Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-589/2026 26.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, Məhkəmə X1 AR Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayətinə şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək tərəfindən tərtib edilmiş AR Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP seriyalı, ******* saylı elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə material aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, şikayətçi X1 yaşayış yeri ünvan 1 ərazisidir Şikayətçi ərizəsində yaşayış yerinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Oqtay küçəsi 32 olmasını qeyd etsə də, yaşayış yerinin həmin ünvan olmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, qanunvericliyin tələbinə əsasən onun yaşayış yeri şəxsiyyət vəsiqəsində qeyd edilən yer, yəni ünvan 1 ünvanı hesab edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz Azərbaycan Respublikası İXM-in 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edən İXM-in 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Şikayətçinin vəsatətinə əsasən isə işə onun yaşayış yeri üzrə baxıla bilər. Göründüyü kimi burada şikayətə inzibati xətanın törədilməsi yeri və şikayət vermiş şəxsin vəsatətinə əsasən onun yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılması müəyyən edilmişdir. Lakin, İXM-in 129.1.3-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayətlərə şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Göründüyü kimi elektron qərarlardan verilmiş şikayətlərdə hər hansı alternativ aidiyyət qaydası müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, X1 qeydiyyat yeri (yaşayış yeri) ünvan 1 ünvanıdır və inzibati tənbeh vermə haqqında qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron formada qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki şikayətə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, Biləsuvar Rayon Məhkəməsidə baxılmalıdır Azərbaycan Respublikası İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AR Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP seriyalı, ******* saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti və ona əlavə olunmuş sənədləri aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-589/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-589/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver