Məhkəmə qərarları › İş №3(5-101)-2875/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2875/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2875/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Emin Abbasovun iştirakları ilə, xx.xx.2005-ci ildə Bakı şəhəri, Nizami rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Emin Abbasov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 11 mart 2026-cı il tarixli MN seriyalı 1963530, MN seriyalı ******* nömrəli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokollardan görünür ki, Abbaslı X3 rayonu, Zabrat qəsəbəsi, X7, nömrəsiz fərdi ev ünvanın qarşısında dayanmış avtomobildən 11 yanvar 2026-cı il tarixdə ümumi dəyəri 90 manat olan moqnitofon oğurlamış, Sabunçu rayonu, Əzizbəyov küçəsi, nömrəsiz evdən 19 yanvar 2026-cı il tarixdə ümumi dəyəri 100 manat olan velosipedi oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X7, nömrəsiz fərdi ev ünvanın qarşısında dayanmış avtomobildən 11 yanvar 2026-cı il tarixdə ümumi dəyəri 90 manat olan moqnitofon oğurlamış, Sabunçu rayonu, Əzizbəyov küçəsi, nömrəsiz evdən 19 yanvar 2026-cı il tarixdə ümumi dəyəri 100 manat olan velosipedi oğurlamışdır. Atası xəstə olduğu üçün, işləmədiyi üçün bu əməli etmişdir. Həmin əşyaları tanımadığı şəxslərə satmışdır. Əməlindən peşman olduğunu, işləyərək özü həmin şəxslərin ziyanını ödəyəcəyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq ziyanı ödəyərək zərərçəkmiş şəxslərlə barışdığı təqdirdə iş üzrə icraata xitam verilə biləcəyinin ona aydın olduğunu, hazırda maddi imkanının olmaması səbəbindən ziyanı ödəyə bilməyəcəyini göstərmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Emin Abbasov protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmiş məhkəmə zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X1 11 yanvar 2026-cı il tarixli izahatından görünür ki, 11 yanvar 2026-cı il tarixdə saat təqribən 09:00 radələrində yaşadığı evin yaxınlığında küçədə saxladığı ona məxsus **-JX- *** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobildən moqnitofonun oğurlandığını aşkar etmişdir. Odur ki, həmin şəxs barəsində qanuni qərara verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Yasin Ağayev tərəfindən tərtib edilmiş 26 yanvar 2026-cı il tarixli raportdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi X6 nömrəsiz ev ünvanında yaşayan vətəndaş X4 11.01,2026-cı il tarixdə 15-ci PŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2026-cı il tarixdə saat təqribən 09 radələrində yaşadığı evin yaxınlığında küçədə saxladığı özünə məxsus **-LX- *** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı avtomobilindən maqnitofonun naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını bildirmişdir. Hadisə nəticəsində vətəndaşa 90 manat maddi ziyan dəymişdir. Bundan əlavə material üzrə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə hadisəni törədən şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslərin şəxsiyyətini, yerini, eyni zamanda hadisə şahidlərinin müəyyən edilərək izahatlarının alınması üçün 15-ci PŞ-yə təmin edilmələri, bundan əlavə hadisə yerinin yaxınlığında və ya ətraf ərazidə müşahidə kameralarının olub-olmaması yoxlanılmaqla, müsbət halda video görüntülərin götürülərək CD diskə köçürülüb təhqiqata təqdim edilməsi istiqamətində tədbirlər görülməsindən ötrü tapşırıq verilmişdir. Lakin posessual qanunvericiliklə təhqiqat araşdırmasına ayrılmış müddət ərizində müsbət nəticə əldə olunmamışdır. Toplanmış material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin hərəkətlərində AR-nın İXMnin 227-ci maddəsinin tərkibi yaranmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Yasin Ağayev tərəfindən tərtib edilmiş 21 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs(lər)-in əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Emin Abbasov tərəfindən tərtib edilmiş inzibati icraatın başlanması haqqında qərardan görünür ki, vətəndaş X1 müraicəti ilə bağlı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat açılması qərara alınmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Emin Abbasov tərəfindən tərtib edilmiş 11 mart 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Abbaslı X3 rayonu, Zabrat qəsəbəsi, X7, nömrəsiz fərdi ev ünvanın qarşısında dayanmış avtomobildən 11 yanvar 2026-cı il tarixdə ümumi dəyəri 90 manat olan moqnitofon oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; X2 19 yanvar 2026-cı il tarixli izahatından görünür ki, 18 yanvar 2026-cı il tarixdə saat təxminən 21:00 radələrindən yaşadığı evin çöl həyət qapısı açıq qalmışdır. O həmin vaxtı həyətdə bacısı oğluna məxsus olan velosipedi görmədikdə onu hamamda saxladıqlarını zənn etmişdir. Daha sonra ertəsi 19 yanvar 2026-cı il tarixdə saat təxminən 09:00 radələrində həyətdə olan təxminən 100 manat dəyərində olan velosipedin həyətdən oğurlandığını aşkar etmişdir, odur ki, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Seymur Əbilzadə tərəfindən tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli raportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, yeni yaşayış massivi, Əzizbəyov küçəsi nömrəsiz evdə yaşayan vətəndaş X5 xx.xx.2026-cı il tarixdə saat təxminən 21:00 radələrində yaşadığı evin çöl həyət qapısı açıq qalmışdır. O, həmin vaxtı həyətdə bacısı oğluna məxsus olan velosipedi görmədikdə onu hamamda saxladıqlarını zənn etmişdir. Daha sonra ertəsi xx.xx.2026-cı il tarixdə saat təxminən 09:00 radələrində həyətdə olan təxminən 100 manat dəyərində olan velosipedin həyətdən oğurlandığını aşkar etdiyini bildirmişdir. Hadisə nəticəsində vətəndaşa 100 manat maddi ziyan dəymiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə material üzrə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə hadisəni törədən şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslərin şəxsiyyətini, yerini, eyni zamanda hadisə şanidiərinin müəyyən edilərək izahatlarının alınması üçün 15-ci PŞ-yə təmin edilmələri, bundan əlavə hadisə yerinin yaxınlığında və ya ətraf ərazidə müşahidə kameralarının olub-olmaması yoxlanılmaqla, müsbət halda video görüntülərin götürülərək CD diskə köçürülüb təhqiqata təqdim edilməsi istiqamətində tədbirlər görülməsindən ötrü tapşırıq verilmişdir. Lakin prosessual qanunvericiliklə təhqiqat araşdırmasına ayrılmış müddət ərizində müsbət nəticə əldə olunmamışdır. Toplanmış material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin hərəkətlərində AR-nın İXM-nin 227-ci maddəsinin tərkibi yaranmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Seymur Əbilzadə tərəfindən tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs(lər)-in əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Emin Abbasov tərəfindən tərtib edilmiş inzibati icraatın başlanması haqqında qərardan görünür ki, vətəndaş X2 müraicəti ilə bağlı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat açılması qərara alınmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Emin Abbasov tərəfindən tərtib edilmiş 11 mart 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Abbaslı X3 rayonu, Əzizbəyov küçəsi, nömrəsiz evdən 19 yanvar 2026-cı il tarixdə ümumi dəyəri 100 manat olan velosipedi oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; İnzibati qaydada tutma haqqında 09 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 09 mart 2026-cı il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 28.1-ci maddəsinə əsasən itimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 154.3.2-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, ona inzibati həbs tətbiq etmədən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbeh növü tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək mümkündür. İctimai işlər növündə tənbeh tədbirinin icrası ilə bağlı Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 180 (yüz səksən) saat ictimai işlər tənbeh tədbiri tətbiq edilsin. İctimai işlər növündə tənbeh tədbirinin icrası ilə bağlı Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar