Məhkəmə qərarları › İş №3(5-101)-3077/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-3077/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-3077/2026 16.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu, Şişmanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 Ramin Rafiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə müvafiq olaraq xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək inzibati xəta haqqında materialı baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X14 protokolun məzmununa uyğun izahat verərək Şəxs üç dəfə İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində müvafiq olaraq inzibati xəta haqqında protokollar tərtib olunduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməmiş, şikayətçidirlər. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, özünün “Tik-tok” sosial şəbəkəsində baxış sayını artırmaq üçün səhifəsində qızıl satışı ilə bağlı elan qoymuşdur. Bu zaman X11 adlı bir xanım müraciət etmişdir. Ona qızıl satacağı ilə bağlı vəd vermiş, bank hesabı göndərmiş, xanım həmin hesaba 145 manat pul göndərmişdir. Bundan sonra xanımla əlaqəni kəsmişdir. Bunu edərkən xanımın ona pul göndərəcəyinə inanmamışdır. Bundan sonra yenə öz səhifəsində kredit verilməsi ilə bağlı elan yerləşdirmişdir. Sonra ona bir nəfər şəxs yazmışdır. O, həmin şəxsə yalandan demişdir ki, onun əvvəlki kredit borcu tam ödənilmədiyi üçün bank ona kredit verə bilməz. Rəşad isə ona həqiqətən bank borcunun olduğunu bildərərək onu bağlaya biləcəyini demişdir. Bu məqsədlə onun kart hesabına 285 manat pul göndərmişdir. O, pulu aldıqdan sonra həmin şəxsə banka yaxınlaşıb kredit götürə biləcəyini demişdir. Sonra həmin şəxsin onunla əlaqə saxlaya bilməməsi üçün onu bloklamışdır. Bundan başqa o, bilet satmaq adı ilə başqa bir şəxsdən 100 manat almış, lakin verdiyi yerinə yetirməmişdir. O, bütün bunları edərkən həmin şəxslərin həqiqətən pul göndərəcəklərini düşünməmişdir. xx.xx.2026-cı il tarixdə 13-cü PŞ-nin əməkdaşları onu saxlamışlar, daha sonra şöbəyə gətirmişlər, orada sosial şəbəkədə yuxarıda qeyd etdiyi əməllər ilə bağlı onu sorğu-sual etmişlər. O, da törətdiyi əməlləri etiraf etmişdir. Əməlindən peşmandır. Himayəsində 4 uşağı vardır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X9, X12, X11 ilə telefon vasitəsilə əlaqə saxlanılan zaman həmin şəxslər onlara dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında AZA № 017061 saylı, xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X14 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə X5 bileti satmaq adı ilə 100 manat pulunu alaraq vədinə əməl etmişdir. Bu fakt cinayət işinin başlanmasının rədd qərarı ilə tədiq edilmişdir. Bununla da Şəxs AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X14 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə qızıl satmaq adı ilə X3 145 manat pul almış və vədinə əməl etməmişdir. Bu fakt cinayət işinin başlanmasının rədd qərarı ilə tədiq edilmişdir. Bununla da Şəxs AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X14 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ”Tik-Tok” internet platformasında kredit düzəltdirəcəyi adı ilə X1 285 manat pulun göndərilməsinə nail olub dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirmişdir. Bu fakt cinayət işinin başlanmasının rədd qərarı ilə tədiq edilmişdir. Bununla da Şəxs AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elşən Quliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-ci il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış HK 1-363 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuş, qərarın surətinin dələduzluq hadisəsini törətmiş naməlum şəxsin tapılaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X15 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026ci il tarixli qərardan görünür ki, X7 müraciəti əsasında toplanmış xx.xx.2026-cı il tarixli, HK 1-190 nömrəli material cinayət işinin başlanması rədd olunmuş, hadisəni törətmiş şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X15 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026ci il tarixli qərardan görünür ki, X8 müraciəti əsasında toplanmış xx.xx.2025-ci il tarixli, HK 1-2709 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuş, hadisəni törətmiş şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs E Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, bir neçə dəfə oxşar xarakterli əməlləri törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, şikayətçi olmalarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin İXM-nin 227-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2026-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «15» mart 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar