Məhkəmə qərarları › İş №3(5-101)-393/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-393/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-393/2026 13.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs tələbkar Şəxs, X1nın iştirakı ilə, xx xxxxxx 1988-ci tarixdə Ararart r. anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, ev 121-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Şəxs İsmayıllı rayon Rayon Məhkəməsinin e-2(037)-498/2025 saylı, 08 iyul 2025-ci il tarixli icra vərəqi üzrə icra məmurunun göstərişini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, İsmayıllı rayon Rayon Məhkəməsinin e-2(037)-498/2025 saylı, 08 iyul 2025-ci il tarixli icra vərəqinə əsasən Şəxs qızı X3 ilə ünsiyyətdə olması üçün müddət hər həftənin bazar günləri saat 11:00-dan 17:00-dək Bakı şəhərinin ərazisində, 10 yanvar 2023-cü il tarixdə doğulmuş X5 ilə ünsiyyətdə olması üçün müddət hər həftənin bazar günləri saat 11:00-dan 13:00-dək Bakı şəhərinin ərazisində müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşyış yeri üzrə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında hər həftənin bazar günü saat 11:00-da X10 tərəfindən Şəxs həmin gün müvafiq olaraq saat 13:00-da və 17:00-da isə eyni ünvanda Şəxs tərəfindən X6 təhvil verilməsi müəyyən edilmişdir. Tərtib edilmiş protokola əsasən tələbkar Şəxs icra sənədi ilə əlaqədar uşaqları aparmış, anası X8 təhvil verməmişdir. Məhkəmə iclasında Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X9 göstərmişdir ki, İsmayıllı rayon Rayon Məhkəməsinin e-2(037)-498/2025 saylı, 08 iyul 2025-ci il tarixli icra vərəqinə əsasən uşağın tələbkar tərəfindən aparılaraq qaytarılması barədə xəbərdar etdiyindən, qaytarmadığı üçün protokol tərtib etdiyini bildirmişdir. Lakin tələbkar iş məhkəmədə baxılarkən uşaqları borclu, yəni anası Ayşən İsmayılzadəyə təhvil vermişdir. Bu səbəbdən də protokola dair qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində protokol tərtib edilmiş tələbkar Şəxs uşaqları təhvil verdiyini, lakin borclunun anası tərəfindən uşaqlara şiddət uyğulandığı üçün, həmçinin onun razılığı əsasında apardığını qeyd etmişdir. Lakin uşaqları anasına qaytarmış və uşaqların ona verilməsinə dair qanuni yollara baş vurmuş, yəni uşağın anadan alınıb verilməsinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Hazırda uşaqları anasına qaytarmış və bunun nəzərə alınmasını xahiş etmişdir. X1 uşaqlara anası tərəfindən hər hansı şiddət verilmədiyini və ərizə təqdim edərək uşaqların ona təhvil verildiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və borclunun izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki inzibati xəta haqqında protokol tələbkar barəsində tərtib edilmişdir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur: -İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə; -icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə. Hazırki, mübahisə üzrə icra məmuru tələbkar Şəxs icra sənədinin icrası ilə əlaqədar uşaqları aparıb anası X1na təhvil verməməsinə görə tərtib edilmişdir. Maddənin dispoziya şərtinə uyğun olaraq hazırda barəsində protokol tərtib edilmiş tələbkar Şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı hər hansı sənəd və sübutlar protokola əlavə edilməmiş, protokol natamam olmuşdur. Belə ki, əgər tələbkar icra sənədində göstərilən icra məmurunun hər hansı qanuni tələbini icra etməmişdirsə, bununla bağlı tələbkara qanuni tələbin icrası ilə bağlı hər hansı məlumat və göstəriş verilməli idi ki, bu hal müəyyən edilməmiş və buna dair sənədlər məhkəmə iclası zamanı da təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələbkar Şəxs barəsində protokol tərtib edilməsi anlaşılan deyildir. Bundan əlavə məhkəmə iclası zamanı tərəflərin izahatlarından və borclu Ayşən İsmayılzadə tərəfindən təqdim edilmiş ərizədən müəyyən olunur ki, icra sənədi üzrə uşaqlar borcluya qaytarılmışdır. Tərtib edilmiş protokol üzrə maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Məhkəmə baxışında baxılma müddətinin dərhal olması qeyd edilən natamamlıqların aradan qaldırılmasına imkan vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Tərtib edilmiş protokol üzrə maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Məhkəmə baxışında baxılma müddətinin dərhal olması qeyd edilən natamamlıqların aradan qaldırılmasına imkan vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş tələbkar Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 13 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar