Məhkəmə qərarları › İş №3(5-101)-272/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-272/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-272/2026 23.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolla müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsində satışı qadağan olan protexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru K.Bəydəmirli tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati icraata aparılan şəxs və Sabunçu RPİ-nin 14cü PŞ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin rəisi Süleymanov Abbasov tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Şəxs Maştağa qəsəbəsində satışı qadağan olan 7 blok və 26 qutu petrat, 12 ədəd fire concert, 13 ədəd scorpion, 25 ədəd shdeds, 50 sm 2 ədəd, 1 ədəd 10 sm fişəng, 41 ədəd qalın çubuq fişəng, xırda ölçülü 490 ədəd partlayıcılar, 12 ədəd 80 sm fişəng, pirat 3 blok, 5 ədəd 100 sm fişəng və 13 ədəd bomb cracate adlı pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs təqsirini etiraf edərək etdiyi əməldən peşman olduğunu bildirmişdir. Beləliklə, tədqiq olunmuş iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə-inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqdim edilmiş Akt və sənədlərdən görünür ki, Şəxs satışı qadağan olan 7 blok və 26 qutu petrat, 12 ədəd fire concert, 13 ədəd scorpion, 25 ədəd shdeds, 50 sm 2 ədəd, 1 ədəd 10 sm fişəng, 41 ədəd qalın çubuq fişəng, xırda ölçülü 490 ədəd partlayıcılar, 12 ədəd 80 sm fişəng, pirat 3 blok, 5 ədəd 100 sm fişəng və 13 ədəd bomb cracate adlı pirotexniki vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş və həmin dövriyyəsi qadağan edilmiş mallar aktlaşdırılaraq götürülmüşdür. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş mallar-7 blok və 26 qutu petrat, 12 ədəd fire concert, 13 ədəd scorpion, 25 ədəd shdeds, 50 sm 2 ədəd, 1 ədəd 10 sm fişəng, 41 ədəd qalın çubuq fişəng, xırda ölçülü 490 ədəd partlayıcılar, 12 ədəd 80 sm fişəng, pirat 3 blok, 5 ədəd 100 sm fişəng və 13 ədəd bomb cracate adlı pirotexniki vasitələr müsadirə edilməklə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində pirotexniki vasitələr müsadirə edilməklə 350(üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar