Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-319/2026 12.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4, Tələbkar şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Hacallı ərazi dairəsi, Həkəri qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X8 Bakı şəhəri, 39 saylı Notariat ofisinin 8İ-1996 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı şəhəri 39 saylı Notariat ofisinin 8i-1996 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsaəsn borclu Şəxs 397520 manat tutularaq X3 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X8 protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli biləməyərək izahatında onun X3 borcu olmadığını, onunla tanışlıq münasibətləri olduğunu və birgə taksi fəaliyyəti ilə məşqul etdiklərini bildirdi. O, özünə avtomobil almaq üçün X1 3975 manat borc aldığını və bu borcu da anasının təqaüd kartı vasitəsilə ödənildiyini bildirmişdir. Tərtib olunan borc müqaviləsnin ona aid olmadığını və orada qeyd olunan 397520 manat heç vaxt X1 almadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şəxs X5 izahatında göstərmişdir ki, Şəxs ilə llərdir yaxın munasibətləri olmuşdur. 2009-cu ildə Abbasın bir neçə şəxslərə böyük məbləğdə borcunun olduğunu görərək Abbasın borclarını özü ödəmişdir. Bununla bağlı Şəxs, ailə üzvlərinin iştiraki ilə iltizam yazmış və ona olan borcunu ödəyəcəyinə söz vermişdir. Əlavə olaraq bildirir ki, Şəxs ona olan 397520 manat borcun bütov olaraq ödənilməsini tələb etmir, nə qədərə gücü çatırsa hər ay müəyyən miqdarda ödəniş etməsini tələb edir. Əks halda məhkəmədən Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o iltizamı imzaladığı zaman cəmi 22 yaşı olmuşdur və bu səbəbdən nəyə imza atmasını anlamamışdır. Əgər onun ərinə 397500 manat verilsəydi, o indiyənə qədər köhnə bir evdə şəraitsiz vəziyyətdə yaşamazdır. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı şəhəri 39 saylı notariat ofsinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 8i- 1996 saylı, xx.xx.2020-ci il tarixli İcra qeydindən görünür ki, X2 xeyrinə Şəxs 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla 397520 manat 00 qəpik (üç yüz döxsan yeddi min beş yüz iyirmi manat sıfır qəpik) tutulmalıdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs Bakı şəhəri 39 saylı notariat ofsinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 8i-1996 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan X5 və Zəngilan rayonu Həkəri dayanacağı ünvanında qeydiyyatda olan Şəxs həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar: Vətəndaş Şəxs 10 (on) il müddətinə qaytarmaq şərti ilə vətəndaş X1 397.500 (üç yüz doxsan yeddi min beş yüz manat) AZN məbləğində pulu borc aldı. Vətəndaş Şəxs aldığı borcu vaxtından əvvəl qaytarmaq, vətəndaş X5 həmin borcu vaxtından əvvəl də almaq hüququna malikdir. Alınan borc Bakı şəhərində qaytarılmalıdır. Əgər vətəndaş Şəxs aldığı borcu müqavilədə göstərilən müddətdə qaytarmasa, vətəndaş X5 məhkəməyə müraciət etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli İltizamdan görünür ki, Şəxs X1 397.500 manat borc pul almış, söz vermişdir ki, heç bir narazıçılıq olmadan hər ay 1500 (min beş yüz) ABŞ dolları ödəyəcək. Ödəniş hər ayın otuzu olacaq. Vicdanıyla söz verir ki, əgər sözünə əməl etməsə beş oğlan qabağında kişi deyil. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli İltizamdan görünür ki, X6 yoldaşı Şəxs X1 397.500 manat pulun borc alma əməliyyatında yaxından iştirak etmişdir və buna şahiddir. Şəxs bu pulu danışıqda razılaşdırılmış şərtlərlə göstərilən müddətdə vaxtında qaytarmazsa məsuliyyət onun boynuna düşür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Əgər borcun ödənilməsi barədə artıq məhkəmə qərarı və ya notarius tərəfindən təsdiq edilmiş icra qeydi varsa, bu o deməkdir ki, borcun mövcudluğu artıq qanuni şəkildə təsdiqlənmişdir və borclunun borcu qaytarmaq öhdəliyi qəti hüquqi qüvvəyə malikdir. Məhkəmə qeyd edir ki, tələbkarın mənafeyi baxımından borcun uzun müddət ödənilməməsi çox ciddi huquqi və mənəvi nəticələr doğurur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, bu günə qədər icra vərəqəsi üzrə 397 520 (üç yüz doxsan yeddi min beş yüz iyirmi) manat borcunun hələ də ödənilməməsini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(5-101)-319/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-319/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver