Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-520/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru Rahib Əsədovun, Zərərçəkmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonu, Arabaçı Ərazi Dairəsi, Fərzalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 15 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs X4 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru Rahib Əsədov bildirmişdir ki, tərəflər Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyatdadırlar. X6 tərəfindən dəfələrlə gecə saatlarında Şəxs barəsində polis şöbəsinə şikayətlər daxil olmuşdur. Daxil olan şikayətlərin araşdırılması məqsədilə hər iki tərəf mütəmadi olaraq polis şöbəsinə dəvət edilmişdir. Araşdırmalar zamanı X6 izahatında bildirmişdir ki, Şəxs onun yaşadığı ünvanda normal yaşayışına süni maneələr yaradır. Belə ki, Şəxs onun yaşadığı otağın işıqlandırma vasitəsini çıxarmış, onun mətbəxə daxil olmasına mane olmaq üçün qapısını daim bağlı saxlamış, həmçinin yaşadığı otağa istilik sisteminin verilməsini dayandırmışdır. Şikayətlərlə əlaqədar olaraq Şəxs dəfələrlə polis şöbəsinə dəvət edilmiş, onunla profilaktik söhbətlər aparılmışdır. Şəxs izahatında qadının ehtiyatsızlığı səbəbindən evin yanması təhlükəsindən ehtiyat etdiyi üçün qeyd olunan məhdudiyyətləri tətbiq etdiyini bildirmişdir. 2025-ci ildə, gecə saat 23:00 radələrində daxil olmuş növbəti şikayət əsasında Şəxs polis şöbəsinə dəvət edilmiş, ona qadının yaşlı olması, qayğıya ehtiyacı olduğu izah edilərək, yaşadığı otağın işıqlandırma və istilik sisteminin bərpa edilməsi tapşırılmışdır. Şəxs polis şöbəsindən ayrıldıqdan sonra əlaqə saxlayaraq qeyd olunan tələblərin yerinə yetirildiyini bildirmişdir. Lakin, bir neçə gün sonra Şəxs tərəfindən eyni hərəkətlərin yenidən təkrarlandığı barədə polis şöbəsinə növbəti şikayət daxil olmuşdur. Məhkəmə iclası zamanı Şəxs qeyd olunan hərəkətləri törətmədiyini bildirsə də, o, şəxsən həmin ünvanda olmuş, qadının yaşadığı otaqda işıqlandırmanın və istilik sisteminin olmadığı faktını müəyyən etmiş və bunu video görüntülərlə sənədləşdirmişdir. Şəxs 18 dekabr 2025-ci il tarixdə, saat 01-02 radələrində yaşadıqları ünvan 1 ünvanında aralarında yaranmış mübahisə zamanı X4 döymüşdür. Şəxs X4 əvvəllər də döymüşdür, lakin X6 onu bağışladığı üçün şikayətini geri götürmüşdür. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Əgər şəxsin barəsində hər hansı tədbir görülməzsə zərərçəkən şəxs üçün daha ağır nəticələr baş verəcəkdir, çünki artıq onların Şəxs ilə apardıqları profilaktik söhbətlər heçbir nəticə vermir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Gədəbəy rayonu, Arabaçı Ərazi Dairəsi, Fərzalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Evlidir və iki azyaşlı övladı vardır. Onun uşaq yaşlarında atası vəfat etdiyindən qohumu X6 tərəfindən himayəyə götürülmüş və saxlanılmışdır. İlkin dövrlərdə tərəflər arasında münasibətlər normal olmuş, lakin sonradan yaşayış evi ilə bağlı aralarında mübahisə yaranmışdır. Qeyd olunan mübahisə ilə əlaqədar məsələ bir neçə məhkəmə instansiyasında araşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarına əsasən əmlakın X5 məxsus olması müəyyən olunmuş və ona həmin yaşayış ünvanından müvəqqəti istifadə hüququ verilmişdir. Onun barəsində X6 tərəfindən səsləndirilən iddialar həqiqətə uyğun deyil. O, X4 heç vaxt döyməmiş, ona hər hansı fiziki xəsarət yetirməmişdir. X2 özü tərəfindən ehtiyatsız davranış hallarına yol verilmişdir. Belə ki, X6 dəfələrlə qazı açıq vəziyyətdə qoyaraq evi tərk etmiş, nəticədə yaşayış evində yanğın təhlükəsi yaranmışdır. X2 onu döyməsi barədə polis orqanlarına müraciət etməsinin əsas məqsədi onu həmin yaşayış mənzilindən çıxarmaq olmuşdur. O, X5 qarşı hər hansı zorakılıq halının baş vermədiyini sübut etmək məqsədilə öz vəsaiti hesabına yaşayış evində müşahidə kameralarının quraşdırılmasını təklif etmişdir. O, 18 dekabr 2025-ci il tarixdə gecə saat 01:00–02:00 radələrində evə gəlmiş, divanda əyləşərək mobil telefonda sosial şəbəkələrdən istifadə etmişdir. Bu zaman X6 heç bir söz demədən evi tərk etmişdir. Təxminən 40 dəqiqə ərzində X6 geri qayıtmadığından narahat olaraq onu axtarmaq məqsədilə küçəyə çıxmışdır. Küçədə qonşunun azyaşlı övladından X2 orada olubolmadığını soruşmuş və ona X2 həmin yerdə olduğu bildirildikdən sonra evə qayıtmışdır. Hadisədən 4–5 gün sonra polis şöbəsinə dəvət edilmiş, X6 tərəfindən onun barəsində döyülmə faktı ilə bağlı şikayət daxil olduğu barədə məlumat verilmişdir. O, polis şöbəsində izahat verərkən X4 döymədiyini, onun hansı şəraitdə və hansı səbəbdən xəsarət alması barədə məlumatının olmadığını bildirmişdir. O, izahatında əlavə olaraq qeyd etmişdir ki, X2 yaşadığı otaqda işıqlandırmanın olmaması patronun texniki cəhətdən yararsız vəziyyətdə olması ilə, istilik sisteminin işləməməsi isə kombidə yaranmış nasazlıqla bağlıdır. Maddi imkanlarının məhdud olması səbəbindən qeyd olunan nasazlıqları aradan qaldıra bilməmişdir. Eyni zamanda vurğulamışdır ki, əksinə, X6 tərəfindən dəfələrlə onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədilmiş, polis orqanlarına edilən müraciətlərin əsas məqsədi isə onu yaşayış mənzilindən çıxarmaq olmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, 70 yaşı vardır, ünvan 1 ünvanında yaşayır. Şəxs onun qaynının oğlu olmuşdur. Qaynı vəfat etdikdən sonra Şəxs körpə vaxtından övladlığa götürərək saxlamışdır. Şəxs uşaq olarkən ayaqlarında problem olduğundan yeriyə bilməmiş, o isə daim onu qucağında gəzdirmiş, müalicə elətdirmiş, böyüdüb boya-başa çatdırmışdır. Şəxs evlənənədək tərəflər arasında münasibətlər normal olmuşdur. Lakin, Şəxs evləndikdən sonra onun anasının və həyat yoldaşının müdaxiləsi nəticəsində ona qarşı münasibəti dəyişmiş, ona qarşı qərəzli mövqe sərgiləməyə başlamışdır. Şəxs mütəmadi olaraq onu təhqir etmiş, yaşadığı evdə normal yaşam şəraitinə maneələr törətmiş və əsas məqsədi onu yaşayış yerindən uzaqlaşdırmaq olmuşdur. Yaşayış evi ilə bağlı aralarında məhkəmə mübahisələri olmuşdur. Şəxs dəfələrlə onun yaşadığı otağın işıqlandırma avadanlığını sökmüş, istilik sisteminin həmin otağa gedən xəttini bağlayaraq orada yaşamasına mane olmuşdur. Bundan əlavə, ona mətbəxdən, hamamdan və sanitar qovşaqdan istifadə etməyə qadağa qoyulmuş, hətta içməli sudan istifadə etməməsi üçün su kranı izoliyasiya lenti ilə bağlanılmışdır. 06 ildir ki, o evində 1 stəkan çay içə bilmir. Hətta su kranından 1 stəkan su götürməsinə belə icazə verilmir. Yay aylarında çox susadığı üçün mağazadan aldığı suları içməsinə də imkan vermirlər, butulkaları açıb yerə boşaldırlar. Sanuzeldən istifadə etməsinə icazə verilmədiyi və yaşlı olduğu üçün çox çətin anlar yaşamış, bununla əlaqədar dəfələrlə çox pis vəziyyətə düşmüş, utanaraq qonşusuna gedərək orada paltarlarını dəyişmişdir. Ümumiyyətlə evinə ancaq yatanda gedir. Çünki, evdə yataqdan başqa heçnədən istifadə etməsinə icazə verilmir. Halbuki ora onun öz evidir, ev tikilənə və təmir olunanadək çox əziyyət çəkmişdir. Evi yandırmaq təhlükəsi ilə bağlı isə yalan deyirlər, Rahibi o böyütmüşdür, hər zaman qazdan istifadə etmiş və heç bir zaman hər hansı problem yaşanmamışdır. Qazın təhlükəli olduğunu bəhanə edirlər, amma işıqla və radiatorla bağlı heç bir təhlükə olmadığı halda onlardan da istifadəyə mane olurlar. Otağında istilik sistemi söndürüldüyündən və havalar çox soyuq olduğundan artıq gecələr də evində qala bilmir, qonşuda gecələməyə məcbur olur, öz evi ola-ola hərgün qonşuya gedərək əziyyət verməyə də utanır. O, istilik sisteminin işləməməsi ilə bağlı Şəxs müraciət etdikdə, Rahib ona istilik sisteminin guya işləmədiyini bildirmişdir. O isə Rahibin və ailə üzvlərinin yaşadığı otaqlarda radiatorların isti olduğunu qeyd edərək buna etiraz etmişdir. Bunun qarşılığında Rahib ona istilikdən və işıqdan istifadə etmək istəyirsə pul ödəməli olduğunu bildirmişdir O isə vurğulamışdır ki, yaşayış evi ona məxsusdur və Şəxs həmin evdə yaşadığı müddətdə ondan heç vaxt ödəniş tələb etməmişdir. 18 dekabr 2025-ci il tarixdə Şəxs icra işinin hansı mərhələdə olduğunu soruşmuşdur. Bu zaman Şəxs onu küçə söyüşləri ilə təhqir etmişdir. Şəxs özünün böyütməsi və uzun illər əziyyət çəkərək saxlaması səbəbindən ona ünvanlanan təhqiramiz ifadələr onu çox incitmişdir. O, Şəxs onu böyütdüyünü və qayğı göstərdiyini xatırlatdıqda, Şəxs ona “sonsuzsan, kimdir sənin tərəfini saxlayan” ifadəsini işlətmişdir. Bu ifadə onu ağır mənəvi sarsıntıya məruz qoymuş, emosional vəziyyətdə nalayiq ifadələr işlətmişdir. Bundan sonra Şəxs onun üzərinə gələrək “səni boğub öldürərəm, heç kimin xəbəri də olmaz” məzmunlu hədə-qorxu ifadələri işlətmiş, daha sonra onu yenidən küçə söyüşləri ilə təhqir etmiş və fiziki zorakılıq tətbiq edərək müxtəlif dərəcəli xəsarətlər yetirmişdir. Şəxs onu əvvəl döyməsi zamanı onunla barışsa da, onun tərəfindən döyülməsi və əzab verilməsi halı davam etdirilmişdir. Buna görə də artıq onunla barışmaq istəmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 15 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 18 dekabr 2025-ci il tarixdə, saat 01-02 radələrində yaşadıqları ünvan 1 ünvanında aralarında yaranmış mübahisə zamanı X4 döymüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X8 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 2731 nömrəli, 20 dekabr 2025-ci il tarixli rəyindən görünür ki, X1 təpə naiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 dekabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün materialın aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır; Məhkəmə iclasında tərəflərin iştirakı ilə zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazıları tədqiq edilərkən müəyyən edilmişdir ki, Rahib işıqlandırma və istilik sistemindən istifadənin ödənişli olması bəhanəsini əsas gətirərək, qış aylarında həmin kommunal təminatları qəsdən dayandırdığını etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X6 döyülməsi və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X8 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 2731 nömrəli, 20 dekabr 2025ci il tarixli rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs tərəfindən zərərçəkən şəxsi döyməməsi ilə bağlı bildirdikləri işin həqiqi halları ilə uzlaşmadığından məhkəmə tərəfindən özünü müdafiə etmək və məsuliyyətdən yayınmaq məqsədilə deyilmiş kimi qəbul edilir. Belə ki, şəxs zərərçəkənə istilik və işıq verilməsi ilə bağlı hər hansı maneə olmadığını bildrisə də, səs yazılarındakı etirafından bunun əksi olduğu açıq – aydın anlaşılmışdır. Bununla da, Şəxs özünü maüdafiə üçün bütün bildirdikləri sübutlarla təkzib olunmuşdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini (onu böyüdən 70 yaşlı qadını döyməsini, qadının öz evindəki mətbəxindən, sanuzeldən, işıq və istilikdən istifadə etməsinə icazə verməməsini, onu qaranlıqda, soyuqda və susuz saxlamaqla əzab verməsini) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir ay) ay 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 15 yanvar 2026-cı il tarixdən, saat 16:38-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPl-nə və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-520/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-520/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver