Məhkəmə qərarları › İş №3(5-101)-2811/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2811/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2811/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, X4 1542 ailəlik qəs., bina 24, mənzil 18 ünvanında yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şuşa Rayon Məhkəməsinin 2(077)-192/2024 saylı, 11 iyun 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 430 manat məbləğində sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə icra məmurunun qanuni tələblərini tam yerinə yetirmədiyinə görə barəsində Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən MN № ******* saylı, 10 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borcluya məlumat verilmiş, lakin borclu heç bir üzürlü səbəb olmadan üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Hazırda icra sənədi üzrə aliment borcu 990 manat təşkil etmişdir. Bu günə qədər təxmini 7050 manat ödəniş edib. Bu səbəbdən də Şəxs icra vərəqəsi üzrə tələbi bu günə qədər tam icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, borclu rəsmi olaraq heç bir yerdə işləmir. Borclunun adına sorğular verilmişdir. Borclunun adında avtomobil vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, borcun olduğunu səmimi etiraf edir. Bu gün tam ödəniş edə bilmir. On ay müddətinə ayda 70 manat ödəyərək borcunu bağlaya bilər. Aylıq çox məbləğ ödəyə bilmir. Ona verilmiş sullara cavabında göstərmişdir ki, mütəmadi ödənişlər edib. Halhazırda borcu tam bağlamağa maddi imkanı yoxdur. Heç bir yerdə işləmir. İş materiallarında olan: Şuşa Rayon Məhkəməsinin 2(077)-192/2024 saylı, 11 iyun 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 430 manat məbləğində sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə ödənilməsi qərara alınmışdır. MN № ******* saylı, 10 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs qeyd edilən icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, “tələbin könüllü icrası” barədə bildiriş borcluya məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.https://e-qanun.az/framework/52863 Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf etməsini İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xəta haqqında protokola əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. Borclu barəsində olan İcra sənədindən xəbərdardır və borcu olduğunu qəbul edir. Məhkəmənin suallarına cavabında bu vaxtadək yaranmış borcun üzürlü səbəbdən maddi vəziyyətinin çətin olmasını göstərmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən yalnız məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar deyil, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətidə birlikdə məcmu halda nəzərə alınmalıdır. “Aze Mıs” elektron məhkəmə sistemi üzərindən görünür ki, Şəxs əvvələr inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə Şəxs barəsində əvvəllər inzibati tənbeh tədbiri tətbiq edilməməsini şəxsiyyətini müsbət səciyyələndirilən hallar kimi nəzərə alır. Qeyd edilənlərə əsasən işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla məhkəmə hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin(inzibati həbs) tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qətnaməsini üzürsüz səbəbdən, qərəzli olaraq icra etməməsini, yaranmış borcun məbləğini, bunun isə tələbkarın manefiyinə toxunmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500(beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar