Məhkəmə qərarları › İş №3(5-101)-275/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-275/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-275/2026 21.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin EQ seriyalı 32950703 nömrəli, 28 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin EQ seriyalı, 32950703 nömrəli, 28 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə 40 (qırx) manat məbləğində inzibati cərimə və 2 bal tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin EQ seriyalı, 32950703 nömrəli, 28 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan tarixdə “Changan Uni-Z Plugin Hibrid minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 17-ci bəndində göstərilən 1.17 üfiqi nişanlanma xətlərindən, yəni taksi duracağından kənarda saxlanılmışdır. Hadisə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 27 ünvanında baş vermişdir. Qərara əlavə edilmiş fotolardan da aydın görünür ki, avtomobil düzgün qaydada taksi duracağından kənarda saxlanılmışdır. X1 Məcəlləsinin 346.6-cı maddəsi üzrə pozuntu hesab edilə biləcək hər hansı hal yəni, taksi duracaqlarında taksi olmayan minik avtomobillərin dayanması və ya durması tərəfindən müşahidə olunmamışdır. Mövcud fotoşəkil sübutları göstərir ki, İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinin tələbləri tərəfindən pozulmamışdır. Qeyd olunan tarixdə nəqliyyat vasitəsi (DQN: **-ZM-***) Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 5.14-cü maddəsi ilə nişanlanmış və 1.17 üfiqi nişanlanma xətlərindən kənarda saxlanılmışdır. Bu səbəbdən EQ 32950703 saylı qərarın hüquqi əsası mövcud deyildir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin EQ seriyalı, 32950703 nömrəli, 28 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin EQ seriyalı, 32950703 nömrəli, 28 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin EQ seriyalı, 32950703 nömrəli, 28 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xətanın törədildiyi yerə dair fotogörüntüdən görünür ki, “Changan Uni-Z Plugin Hibrid minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi taksi duracağından kənarda saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, həmçinin Konstitusiya prinsiplərinə, beynəlxalq hüquq normalarına və məhkəmə təcrübəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsə qarşı irəli sürülən ittihamların sübut edilməsi dövlət orqanının öhdəliyidir. Yol Polisi orqanının nümayəndəsinin məhkəmədə iştirak etməməsi və sübut təqdim etməməsi, şəxsə qarşı təqsirin sübut olunmaması deməkdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin hüquqlarının tam qorunması üçün dövlət orqanları sübut yükünü tam şəkildə yerinə yetirməli, məhkəmə isə sübutlara əsaslanan ədalətli və qanuni qərar qəbul etməlidir. Yol Polisi orqanının məhkəmədə iştirak etməməsi və sübut təqdim etməməsi inzibati xətanın mövcudluğunu təsdiq etməyə imkan vermir. Bu səbəbdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin EQ seriyalı, 32950703 nömrəli, 28 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinin EQ seriyalı, 32950703 nömrəli, 28 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar