Məhkəmə qərarları › İş №3(5-101)-2735/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2735/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2735/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Süleymanov Cavid Loğman oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Hüseynbala qızının iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan -Şəxs Hüseynbala qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən Şəxs Hüseynbala qızının barəsində 06 mart 2026-cı il tarixdə (MN ******* nömrəli, MN ******* nömrəli, MN 2269211, MN ******* nömrəli və MN ******* nömrəli) Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 06 mart 2026-cı il tarixli MN ******* nömrəli protokola əsasən Şəxs Hüseynbala qızı xx.xx.2025-ci il tarixdə vətəndaş X10 məxsus ümumilikdə 285 manat pulu kredit verəcəyi vədi ilə dələduzluq yolu ilə ələ keçirmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 06 mart 2026-cı il tarixli MN ******* nömrəli protokola əsasən Şəxs Hüseynbala qızı xx.xx.2026-cı il tarixdə vətəndaş X5 55 manat pulunu kredit verəcəyi vədi ilə dələduzluq yolu ilə talamışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 06 mart 2026-cı il tarixli MN ******* nömrəli protokola əsasən Şəxs Hüseynbala qızı xx.xx.2026-cı il tarixdə vətəndaş X16 qızının kreditə qızıl satmaq vədi ilə 145 manat pulunu dələduzluq yolu ilə talamışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 06 mart 2026-cı il tarixli MN ******* nömrəli protokola əsasən Şəxs Hüseynbala qızı xx.xx.2025-ci il tarixdə vətəndaş X12 qarşı dələduzluq yolu ilə tik-tok sosial şəbəkədə maqintofon satmaq adı ilə kartdan köçürmə ilə 240 manat pulunu mənimsəmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 06 mart 2026-cı il tarixli MN ******* nömrəli protokola əsasən Şəxs Hüseynbala qızı 03 yanvar 2026-cı il tarixdə vətəndaş X6 ucuz bilet satacağı adı ilə aldadaraq köçürmə üsüulu ilə 152 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hümbət Allahverdiyev bildirmişdir ki, Şəxs Hüseynbala qızı xx.xx.2025-ci il tarixdə X10 məxsus ümumilikdə 285 manat pulu kredit verəcəyi vədi ilə dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, xx.xx.2026-cı il tarixdə X5 55 manat pulunu kredit verəcəyi vədi ilə dələduzluq yolu ilə talamışdır. Bundan başqa, xx.xx.2026-cı il tarixdə X16 qızının kreditə qızıl satmaq vədi ilə 145 manat pulunu dələduzluq yolu ilə talamışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixdə X12 qarşı dələduzluq yolu ilə tik-tok sosial şəbəkədə maqintofon satmaq adı ilə kartdan köçürmə ilə 240 manat pulunu mənimsəmişdir. Bundan başqa, 03 yanvar 2026-cı il tarixdə X6 ucuz bilet satacağı adı ilə aldadaraq köçürmə üsulu ilə 152 manat pulunu ələ keçirmişdir. Göstərilənlərə əsasən Şəxs Hüseynbala qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüseynbala qızı məhkəmə iclasında özünü təqsirli bilməyib izahatında göstərmişdir ki, həmin əməlləri o törətməmişdir. Ümumiyyətlə hazırda sosial şəbəkə istifadəçisi deyil və protokolda göstərilən əməllərdən məlumatlı deyil. O saxlanılarkən qeyd edilən əməllərin etiraf edilməsi tələb edilmiş, ona görə də həmin əməlləri etiraf etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X8 şikayət ərizəsi üzrə toplanmış təhqiqat materialı üzrə əməli törətmiş naməlum şəxsin barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X7 şikayət ərizəsi üzrə toplanmış təhqiqat materialı üzrə əməli törətmiş naməlum şəxsin barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X16 qızının şikayət ərizəsi üzrə toplanmış təhqiqat materialı üzrə əməli törətmiş naməlum şəxsin barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X11 şikayət ərizəsi üzrə toplanmış təhqiqat materialı üzrə əməli törətmiş naməlum şəxsin barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X4 şikayət ərizəsi üzrə toplanmış təhqiqat materialı üzrə əməli törətmiş naməlum şəxsin barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Hüseynbala qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati işin icratına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd:Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan(vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, inzibati xəta haqqında protokolları tərtib etmiş orqanın nümayəndəsinin çıxışını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Hüseynbala qızı tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş 06 mart 2026-cı il tarixli MN ******* nömrəli, MN ******* nömrəli, MN 2269211, MN ******* nömrəli və MN ******* nömrəli protokollarda müvafiq olaraq Şəxs Hüseynbala qızının xx.xx.2025-ci il tarixdə X10 məxsus ümumilikdə 285 manat pulu kredit verəcəyi vədi ilə dələduzluq yolu ilə ələ keçirməsi, xx.xx.2026-cı il tarixdə X5 55 manat pulunu kredit verəcəyi vədi ilə dələduzluq yolu ilə talaması, xx.xx.2026-cı il tarixdə X16 qızının kreditə qızıl satmaq vədi ilə 145 manat pulunu dələduzluq yolu ilə talaması, xx.xx.2025-ci il tarixdə X12 qarşı dələduzluq yolu ilə tik-tok sosial şəbəkədə maqintofon satmaq adı ilə kartdan köçürmə ilə 240 manat pulunu mənimsəməsi, 03 yanvar 2026-cı il tarixdə X6 ucuz bilet satacağı adı ilə aldadaraq köçürmə üsüulu ilə 152 manat pulunu ələ keçirməsi göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Hüseynbala qızının Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair heç bir tutarlı və mötəbər sübut olmadan, inzibati xətanın törədilməsinə şahid olmuş hər hansı şəxsin olub-olmaması müəyyən edilmədən, yalnız zərərçəkmiş şəxslərin izahatında qeyd etdiyi faktlar əsas götürülməklə Şəxs Hüseynbala qızı barəsində əsassız olaraq inzibati icraat başlanılmış və inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Belə ki, X7, X16 qızının, X11, X8 və X4 şikayətləri üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında müvafiq qərarlardan görünür ki, həmin şəxslərin şikayətlərində göstərilən sosial şəbəkələrdəki hesabların kimə aid olması, barəsində icraat aparılan şəxs tərəfindən talanması qeyd olunan pul məbləğinin göndərildiyi kart hesablarının kimə məxsus olması, həmin kart hesablarına göndərilən pulların məbləği barədə hər hansı sübut əlavə edilməmişdir. Göründüyü kimi, iş materialları ilə Şəxs Hüseynbala qızı tərəfindən protokollarda qeyd edilmiş əməlin törədilməsi öz təsdiqini tapmır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs Hüseynbala qızının Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Hüseynbala qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar