Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-591/2026 27.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 24 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şahid ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də 2025-ci ilin avqust ayının 3 günü sınaq müddəti ilə praktiki fəaliyyətə cəlb edilmiş, həm günlər üzrə Şahid əmək haqqı ödənilmiş, bununla da əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Bununlada Azərbaycan Respublikasının İXM-nin 192.1ci maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 inzibati xəta haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş Şahid ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də 2025-ci ilin avqust ayının 3 günü sınaq müddəti ilə praktiki fəaliyyətə cəlb edilmiş, həm günlər üzrə Şahid əmək haqqı ödənilmiş, bununla da əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 izahatında göstərmişdir ki, Şəxs MMC-nə iş üçün müraciət edən vətəndaşlar işə qəbul edilməzdən əvvəl 3-4 günlük müddətə proqramı öyrənmələri üçün təlimə cəlb edilirlər. Həmçinin vətəndaş Şahid da tərəflərindən işə qəbul edilmək məqsədilə 2-3 günlük işi öyrənməsi və iş üzrə proqramı mənimsəməsi üçün təlimə cəlb edilmişdir. Bunun qarşılığında Şahid heç bir ödəniş tələb edilməmişdir. Həmin müddət ərzində Şahid maddi cəhətdən problemlərlə qarşılaşdığından ondan üç dəfə borc pul göndərməsini xahiş etmişdir. Bu səbəbdən o da borc qarşılığında həmin ödənişləri ona göndərmişdir. Daha sonra Şahid ondan min manat məbləğində ödəniş etməsini əks halda onu şikayət edəcəyini bildirmişdir. Şahid 3 gün Şəxs MMC-də stajor olmuşdur. Şəxs MMC-də əmək müqaviləsi olmadan heç bir işlərin görülməsinə cəlb edilməmişdir. 26 avqust 2025-ci il tarixdə Şahid işə qəbul üçün rəsmi prosedurlarla şirkətdə qeydiyyata alınmış, lakin şirkət tərəfindən tələb edilən sənədlər təqdim edilmədiyindən rəsmi qeydiyyat prosesi həmin tarixdə dayandırılmışdır. İş materiallarında olan məxfilik və intizam müqaviləsi proqramın məxfiliyinin qorunması məqsədilə tərəflərindən tərtib edilmişdir. Odur ki, tərtib edilmiş protokolla razı deyil. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid əvvəllər tanımamış, yalnıza təlimə cəlb edilməsi ilə bağlı tanımışdır, Şahid borc istədiyindən bir neçə dəfə pul vermişdir. Bununla bağlı aralarında whatsapp vasitəsilə olan səs yazıları var, məhkəməyə təqdim edə bilər. Məxfilik müqaviləsində işçi və işəgötürən kimi tərəflərin yazılması texniki səhv olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə, eləcə də dəfələrlə telefon vasitəsilə Şahid ilə əlaqə saxlanılsa da Şahid məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Şahid əmək və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şahid 08 sentyabr 2025-ci il tarixli izahatından görünür ki, 19 avqust 2025-ci il tarixdən Şəxs MMC şirkətinə CV vermiş və 20 avqust 2025-ci il tarixə qədər işə qəbul olmuşdur. Ona ilk günlərdən sınaq müddəti olacağı və bu günlər üçün ödəniş olacağı bildirilmişdir. Digər işçi Fidan xanım və Ramil bəyə də ödəniş olacağı bildirilmişdir. Daha sonra şirkətin rəhbəri Elşən bəy onu ofisə çağıraraq ona sınaq müddətinin ödənişinin olmayacağını bildirmişdir. Bildirmişdir ki, onun işçiləri və köməkçiləri yanlış məluamt verib. O da etiraz edərək onu şikayət edəcəyini bildirmişdir. Ona proqramla işlədiklərini, proqramın məxfi olması səbəbi ilə ona müqaviləni imzalamalı olduğu bildirilmişdir. O da rəsmi olmadan müqaviləni imzalamaqdan və öhdəliyi üzərinə götürməkdən imtina etmişdir. İlk başda onu Dost xidmətinə yönləndirmişlər, lakin miq və fm sənədi almağa ona sənəd verilmədi, çünki əvvəlki iş yerində işlədiyi yerdə problemi bildirmiş, ödəniş alacağı və qeydiyyatda olacağı barədə ona məlumat verilmişdir. Onunla əməkdaşlığı bitirdikdən sonra isə ödəniş edilməyəciyi bildirilmişdir. Portalda minimum əmək haqqından aşağı yəni 200 manat göstərilir və əlavə artıq iş saatına saxlanılmışdır. 20 günlük ödənişin tam təmin olunmasını, ona cəmi 44 manat ödəniş edildiyini, halbuki 20 günlük ödəniş 500 manat təşkil edir və əlavə qaldığı artıq saatlarda ödənişin və şirkətin qanun qarşısında etdiyi əməllərə görə cəza çəkməsini və təzminat ödənilməsini xahiş edir; Şəxs MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı məktubundan görünür ki, Şəxs MMC, mençendayzer xidməti göstərən şirkət olaraq 2025-ci ilin avqust ayından 6 günlük təlim çərçivəsində Şahid təlimə dəvət etmişdirlər. Təlim Şəxs MMC-nə məhsus proqram üzərindən 3 günlük ofis daxilində keçirilmişdir. Növbəti 3 gün isə vətəndaşa ərazidə praktik təlim keçirilmişdir. Təlimə dəvət edərkən qeyd edilmişdir ki, xidmətlari ödənişsiz əsasında həyata keçirilir. Lakin, Şahid şəxsi ailə vəziyyətini əsas gətirərək ödənişin edilməsini xahiş etmişdir. Onlar isə vəziyyətini nəzərə alaraq ona müxtəlif tarixlərdə ümumilikdə 125,00 ( bir yüz iyirmi beş manat, 00 qəpik) AZN məbləğində ödəniş etmişlər. Ödənişlər üzrə çek və vətəndaş tərəfindən imzalanmış ərizə mövcuddur. Eyni zamanda Şahid xx.xx.2025-ci il tarixində işə qəbul üçün rəsmi prosedurlarla şirkətlərində qeydiyyata alınmışdır. Lakin, şirkət tərəfindən tələb olunan sənədləri təqdim etmədiyi üçün rəsmi qeydiyyat prosesi həmin tarixdə dayandırılmışdır. Şahid tərəflərindən edilən ödənişi əldə etdikdən sonra o, şirkəti müfəttişliyə şikayət edərək əmək haqqının ödənilmədiyini iddia etmişdir. Həmin dövrdə o, onlardan bir aylıq əmək haqqı tələb etmişdir. Tərəflərindən bu tələb əsassız hesab olunduğu üçün vətəndaşa bildirildi ki, belə bir ödəniş etməməlidirlər. Vətəndaş isə onları təhqir edərək hədə-qorxu gəlmişdir. Bu səbəbdən tərəfilərindən 12 saylı Sabunçu Rayon Polis İdarəsinə şikayət edilmiş və Şahid barəsində cinayət işi açılmışdır. Faktla bağlı ondan izahatı alınmışdır. Bütün yuxarıda qeyd olunan faktlar ödəniş və təlim prosesi ilə bağlı sənədlərlə təsdiq edilir. Şirkətiləri qanunvericiliyə uyğun hərəkət etmiş və öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Bu səbəbdən, Şahid tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunu bildirir və müfəttişlik tərəfindən obyektiv araşdırma aparılmasını xahiş etmişdirlər; Şahid məktubundan görünür ki, Şəxs MMC-də əvvəldən danışıldığı kimi 3 gün sınaq (təlim)-dən sonra işlədiyi 3 günlərin əmək haqqısını almış, hətta 3 günlük təlim üçün də ödəniş almışdır, heç bir narazılığı və şikayəti yoxdur; Leobank ödəniş qəbzlərinin surətlərindən görünür ki, Vidadi Xalıqov tərəfindən 22 avqust 2025-ci il tarixdə 24 manat, 31 avqust 2025-ci il tarixdə 20 manat, 08 sentyabr 2025-ci il tarixdə 81 manat məbləğlərində Şahid ödənişlər edilmişdir; 30 avqust 2025-ci il tarixli Məxfilik və İntizam müqaviləsindən görünür ki, İşəgötürən Şəxs MMC və işçi Şahid arasında Məxfilik və İntizam müqaviləsi bağlanılmış və həmin müqavilə işəgötürən və işçi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İlk olaraq məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən Şahid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi onun ərizəsi və iş materialları ilə təsdiq edilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 izahatında göstərmişdir ki, Şəxs MMC-nə iş üçün müraciət edən vətəndaşlar işə qəbul edilməzdən əvvəl 3-4 günlük müddətə proqramı öyrənmələri üçün təlimə cəlb edilirlər. Həmçinin vətəndaş Şahid da tərəflərindən işə qəbul edilmək məqsədilə 2-3 günlük işi öyrənməsi və iş üzrə proqramı mənimsəməsi üçün təlimə cəlb edilmişdir. Bunun qarşılığında Şahid heç bir ödəniş tələb edilməmişdir. Həmin müddət ərzində Şahid maddi cəhətdən problemlərlə qarşılaşdığından ondan üç dəfə borc pul göndərməsini xahiş etmişdir. Bu səbəbdən o da borc qarşılığında həmin ödənişləri ona göndərmişdir. Daha sonra Şahid ondan min manat məbləğində ödəniş etməsini əks halda onu şikayət edəcəyini bildirmişdir. Şahid 3 gün Şəxs MMC-də stajor olmuşdur. Şəxs MMC-də əmək müqaviləsi olmadan heç bir işlərin görülməsinə cəlb edilməmişdir. 26 avqust 2025-ci il tarixdə Şahid işə qəbul üçün rəsmi prosedurlarla şirkətdə qeydiyyata alınmış, lakin şirkət tərəfindən tələb edilən sənədlər təqdim edilmədiyindən rəsmi qeydiyyat prosesi həmin tarixdə dayandırılmışdır. İş materiallarında olan məxfilik və intizam müqaviləsi proqramın məxfiliyinin qorunması məqsədilə tərəflərindən tərtib edilmişdir. Odur ki, tərtib edilmiş protokolla razı deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü bəndinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 5-ci bəndinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Belə ki, Şəxs MMC-nin direktoru Nümayəndə2 izahatında Şahid işə qəbul etməzdən əvvəl şirkətin proqramını mənimsəməsi və ixtisasa yiyələnməsi üçün onu 3-4 günlük müddətə təlimə cəlb etdiyini bildirmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinə əsasən vətəndaşın proqramı mənimsəməsi, ixtisasa yiyələnməsi üçün onu təlimə cəlb etməzdən əvvəl onunla ixtisasa yiyələnməsi ilə bağlı müvafiq müqavilə ya əmək müqaviləsi bağlanarkən, yaxud da əmək müqaviləsi bağlandıqdan sonra ayrıca müqavilə şəklində bağlanmalı idi. Həmçinin işçinin cəlb edildiyi təlim işçinin fəaliyyətini əhatə etdiyindən həmin müddət iş vaxtına daxil edilməli və işçiyə bunun əvəzində əmək haqqı ödənilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş 30 avqust 2025-ci il tarixli Məxfilik və İntizam müqaviləsindən görünür ki, işəgötürən Şəxs MMC və işçi Şahid arasında Məxfilik və İntizam müqaviləsi bağlanılmış və həmin müqavilə işəgötürən və işçi tərəfindən imzalanmışdır. Tərtib edilmiş müqavilədən aydın olur ki, Şahid işçi olaraq işəgötürən Şəxs MMC tərəfindən şirkətdə işlərin görülməsinə cəlb edilmiş, və şirkətin hazırladığı proqramın məxfiliyinin qorunması üçün işəgötürən Şəxs MMC və işçi Şahid arasında həmin müqavilə tərtib edilərək tərəflərindən imza edilmişdir. Bundan başqa, həmin müqavilədə olan bütün bəndlərdən həmin şərtlərin işçi tərəfindən yerinə yetirilməli olması aydın görünür. Eyni zamanda, Şəxs MMC-nin direktoru 26 avqust 2025-ci il tarixədək Şahid təlimə cəlb edildiyini göstərsə də, Məxfilik və İntizam müqaviləsinin tarixindən göründüyü kimi, həmin müqavilə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmışdır ki, bu da Şahid təlimdən sonra da işlərə cəlb edilməsini bir daha təsdiq edir. Həmçinin Şahid iş materiallarına əlavə edilmiş ərizəsində Şəxs MMC-də əmək müqaviləsi bağlanmadan işlərə cəlb edildiyini qeyd etmiş, həmin xüsusatlar Şahid ərizəsi və iş materiallarındakı digər sənədlərlə də bir daha öz təsdiqini tapmışdır. Eyni zamanda, Şahid NEXTRACK» MMC-nə təqdim etdiyi xx.xx.2025-ci il tarixli yazılı müraciətindən görünür ki, NEXTRACK» MMC-də əvvəldən danışıldığı kimi 3 gün sınaq (təlim)-dən sonra işlədiyi 3 günlərin əmək haqqısını almış, hətta 3 günlük təlim üçün də ödəniş almışdır, heç bir narazılığı və şikayəti yoxdur; Göründüyü kimi, Şahid şirkətə təqdim etdiyi yazılı müraciətində belə təlimə cəlb edildiyi dövrdən sonra belə 3 gün əmək müqaviləsi olmadan işlədiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru Xəlilov X2 Adil Zakir oğluna təlimə cəlb edildiyi günə görə haqqın ödənildiyini etiraf etmişdir. Buda bir daha təsdiq edir ki, Şahid həqiqətən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmiş, buna görə hətta ona əmək haqqı belə ödənilmişdir. Bundan başqa, Şəxs MMC-nin direktoru Nümayəndə2 izahatında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi hazırlanmasına baxmayaraq Şahid göndərildiyini, lakin onun tərəfindən imzalanmaması səbəbindən onu işə götürə bilməməsini bildirmişdir. Halbuki, MMC-nin direktoru Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş whatsapp yazışmalarından görünür ki, Şahid və Nümayəndə2 arasında 31 avqust 2025-ci il tarixdə danışıqlar olmuş, həmin danışıqların məzmununda Şahid Nümayəndə2 borc pul istəməsi, ona əmək haqqı verildikdən sonra pulu qaytarması məzmununda danışıqlar aparmış, Nümayəndə2 isə ona birbaşa müraciət etməməsini, sözü olduqda supervayzerlərinə müraciət etməsini bildirməsi kimi məzmununda danışıqlar aparmışdır ki, bu bu hal da bir daha təsdiq edir ki, 26 avqust 2025-ci il tarixdən sonra belə Şahid Şəxs MMC-də işlərin görülməsinə cəlb edilmişdir. Eyni zamanda, Şəxs MMC-nin direktoru Xəlilov X2 Adil Zakir oğluna borc olaraq müxtəlif məbləğlərdə pul göndərdiyini göstərsə də, məhkəmə bu halı inandırıcı hesab etməmişdir. Belə ki, Xəlilov X2 Adil Zakir oğlunu əvvəllər tanımadığını, yalnız 3 günlük təlimə cəlb edilərkən tanıdığını, maddi imkanını nəzərə alaraq ona ayrı-ayrı vaxtlarda yardım üçün pul göndərdiyini bildirmişdir. Halbuki, işdə olan qəbzlərdən görünür ki, həmin pullar Şahid xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə göndərilmişdir. Nümayəndə2 əvvəllər tanımadığı, özünün deməsinə əsasən 03 günlük təlimə cəlb edildikdən sonra xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi hazırlanmasına, Şahid tərəfindən həmin müqavilə imzalanmamasına baxmayaraq, bundan sonra da 2 dəfə ona borc olaraq pul göndərməsini məhkəmə inandırıcı hesab etməyərək özünü müdafiə xarakterli izahat kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-591/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-591/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver