Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-521/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə, gecə saatlarında içkili vəziyyətdə Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yol hərəkəti qaydalarını pozduğu üçün Bakı şəhər BPİ DYPİ-nin əməkdaşlarının saxla əmrinə tabe olmayaraq ərazidən uzaqlaşsa da, sonradan saxlanılana zaman onların tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, qanuni tələblərinə tabe olmamış, yüksək səslə qışqıraraq ətrafdakı insanların diqqətini cəlb etməyə çalışmışdır. Daha sonra ərazi üzrə 15-ci Polis Şöbəsinin rəisinə raportla müraciət olunaraq barəsində inzibati xətalar haqqında protokol tərtib edilmişdir. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən MN № ******* saylı, 15 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru X2 izahatında göstərmişdir ki, Şəxs 14 yanvar 2026-cı il tarixdə, gecə saatlarında içkili vəziyyətdə Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yol hərəkəti qaydalarını pozduğu üçün Bakı şəhər BPİ DYPİ-nin əməkdaşlarının saxla əmrinə tabe olmayaraq ərazidən uzaqlaşsa da, sonradan saxlanılan zaman onların tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, qanuni tələblərinə tabe olmamış, yüksək səslə qışqıraraq ətrafdakı insanların diqqətini cəb etməyə çalışmışdır. Daha sonra ərazi üzrə 15-ci Polis Şöbəsinin rəisinə raportla müraciət olunmuşdur. Həmin raport əsasında tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, törətdiyi əməli səmimi olaraq etiraf edir. Həmin vaxt içkili olmuşdur. Bu səbəbdən də polislərin qanuni tələblərinə əməl etməyərək qanun pozuntusuna yol vermiş, polis əməkdaşları maşını saxla əmri versə də, maşını saxlamamış, səs küy salmaqla kobud sözlərdən istifadə etmişdir. Əməlindən çox peşmandır. Ona verilən suallara cavabında bildirmişdir ki, ona saxla əmri verilən zaman içkili olduğu üçün avtomobili saxlamaq istəməmişdir. Polis əməkdaşları dəfələrlə ona maşına əyləşməyi tələb etsə də, o bunu etməmişdir. Hadisə baş verən vaxt video görüntülər çəkilərək sosial şəbəkələrdə yayılmışdır. Baş verənlərə görə bir daha peşman olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, 14 yanvar 2026-cı il tarixdə, gecə saatlarında Sabunçu rayonu Məhəmmədi qəsəbəsində xidmətdə olana zaman “Chevrolet Cruze” markalı avtomobil svetaforun qırmızı işığında hərəkətini davam etdirərək qarşı yolda hərəkət edən avtomobilin yoluna çıxaraq onun hərəkətinə mane yaratdığı üçün tərəfindən mayak işığından istifadə edilərək saxla işarəsi verilmişdir. Lakin sürücü avtomobili saxlamayaraq hərəkətini davam etdirdiyi üçün efir vasitəsi ilə digər yol patrul xidməti avtomobili köməyə çağıraraq tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman sürücü içkili olduğu üçün onların qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmiş, ətrafdakı insanların diqqətini cəlb etməyə çalışmışdır. Daha sonra ərazi üzrə raportla şöbə rəisinə müraciət olunaraq sürücü şöbəyə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən MN № ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xətalar haqqında protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sərxoşluq vəziyyətinin xx.xx.2026-cı il tarixli, 1/54 saylı tibbi müayinəsi aktından görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs götürülmüş nümunədə onun spirtli içki qəbul etməsi təsdiq olunmuşdur. Həmin aktdan görünür ki, Şəxs müayinə nəticəsində alkoqolun miqdarı 0,423% olmuşdur. İXP7744043 saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Materiallara əlavə edilmiş CD diskdə olan video görüntülərdən də görünür ki, hadisəni özündə əks etdirən video göntülər sosial şəbəkələrdə yayılmaqla, Şəxs polislərə qarşı qışqırmaqla nalayiq ifadələr işlədərək, polisin ona sakitliyə riayət etməsinə baxmayaraq, ucadan qışqırır, ona içkili olduğu üçün maşından düşərək qaydalara tabe olması tələb olunur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını və şahid ifadələrini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs baş vermiş hadisəyə görə peşmançılığını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edir. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətmiş olduğu əməlinin özünün etiraf edici ifadəsi, şahid ifadəsi, raport, hadisəni özündə əks etdirən video görüntü və protokola əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, sərxoş halda əməli törətməsini, onun aqressiv davranışını, həmin görüntülərin sosial şəbəkələrdə yayılmasını, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 15 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-521/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-521/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver