Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-670/2026 27.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 10 iyun 1981-ci il tarixdə Gürcüstan Respublikası Qardabani rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 3-cü Yavər Əliyev küçəsi, ev 40-da qeydiyyatda olan və yaşayan-X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32663796 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ32663796 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o bir neçə aydır ki, taksi fəaliyyət ilə məşğul olur, **-XQ-*** d.q.n avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobil üzrə taksi buraxılış vəsiqəsi var və həmin vəsiqəni məhkəməyə təqdim edir. Taksi fəliyyəti ilə əlaqədar “Yango” tətbiqindən istifadə edərək sifarişləri qəbul edərək icra edir. O taksilər üçün ayrılmış ərazidə saxlayaraq müştəri gözləmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32663796 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32663796 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32663796 nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32663796 nömrəli qərardan görünür ki, X7 “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı 99XQ258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitəsinin dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmişdir; Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi taksi minik avtomobilləri ilə sərnişin daşımalarına TDK101780 saylı buraxılış kartından görünür ki, “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı 99XQ258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi TDV30289 saylı buraxılış vəsiqəsi xx.xx.2025-ci ildən xx.xx.2032-ci ilədək qüvvədədir fəaliyyət ərazisi Bakı şəhəridir. Etibarnamənin surətindən görünür ki, X2 məxsus olan “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı 99XQ258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 idarə etmək məqsədi ilə verilmiş və xx.xx.2026-cı ilədək qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.6-cı maddəsinə əsasən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə-qırx manat məbləğində cərimə edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan(vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şikayətçinin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, X6 “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı 99XQ258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişin daşımalarını həyata keçirmək üçün buraxılış kartı və buraxılış vəsiqəsi verilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 məhz “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini taksi minik avtomobili olmayan nəqliyyat vasitəsi kimi qiymətləndirərək taksi duracağında saxlamasına görə inzibati tənbeh tətbiq etmişdir. Halbuki İXM-nin 346.6-cı maddəsinin dispozisiyasından görünür ki, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Təqdim edilmiş sənədlərdən taksi duracağında saxlanılan “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin taksi minik avtomobili olması müəyyən olunmuşdur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 13.1.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi icazələri almalıdırlar. 20.3-cü maddəsinə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə etməlidir. 20.4-cü maddəsinə görə taksi minik avtomobilləri ilə sərnişin daşımalarının xüsusiyyətləri “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 nömrəli əlavə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 34-cü maddəsinə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aiddir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına 7 il müddətinə buraxılış vəsiqəsi verilir. Sistem üzərində yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi taksi minik avtomobilləri ilə sərnişin daşımalarına TDK101780 saylı buraxılış kartına əsasən “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı 99XQ258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi TDV30289 saylı buraxılış vəsiqəsi xx.xx.2025-ci ildən xx.xx.2032ci ilədək qüvvədədir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı 99XQ258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişan daşımaları həyata keçirən subyekt olmaqla xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerindən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32663796 nömrəli qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X5 şikayəti təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32663796 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-670/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-670/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver