Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-101)-3213/2026 28.03.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Süleymanov Cavid Loğman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru Ağamalıyev Namiq İmran oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ######## 1998-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olan - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4, 332.1 və 332.2ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Sabunçu rayonu ərazisində “Daewoo BC212 avtobus” markalı, **CY*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan narkotik vasitələrin təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Bu barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru Ağamalıyev Namiq İmran oğlu tərəfindən İXP ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu DYPŞ-nin yol-patrul xidməti inspektoru, R Ağamalıyev Namiq İmran oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs faktiki olaraq ## #### 2026-cı il tarixdən saat 16:00-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, o, avtoyuma məntəqəsində işləyir, özünə aid olmayan avtomobili yumaq üçün avtoyuma məntəqəsinə aparırdı, avtomobildə “Coca-cola” içkisi var idi, həmin içkini qəbul etmişdir. Həmin içkidən başqa heçbir narkotik vasitə qəbul etməmişdir, həmin içkiyə görə analiz nəticələrində qanında narkotik vasitə aşkarlanmasını ehtimal edir. Narkotik vasitə istifadəçisi deyil. Hər bir halda əməlindan peşimandır. ## #### 2026-cı il tarixdən saat 16:00-dan etibarən saxlanılmışdır. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır, könüllü olaraq müharibədə iştirak etmişdir, hazırda üç aylıq övladı vardır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Ona verilmiş suallara cavabında göstərmişdir ki, belə hallara bir daha yol verməyəcəyinə söz verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru Ağamalıyev Namiq İmran oğlu tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Sabunçu rayonu ərazisində “Daewoo BC212 avtobus” markalı, **CY*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan narkotik vasitələrin təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus sürücülük vəsiqəsi məlumatlarından görünür ki, ona ##.##.2019-cu il tarixdə ##.##.2029-cu il tarixədək qüvvədə olan BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə ##.##.2026-cı il tarixli, */*** nömrəli aktdan görünür ki, həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 334-1.4-cü maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə –bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbs etmənin əvvəli ## #### 2026-cı il tarixdən saat 16:00-dan hesablanmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material həmin hissədə əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli ## #### 2026-cı il tarixdən saat 16:00-dan hesablansın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə göndərilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Süleymanov
Məhkəmə qərarları › İş №3(5-101)-3213/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-3213/2026
28.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver