Məhkəmə qərarları › İş №3(5-101)-3141/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-3141/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-3141/2026 17.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 17 mart 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4102/25 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs tutularaq X4 9048.08 manat pul ödənilməldir. Hazırda Şəxs 8862.08 manat məbləğində borcu vardır. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Bağırov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs zənglərə cavab vermir, icra şöbəsinə gəlməkdən boyun qaçırır, icra sənədinin icrasından yayınır, Şəxs icra sənədindən məlumatı olmadığını bildirsə də, hazırda onun icraatında həmin icra sənədindən əlavə Şəxs 2 işi də mövcuddur və hər bir icra sənədi ilə bağlı da ona məlumat verilmiş, sms bildiriş göndərilmişdir. Eyni qaydada bu icra sənədi üzrə də ona məlumat verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hazırda 400 manat məbləğində əmək haqqı alır, əvvəl aylıq 179 manat onun əmək haqqından tutulurdu, lakin hazırda zərərçəkmiş bu qaydada ödənişin həyata keçirilməsinə razı olmadığından tutulma dayandırılmışdır. X4 maddi imkanı olmadığını və qeyd edilən icra sənədindəki məbləği ödəyə bilməyəcəyini əvəzində isə maşının təmirini özü qarşılayaraq ona maşını təhvil verməyi bildirsə də X6 bununla razılaşmamışdır. Həmçinin qeyd edilən icra sənədi barədə məlumatlı olmadığını bildirmişdir. İcra sənədi üzrə ödənişləri ödəmək imkanı yoxdur, ayıq maaşına yönəlməklə ödəyə bilər. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs axtarışla icra şöbəsinə gətirilmişdir. Əvvəl Şəxs ilə qeyd edilən məbləğin hissə-hissə ödənilməsi ilə razılığa gəlmişdirlər. Lakin Şəxs verdiyi vədə əməl etməmiş, icra sənədinin icrasına qarşı məsuliyyətsiz şəkildə yanaşmışdır. Dəfələrlə ödəmək barədə ona söz versə də ona heç bir ödəniş etməmişdir. Onunla və valideynləri ilə əlaqə saxlanılmasına baxmayaraq heç bir nəticə olamamışdır. Sonuncu dəfə əmək haqqından 179 manat məbləğində tutulma nəticəsində ona ödəniş edilmişdir. Lakin o bu qaydada ödənişin həyata keçirilməsi ilə razılaşmamışdır. İcra sənədində qeyd edilən məbləğin ya ona tam şəkildə ödənilməsini ya da iki-üç dəfəyə ödənilməsini tələb edir. Əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-4102/2025 saylı icra vərəqəsinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 7360 manat, evakuator xidmətinə görə ödənilmiş 40 manat, həkimə ödənilmiş 100 manat, dayanacaq haqqına görə 153 manat, taksi xidmətinə görə ödənilmiş 445.53 manat, mənəvi zərərə görə 500 manat, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 250 manat olmaqla, cəmi 8848,53 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməli, cavabdeh Şəxs 123.80 manat dövlət rüsumu və 179.19 manat hüquqi xidmət haqqı tutularaq iddiaçı X4 ödənilməli, ( Artıq ödənilmiş 68.75 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X4 qaytarılmalı, mütəxəssis rəyinin dəyəri olan 200 manat məbləğində pul X1 və Şəxs müştərək qaydada tutulsun və VÖEN **********, hesablaşma hesabı AZ61AİİB********************, "xxxx" ASCnin Nərimanov filialı m/h AZ37NABZ********************, kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X "xxxx" MMC-nin hesabına ödənilməlidir; İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli 2(103)-4102/2025 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Borclunun axtarışı haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, borclu, xx.xx.2002-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib etmiş şəxs Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Şəxs icra sənədində qeyd olunan pul məbləğinin ödənilməsi tələbi qoyulsa da, o, məhkəmə qərarında göstərildiyi qaydada icranı tam təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs borcu ödəmək üçün maddi imkanı olmadığını əsas gətirsə də, məhkəmə onun bu izahatını özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs maddi imkanı olmadığını, icra sənədi üzrə ödəniş edə bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəlaiyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona göstərilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar