Məhkəmə qərarları › İş №3(5-101)-2873/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2873/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-101)-2873/2026 11.03.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ## ###### 1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Tərtər Rayon Məhkməsinin, *(***)-***/** saylı, ##.##.2022 tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1 bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tərtər Rayon Məhkməsinin, *(***)-***/** saylı, ##.##.2022 tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən 7720 manat aliment borcu və 2672 manat 46 qəpik “xxxx” MMCyə borcu vardır. Heç bir qanuni çağırışlarına gəlməmişdir. Barəsində axtarış elan edilmiş və hazırda da axtarışla gətirilmişdir. İcra sənədləri üzrə ödəniş etməsi təklif olunmuş lakin heç bir ödəniş etməmişdir. Axtarışla gətirildikdən sonra tələbkar tərəflərlə əlaqə saxlanılmış, tələbkar Zərərçəkmiş şəxs iştirakını təmin etsə də, digər tələbkar “”xxxx” MMC ilə əlaqə saxlamış, lakin məhkmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdirlər. Qeyd olunan halları nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə ailə həyatı qurmuş lakin, 2022-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin qərarı ilə boşanmışdır və ## ####### 2022-ci tarixli icra sənədi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona bir uşaq üçün 150 manat aliment borcu ödənilməlidir. Bu günədək heç bir aliment ödənişi etməmişdir. İcra sənədi barəsində məlumatı var idi. İndiyədək yaranmış borcu borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələb etmir amma tək başına övladının ehtiyaclarını qarşılaya bilmir. Ona görə də bundan sonra aliment borcunun vaxtlı-vaxtında ödəməsini tələb edir. Bu səbəbdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunla nəzərdə tutulmuş cəza növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, o, boşanmamışdan əvvəl Zərərçəkmiş şəxs ev satıldıqdan sonra 10000 manat pul vermiş, o da razılaşmışdır ki. Ondan aliment tələb etməyəcək. Tərtər Rayon Məhkəməsində gedib iştirak etmədiyindən bu halı orda deməmişdir. Eyni zamanda ele düşünmşdür ki, tərəf ondan aliment tələb etmir. Hal-hazırda yaranmış borcu ödəməyə imkaanı yoxdur. Digər icra sənədindən məlumatı olmamış, ona görə də ödəniş etməmişdir. Bazar gününə kimi 200 mant ödəyəcək, daha sonra aylıq ödənişlər edərək borcunu tam ödəyəcəkdir. Barəsində inzibati həbs növündə tənbehin tətbiqi onun işsiz qalması və aliment öhdəliyi üzrə ödəniş etmək imkanının məhdudlaşmasına səbəb ola bilər. Bu səbəbdən, yaranmış borcu tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü bildirərək barəsində inzibati həbslə bağlı olmayan tənbeh növünün tətbiq olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Tərtər Rayon Məhkməsinin, *(***)-***/** saylı, ##.##.2022 tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tərtər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş ##.##.2017-ci il təvəllüdlü X2 adlı uşaq iddiaçı Zərərçəkmiş şəxs yanında saxlanılması, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2017-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi, iddiaçı Zərərçəkmiş şəxs Mediasiya sessiyasında ödədiyi 50 (əlli) manat dövlət rüsumunun cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” ## ###### 2022-ci il tarixli qərardan görünür ki, Tərtər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin ## ###### 2022-ci il tarixli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu ##.##.2022-ci il tarixdə bildirişi qəbul etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2021ci il tarixli icra vərəqəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən, IMEI kodu 354698112400638 olan Samsung Galaxy A11 markalı telefon üçün 208 (ik yüz səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; ##.##.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu 352532105959064 olan Hoffmann X Go markalı telefon üçün 24 (iyirmi dörd) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə; ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu 869719035230387 olan Lenovo markalı planşet üçün 139 (yüz otuz doqquz) manat, 30 (otuz) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat, 90 (doxsan) qəpik cərimə; ##.##.2019cu il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı televizor üçün ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı soyuducu üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə; 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə; ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən, Dnepr markalı çarpayı, dolab, termo, tumba və matras üçün 1274 (min iki yüz yetmiş dörd) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat cərimə; ##.##.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu 359471102194404 olan Samsung Galaxy A01 markalı telefon üçün 275 (iki yüz yetmiş beş) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə olmaqla, ümumilikdə 2672 (iki min altı yüz yetmiş iki) manat borc və 46 (qırx altı) manat, 72 (yetmiş iki) qəpik ödənilmiş dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” ## ###### 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin ## ###### 2022-ci il tarixli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclunun axtarışı haqqında ##.##.2022-ci il tarixli qərardan görünür ki, Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu barəsində axtarış elan edilmişdir. Borclunun axtarışı haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu barəsində axtarış elan edilmişdir. İcraatın birləşdirilməsi haqqında ## #### 2026-cı il tarixli qərardan görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli və Tərtər Rayon Məhkməsinin *(***)-***/**** saylı ##.##.2022-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və II hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu məhkəmə iclasında icra sənədlərindən məlumatı olmamasına istinad edərək icra sənədini icra də bilməməsini göstərsə də, məhkəmə cavan və sağlam olan şəxsin işləməməsinə dair gətirdiyi dəlili üzürlü hal hesab etmir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərindən məlumatı olmamasına istinad edərək icra sənədini icra də bilməməsini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək bildirişləri qəbul etrməsini, bildirişlərdəki imzanlın onun imzası olmasısını, sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəlaiyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs boşanmamışdan əvvəl Zərərçəkmiş şəxs ev satıldıqdan sonra 10000 manat pul vermiş və bundan sonra şəxsdən aliment tutulması ilə bağlı məhkəmə qərarı qəbul olunmuşdur. Ortada qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu hala istinad etməsi onun məsuliyyətini aradan qaldıran hal kimi qəbul oluna bilməz. Məhkəmə inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar