Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-101)-2771/2026 17.03.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, ## ###### 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, ev 27 qeydiyyatda olan və yaşayan-Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) izahatında göstərmişdir ki, barəsində qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, ##.##.2026-cı il tarixdə saat 12:20-də özünə məxsus olan **-LJ-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes-Benz C250” markalı avtomobili ilə Y.Əliyev küçəsi ilə üzü Bakıxanov istiqamətində hərəkətdə olarkən Stimul hospitalın yaxınlığında yerləşən dairədə hərəkət üstünlüyünə malik digər yol hərəkət iştirakçılarına yol verdikdən sonra hərəkətə başlamış və bu zaman “xxxx” MMC-nə məxsus ** nömrəli xətt üzrə hərəkət edən **-JA-*** dövlət qeydiyyat nömrə nişanlı BMC markalı avtobus ara məsafəsini gözləmədən idarə etdiyi avtomobili sol arxa tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra DİN-nin çağrı mərkəzinə məlumat vermişdir. Daha sonra təkrar-təkrar zənglər etməyinə baxmayaraq DYP-nin əməkdaşları hadisə yerinə gəlməmişdir. Hadisədən bir neçə saat keçdikdən sonra adını bilmədiyi DYP-nin əməkdaşı *** *** ** ** mobil nömrə ilə istifadə etdiyi mobil nömrəyə zəng vuraraq 02 matr 2026-cı il tarixdə saat 09:00-da onu Bakı şəhər Baş DYP idarəsinə gəlməyini bildirmişdir. Həmin tarixdə Bakı şəhər BDYPİ-nə yaxınlaşmış və hadisə ilə bağlı müvafiq izahat vermişdir. O artıq orada olan zaman qarşı tərəfin izahatı alınmışdı. Qarşı tərəfin izahatı qeyri iş saatında alınmışdır. Bu da artıq hadisə ilə bağlı rəy verilməsinin göstəricisidir. Hadisə zamanı polis əməkdaşı tərəfindən avtobusda olan 360 dərəcə video qeydiyyat aparan kameraların görüntüsünə onun və qarşı tərəfin iştirakı ilə baxılmasını xahiş etmiş, lakin buna baxmayaraq otaqdan çıxadıqdan sonra ona İXM-nin 327.1-ci maddəsi lə protokol tərtib edilməsi barədə sms gəlmişdir. Protokol və onun əsasında qərar qəbul edilərkən sənədləşmə işləri aparılarkən İXM-nin tələbləri pozulmuş, heç bir əsas olmadan o inzibati xəta törədən şəxs kimi cərimələnmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, hadisə ilə bağlı hər hansı araşdırma aparılmamış, ona video görüntü təqdim edilməmiş, onun tərəfindən dəlilllər təqdim edilməsinə şərait yaradılmamışdır. O otaqdan çıxandan sonra vəsatət vermək istəmiş, lakin otağı tərk edərkən barəsində eyni tarixli protokol və qərar qəbul edilmişdir. Barəsində təqdim edilən protokolla razı olmamışdır. Ona hər hansı video görüntü təqdim edilməmiş, əksinə o video görüntünün alınmasını tələb edərək araşdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin nümayəndəsi Nümayəndə yazılı etiraz təqdim edərək bildirmişdir ki, qeyd edilən şikayət əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Birincisi, qüvvədə olan inzibati qanunvericiliyə əsasən inzibati xəta haqqında protokol prosessual sənəd hesab olunur və həmin protokolun məhkəmə qaydasında ləğv edilməsi nəzərdə tutulmamışdır. Protokol inzibati xəta işi üzrə sübut xarakterli sənəd olmaqla, yalnız iş üzrə qərar qəbul edilərkən qiymətləndirilir. İkincisi, şikayətçi avtobus sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsini xahiş etsə də, məhkəmə yalnız baxılan inzibati xəta işi çərçivəsində barəsində icraat aparılan şəxs haqqında qərar qəbul edə bilər. İş üzrə zərərçəkmiş və ya digər şəxslərin məhkəmə tərəfindən birbaşa inzibati məsuliyyətə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Üçüncüsü, inzibati xəta haqqında iş üzrə sübutların qiymətləndirilməsi məhkəmənin daxili inamına əsasən həyata keçirilir və mövcud materiallar iş üzrə obyektiv qərar qəbul edilməsi üçün kifayət hesab olunur. İşin faktiki halları ondan ibarətdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixində saat 12:25-radələriondə idarə etdiyi MercedesBenz C250 minik markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində X1rşısında olan dairəvi təşkil edilmiş yolayrıcında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq BMC markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusu vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı toplanmış sənədlərlə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yol hərəkəti qaydasını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi öz təsdiqini tapmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 42-ci maddəsinin İci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Göründüyü kimi sürücü Qərardan şikayət verən orqan (şəxs) YHHQ-nın 42-ci maddəsinin İ-ci hissəsinin tələbinə riayət etməyərək yol-nəqliyyat hadisəsini törətmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Şikayətçi ərizəsində qeyd etmişdir ki, o inzibati pozuntuya yol verməmiş, ##.##.2026-cı il tarixdə saat 12:20-də özünə məxsus olan **-LJ-*** dövlət qeydiyyat nömrə nişanlı Mercedes- Benz C250 markalı avtomobili ilə Y.Əliyev küçəsi ilə üzü Bakıxanov istiqamətində hərəkətdə olarkən Stimul hospitalın yaxınlığında yerləşən dairədə hərəkət üstünlüyünə malik digər yol hərəkət iştirakçılarına yol verdikdən sonra hərəkətə başlamış və bu zaman xxxx MMC-nə məxsus ** nömrəli xətt üzrə hərəkət edən **-JA-*** dövlət qeydiyyat nömrə nişanlı BMC markalı avtobus ara məsafəsini gözləmədən idarə etdiyi avtomobili sol arxa tərəfdən vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. 02 matr 2026-cı il tarixdə saat 09:00-da Bakı şəhər Baş DYPİnə yaxınlaşmış və hadisə ilə bağlı müvafiq izahat vermişdir. O artıq orada olan zaman qarşı tərəfin izahatı alınmışdı. Qarşı tərəfin izahatı qeyri iş saatında alınmışdır. Bu da artıq hadisə ilə bağlı rəy verilməsinin göstəricisidir. Hadisə zamanı polis əməkdaşı tərəfindən avtobusda olan 360 dərəcə video qeydiyyat aparan kameraların görüntüsünə onun və qarşı tərəfin iştirakı ilə baxılmasını xahiş etmiş, lakin buna baxmayaraq otaqdan çıxadıqdan sonra ona İXM-nin 327.1ci maddəsi lə protokol tərtib edilməsi barədə sms gəlmişdir. Protokol və onun əsasında qərar qəbul edilərkən sənədləşmə işləri aparılarkən İXM-nin tələbləri pozulmuş, heç bir əsas olmadan o inzibati xəta törədən şəxs kimi cərimələnmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, hadisə ilə bağlı hər hansı araşdırma aparılmamış, ona video görüntü təqdim edilməmiş, onun tərəfindən dəlilllər təqdim edilməsinə şərait yaradılmamışdır. O otaqdan çıxandan sonra vəsatət vermək istəmiş, lakin otağı tərk edərkən barəsində eyni tarixli protokol və qərar qəbul edilmişdir. Barəsində təqdim edilən protokolla razı olmamışdır. Ona hər hansı video görüntü təqdim edilməmiş, əksinə o video görüntünün alınmasını tələb edərək araşdırılmasını xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib olunmuş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda onun idarə etdiyi nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasının pozulması qeyd edilsə də, Qərardan şikayət verən orqan (şəxs) manevr qaydasını pozmadığını, arxadan gələn avtomobilin ara məsəfəsini gözləmədən idarə etdiyi avtomobilə toxunması nəticəsində baş verməsini bildirmiş, hadisənin baş verməsini dair hər hansı sübut(video, foto görüntülər) barəsində inzibati xəta haqqında şəxsə təqdim edilməmişdir. Tərtib edilmiş TP ******* saylı qərar tərtib edilərkən sürücüyə buna dair sənədlərlə tanış olmaq hüququ vardır. Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında video görüntülərin ona təqdim edilmədiyini, ona vəsatət və sübutların təqdim edilməsi üçün şərait yaradılmadığını bildirmişdir. Şikayətçiyə protokol tərtib edilən gün, yəni ##.##.2026-cı il tarixdə İXP ******* saylı protokol tərtib edilən gündə razılaşmadığıa halda barəsində ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Ona görə məhkəmə hesab edir, səlahiyyətli orqanın gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamışdır. Həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokoltərtib(qərar qəbul) etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməli, yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10(on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-2771/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2771/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver