Məhkəmə qərarları › İş №3(5-101)-3212/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-3212/2026

28.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-101)-3212/2026 28.03.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Süleymanov Cavid Loğman oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlunun iştirakları ilə, ##.##.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olamaqla yaşayan-Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlunun barəsində ## #### 2026-cı il tarixdə (MN ******* nömrəli, MN ******* nömrəli və MN ******* nömrəli) Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* nömrəli protokola əsasən, ##.##.2026-cı il tarixdə vətəndaş Ağacanova İlahə Əhməd qızı əlavə gəlir əldə etmək üçün sosial şəbəkədə “unboxing” səhifəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğluna 20 dollar pul ödəmiş və aldadılmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* nömrəli protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu ##.##.2025-ci il tarixdə vətəndaş İsmayılova Hicran Oqtay qızından qonşusu Anar adlı şəxsin adından yazaraq ondan 150 manat pul almış və aldatmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* nömrəli protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu ##.##.2025-ci il tarixdə vətəndaş X3 mobil telefonuna tanışı Bağırov Mirağanın nömrəsindən yazaraq 350 manat pul almış və aldatmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 14-cü Polis Şöbəsinin sahə inspektoru X1 bildirmişdir ki, Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.2026-cı il tarixdə vətəndaş Ağacanova İlahə Əhməd qızı əlavə gəlir əldə etmək üçün sosial şəbəkədə unboxing səhifəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğluna 20 dollar pul ödəmiş və aldadılmışdır. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu ##.##.2025-ci il tarixdə vətəndaş İsmayılova Hicran Oqtay qızından qonşusu Anar adlı şəxsin adından yazaraq ondan 150 manat pul almış və aldatmışdır. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu ##.##.2025-ci il tarixdə vətəndaş X3 mobil telefonuna tanışı Bağırov Mirağanın nömrəsindən yazaraq 350 manat pul almış və aldatmışdır. Hazırda zərərçəkmiş şəxslərə dəyən ziyan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu tərəfindən ödənilmiş və barışıq əldə edilmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və tərtib edilən protokollara müvafiq hüquqi qiymət verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, qeyd edilən əməlləri maddi vəziyyəti yaxşı olmadığı üçün etmişdir. Dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Söz verir ki, bir daha belə əməllərə yol verməyəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, əməli törətmiş şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, əməli törətmiş şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, əməli törətmiş şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs Ağacanova İlahə Əhməd qızı təfədindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin rəisinə ünvanlanmış ##.##.2026-cı il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu tərəfindən ona dəymiş ziyan ödənilmiş və tərəflər arasında barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs İsmayılova Hicran Oqtay qızı təfədindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin rəisinə ünvanlanmış ##.##.2026-cı il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu tərəfindən ona dəymiş ziyan ödənilmiş və tərəflər arasında barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs X3 təfədindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14cü Polis Şöbəsinin rəisinə ünvanlanmış ##.##.2026-cı il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu tərəfindən ona dəymiş ziyan ödənilmiş və tərəflər arasında barışıq əldə edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati işin icratına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd:Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəisinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan(vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda (53.1.9.); bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda (53.1.10) inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclası zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlu izahatında törətdiyi əməlləri etiraf edərək, buna səbəb kimi maddi imkanının ağır olması ilə əlaqədar törətdiyini bildirmişdir. Bununla belə məhkəmə hesab edir ki, inzibati məsuliyyətdən azad etmə halları, iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu və 39.2-ci maddələrinə əsasən, 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəyən ziyanın tamamilə ödənilməsi və onlarla barışması səbəbindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlunun barəsində başlanmış İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmran oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXMin 129-cu maddəsində müəyyən edilmiş qaydada (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar