Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-3003/2026 13.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-də tərtib olunmuş iş materialları baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru polis baş leytenantı X9 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə vətəndaş X4 126 manat pulunu dələduzluq yolu ilə talanmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru polis baş leytenantı X9 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə vətəndaş X2 304 manat pulunu dələduzluq yolu ilə talanmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru polis baş leytenantı X9 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə vətəndaş X1 62 manat pulunu dələduzluq yolu ilə talanmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru polis baş leytenantı X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər 3 şəxsə qarşı da əməli törətdiyini, bu əməlindən peşman olduğunu, hazırda dəymiş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxslərlə barışdığını bildirmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən rəsmi şəkildə telefon danışıqları aparılan zərərçəkmiş şəxslər X7, X6, X3 verdikləri izahatlarında hazırda Şəxs ilə barışdıqlarını, onların borcunu tam ödədiklərini göstərərək onun barəsində tərtib olunmuş protokollar üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, vətəndaş X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törədən naməlum şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərəçəkmiş şəxslərə dəymiş ziyanl tam şəkildə ödəmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə başlanmış inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(5-101)-3003/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-3003/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver