Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-668/2026 27.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Səfərli Sabir Əhməd oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 29 dekabr 2025-ci il tarixli, EQ seriyalı, 32961735 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 29 dekabr 2025-ci il tarixli, TP seriaylı 32961735 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32961735 saylı qərarına əsasən, tərəfindən Bakı şəhəri, Səməd Vurğun prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, yəni dayanma-durma qaydalarının pozulması, qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ32961735 saylı qərarı ilə razı deyil. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 3.27 nömrəli yol nişanının tələbləri pozulmuşdur. Lakin, təqdim edilmiş foto-materiallardan və mövcud vəziyyətdən göründüyü kimi, nəqliyyat vasitəsinin dayandığı ərazidə 3.27 nömrəli yol nişanının təsir dairəsinin davam etməsi birmənalı şəkildə müəyyən edilmir. Qanunvericiliyə əsasən, 3.27 nömrəli yol nişanının təsir dairəsi 1.4 və ya 1.10 üfüqi nişanlanma xətləri, 3.30 nömrəli (dayanma-durma qadağasının aradan qaldırılması) nişanı, 3.31 nömrəli (dayanma qadağasının aradan qaldırılması) nişanı, digər qadağanedici nişanlar (məsələn, 3.29), yaxud yol ayrımı ilə müəyyən edilir və ya dayandırılır. Bu hallar nəzərə alınmadan inzibati məsuliyyətin tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Təqdim olunmuş foto-materialdan aydın görünür ki, 3.27 nömrəli yol nişanının təsir dairəsi zibil qablarının yerləşdiyi hissənin sonunda qüvvəsini itirir. Belə ki, zibil qablarından sonrakı hissədə yol ayrımı mövcuddur və qüvvədə olan yol hərəkəti qaydalarına əsasən, qadağanedici nişanların təsir dairəsi yol ayrımınadək müəyyən olunur. Həmçinin müəyyən edilir ki, 3.27 nömrəli yol nişanının qüvvədə qalmasını şərtləndirən bütöv üfüqi nişanlanma xətti zibil qablarının başladığı nöqtədə, yəni yol ayrımının əvvəlində başa çatır. Bu hal da qadağanın həmin hissədə davam etmədiyini göstərir. Göründüyü kimi, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. İş üzrə mövcud olan sübutlar və təqdim edilmiş foto-materiallar inzibati xəta tərkibinin formalaşmadığını göstərir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 29 dekabr 2025-ci il tarixli, TP seriaylı 32961735 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 29 dekabr 2025-ci il tarixli, TP seriaylı 32961735 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 29 dekabr 2025-ci il tarixli, EQ seriyalı, 32961735 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xətanın törədildiyi yerə dair fotogörüntüdən görünür ki, “BYD Destroyer 05 Plug-in Hibrid minik” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobil sarı üfüqi nişanlanma xəttinin yanında saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş foto materialdan müəyyən olunur ki, “BYD Destroyer 05 Plug-in Hibrid minik” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sarı üfüqi nişanlanma xəttinin yanında saxlanılmışdır. Yolun hərəkət hissəsində çəkilmiş sarı üfüqi nişanlanma xətti dayanma və ya durmanın qadağan edildiyini göstərir və sürücülər üçün məcburi xarakter daşıyır. Sarı bütöv xətt “Dayanmaq qadağandır” nişanı ilə birlikdə tətbiq edildikdə dayanmaq qadağan olunan yeri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir. Bu nişanlanma “Dayanmaq qadağandır” nişanından başlayan, dayanmaq qadağan olunan sahənin uzunluğunu bildirir. Yəni, bu nişanla birlikdə tətbiq edildikdə sarı bütöv xətt boyunca dayanmaq və durmaq qadağandır. “Dayanmaq qadağandır” nişanı vurulmadıqda sarı bütöv xətt dayanmanı qadağan etmir. Lakin məhkəmə iclasında tədqiq edilmiş foto materialdan müəyyən olunmuşdur ki, “BYD Destroyer 05 Plug-in Hibrid minik” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sarı üfüqi nişanlanma xəttinin yanında saxlanılmışdır. Həmin nişanlanma xəttindən öncə isə “Dayanmaq qadağandır” nişanı yerləşdirilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu və Yol hərəkəti qaydalarına əsasən, yol nişanları və nişanlanma xətləri bütün hərəkət iştirakçıları üçün məcburidir və onların tələblərinə əməl edilməməsi inzibati məsuliyyət yaradır. İş materialları ilə müəyyən edilir ki, nəqliyyat vasitəsinin saxlanıldığı yer dayanma və ya durmanın qadağan edildiyi ərazi olmuşdur. Bu hal inzibati xəta tərkibini yaradır və istisna hallar (346.2–346.9-cu maddələrdə nəzərdə tutulmuş hallar) mövcud deyildir. Odur ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 29 dekabr 2025-ci il tarixli, EQ seriyalı, 32961735 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 29 dekabr 2025-ci il tarixli, EQ seriyalı, 32961735 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-668/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-668/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver