Məhkəmə qərarları › İş №3(5-101)-2803/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2803/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-101)-2803/2026 10.03.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Ağayev İlqar Ağabala oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## #### 1979-cu il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər Sabunçu rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-***/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ####### 2006-cı il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## ###### 2015-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tələbkar X1 xeyrinə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Ağayev İlqar Ağabala oğlu izahatında bildirmişdir ki, borclu barəsində ##.##.2025-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Həmin tarixdən sonra borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 1000 manat, daha sonra 5 000 manat ödəniş edilmişdir. Bundan əlavə hər ay borclu 100 manat ödəniş etmişdir. Protokol tərtib edilməsinə səbəb aylıq ödənişin 100 manatdan, 150 manata qaldırılmasıdır. Protokol tərtib edildikdən sonra tələbkarla danışılmış və aylıq ödənişin 150 manat olması razılaşdırılmışdır. Uşağın biri yetkinlik yaşına çatmış, digəri ilə bağlı isə ödənişlər davam edir. Protokol barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Ona verilən suallara cavabında qeyd etmişdir ki, icraata başlanılmış, borcluya xəbərdarlıq göndərilmişdir. Barəsində tənbeh tədbiri tədbiq edildikdən sonra 6000 manat ödənişi birdəfəyə, aylıq isə 100 manat ödənişlər etmişdir. Üzürlü səbəb deyəndə ki, tələbkar aylıq ödənişin 100 manatdan 200 manata qaldırılmasını xahiş etmiş, bu səbəbdən də protokol tərtib edilmişdir. Ona aylıq ödənişlərin 200 manata qaldırılması barədə məlumat bu çağrılaraq bildirilmişdir. Hazırda tələbkarla razılaşma əldə edilmiş və aylıq ödəniş 150 manat civarında razılaşdırılmışdır. Hər ay stabil 100 manat ödəniş etmişdir. 1000 manat və 5000 manatı isə əlavə olaraq ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz izahatında göstərmişdir ki, icra sənədindən məlumatı vardır. O hissə-hissə ödənişlər etmiş, bu gün də 6000 manat bir, aylıq isə 100 manat ödəniş etmişdir. Onun ödəməmək kimi fikri yoxdur. Sadəcə yığılmış məbləğ əvvəlcədən qalıq qalan məbləğdir, bununla bağlı borcun ödənilməsi ilə bağlı tələbkarla da arasında razılaşma əldə edilmişdir. Hər ay 150 manat ödənişlərini ödəyəcəkdir. Ona verilən suallara cavabında göstərmişdir ki, onun barəsində olan icra sənədindən əvvəldən məlumatı olmamışdır. Borcun yığılması tələbkarın əvvəllər aliment ödənişlərini istəməməsindən yaranmışdır. Belə ki, o bir yerdə yaşadığı üçün bilməmişdir ki, aylıq ödənişləri etməlidir. Hazırda isə barəsində məhkəmə qərarı qəbul edildikdən sonra 6000 manat birdəfəyə, aylıq isə 100 manat dayanmadan ödəniş etmişdir. Onu bu gün icra məmuru çağıraraq aylıq ödənişlərin 200 manata qaldırılmasını bildirmişdir. Hazırda tələbkarla razılığına əsasən aylıq ödənişlərin məbləğini 150 manata qaldıracaqdır. Bundan əvvələ ona aliment aylıq 200 manat olması barədə məlumat verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Sabunçu rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-***/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ####### 2006-cı il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## ###### 2015-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tələbkar X1 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” ##.##.2016-cı il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. ##.##.2016-cı il tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbərdarlıq bildirişi göndərilmişdir. ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbərdarlıq bildirişi göndərilmişdir. Tələbkar X1 ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu hər ay üzrə cəmi 100 manat pul ödəyir, aylıq aliment ödənişinin hər ay 200 manat olmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli izahatından görünür ki, o 2025-ci ilin sentyabr ayında 5000 manat, oktyabr ayında 1000 manat, daha sonra isə aylıq 100 manat ödənişlər edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, əlavə edilmiş materiallardan və tərəflərin izahatlarından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarından sonra 6000 manat birdəfəyə, aylıq isə 100 manat fasiləsiz olaraq ödəniş edir. Göstərilən halı icra məmuru da təsdiq edərək, protokol tərtib edilməsinin səbəbini tələbkar tərəfindən aylıq ödənişlərin 100 manatdan 200 manat qaldırılması ilə bağlıdır. Bununla bağlı protokol tərtib edildikdən sonra tələbkar və borclu arasında razılıq əldə edilmiş və tələbkar aylıq ödənişin 150 manata qaldırılmasına razılıq vermişdir. Borclunun icra etməli olan öhdəliyi vaxtaşırı icra edilməli olan aliment ödənişi olmuş və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarından sonra 6000 manat birdəfəyə, aylıq isə 100 manat fasiləsiz olaraq ödəniş etmişdir. Borcluya tələbkarın ərizəsindən sonra aylıq ödənişin 100 manatdan 200 manata qaldırılması barədə icra məmuru tərəfindən məlumat verilməsini təsdiq edən sübutlar protokola əlavə edilməmişdir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, borcluya ## #### 2026-cı il tarixdə icra məmuru tərəfindən aylıq ödənişlərin 200 manat olması barədə məlumat verilmişdir. Beləliklə də, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi öz təsdiqini tapmamışdır. Yuxanda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar