il tarixli MYP208979, xx.xx.2015-ci il tarixli MMX1287310 və xx.xx.2015-ci il tarixli MMX1290955 saylı “İnzibati tənbeh vermə haqqında” qərarlardan şikayət verilməsi prosedurunun, hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edirəm ki, “İnzibati tənbeh vermə haqqında” qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, inzibati xəta hadisələri müxtəlif ərazilərdə törədilmişdir. Bu isə öz növbəsində işin məhkəmə aidiyyətinin də müəyyən edilməsini mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli BYP899827, xx.xx.2014-cü il tarixli BYP970200, xx.xx.2014-cü il tarixli CYP432923, xx.xx.2014-cü il tarixli CYP515185, xx.xx.2014-cü il tarixli MMX764368, xx.xx.2014-cü il tarixli MMX850353 nömrəli, xx.xx.2014-cü il tarixli MMX818317, xx.xx.2014-cü il tarixli MMX992263, xx.xx.2015-ci il tarixli CYP799948, xx.xx.2015-ci il tarixli MYP133155, xx.xx.2015-ci il tarixli MYP208979, xx.xx.2015-ci il tarixli MMX1287310 və xx.xx.2015-ci il tarixli MMX1290955 saylı “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv olunması barədə X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın və şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. X5
Məhkəmə qərarları › İş №3(5-101)-2697/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-2697/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver