Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-2877/2026 17.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 28 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 28 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edilmişdir ki, 28 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 4000 (dörd min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X4 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 -ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. 28 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-nin Gəncə şəhərində yerləşən filialında X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “mühasib operator” vəzifəsi, X7 2015-ci ilin mart ayından xx.xx.2025-ci il tarixədək satış təmsilçisi vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini nəzərdə tutulmuş qaydada inzibati xətanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur və həmin cəmiyyətin hüquqi ünvanı Quba rayonu, Quba şəhəri, Vaqif, ev 41A ünvanıdır. Göründüyü kimi, X4 tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta onun vəzifəli şəxs kimi səlahiyyətlərindən irəli gəlir. Belə ki, İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün qanunverici tərəfindən konkret hal müəyyən edilmişdir. Bu hal işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarətdir. Odur ki, X4 törədilməsi ehtimal olunan inzibati xətanı iş yeri üzrə törədə bilərdi. Göstərilənlərə əsasən hazırki iş üzrə törədilməsi ehtimal olunan inzibati xəta X4 vəzifəli şəxs olaraq öz vəzifələrini yerinə yetirdiyi və direktoru olduğu müəssisədə, yəni "ünvan 2 ünvanında törədilə bilərdi. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X4 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-2877/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-2877/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver