Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-690/2026 23.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 20 fevral 1980-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 23 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 15.11,2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 220 manat sabit pul məbləğində alimentin, xx.xx.2015-ci il təvəllüdlü X6 dislasiya xəstəliyindən sağalanadək hər ay 50 manat məbləğində əlavə xərcin cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X9 bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 15.11,2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 220 manat sabit pul məbləğində alimentin, xx.xx.2015-ci il təvəllüdlü X6 dislasiya xəstəliyindən sağalanadək hər ay 50 manat məbləğində əlavə xərcin cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş göndərilmişdir. Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə üçün müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəfələrlə dəvət olunmuşdr. Şəxs ölkə ərazisinin hüdudlarından kənarda olduğu müəyyən edildikdən sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq axtarış elan edilmişdir. 13 noyabr 2025-ci il tarixdə Şəxs icra şöbəsinə gəlmiş, ona icra sənədi (icra vərəqəsi) barədə ətraflı məlumat verilmiş və icraata başlanılması haqqında qərar təqdim edilmişdir. Şəxs izahatı alınarkən o, mövcud maddi vəziyyəti barədə məlumat vermiş, həyat yoldaşının xəstəliyi ilə əlaqədar yaranmış tibbi xərclər səbəbindən aliment ödənişlərini vaxtında həyata keçirə bilmədiyini bildirmişdir. Bununla yanaşı, o, hər ay üçün müəyyən edilmiş 270 (iki yüz yetmiş) manat cari aliment məbləğini ödəməklə yanaşı, aliment borcunun azaldılması məqsədilə əlavə olaraq hər ay 330 (üç yüz otuz) manat məbləğində ödəniş edəcəyinə dair öhdəlik götürmüş, lakin hər hansı ödəniş etməmişdir. Şəxs ümumilikdə 2930 (iki min doqquz yüz otuz) manat məbləğində aliment borcunu ödədiyini bildirmişdir. Tələbkar isə ərizəsində 2025-ci ilin noyabr ayı üzrə 4 630 (dörd min altı yüz otuz) manat məbləğində aliment borcunun qaldığını göstərmişdir. Hazırda Şəxs icra vərəqəsi üzrə 5 170 (beş min yüz yetmiş) manat məbləğində aliment borcunun mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, onun icra vərəqəsi barədə məlumatı olmamışdır. Belə ki, o, müəyyən müddət ərzində Qazaxıstan Respublikası ərazisində təcridxanada saxlanılmış, 2025-ci ilin aprel ayından etibarən isə Azərbaycan Respublikası ərazisində yaşamışdır. Tələbkarın ona məxsus yaşayış evində yaşamasına baxmayaraq, aliment tələbi ilə bağlı nə ona, nə də yaxın qohumlarına hər hansı rəsmi məlumat verilməmişdir. Bu barədə olduqdan sonra könüllü surətdə icra şöbəsinə müraciət edərək icra işinin mövcud vəziyyəti və mərhələsi barədə məlumat almışdır. O, 2025-ci ilin may ayından sentyabr ayınadək ümumilikdə 2 930 (iki min doqquz yüz otuz) manat məbləğində ödəniş etmişdir. Barəsində aparılmış cinayət işi üzrə ödəniş öhdəliklərinin mövcud olması, həmçinin ikinci həyat yoldaşının xəstəliyi ilə əlaqədar yaranmış tibbi xərclər səbəbindən aliment borcunu tam həcmdə ödəyə bilməmişdir. Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi və cəzanın icrası ilə əlaqədar ona elektron nəzarət vasitəsinin tətbiq edildiyi üçün daimi iş tapa bilməmişdir. Ona möhlət verildiyi təqdirdə hər ay 300 (üç yüz) manat məbləğində ödəniş etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak tələbkar X7 izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 15.11,2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 220 manat sabit pul məbləğində alimentin, xx.xx.2015-ci il təvəllüdlü X6 dislasiya xəstəliyindən sağalanadək hər ay 50 manat məbləğində əlavə xərcin cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. X10 ona məxsus ünvanda yaşadığımı əsas gətirərək aliment öhdəliyindən yayınır. Onun həmin ünvanda yaşaması aliment öhdəliyini aradan qaldırmır və şəxsi bu öhdəlikdən azad etmir. O, övladlarının başqa yaşayış yerinin olmaması səbəbindən məcburiyyət qarşısında qalaraq həmin evdə yaşadığını qeyd etmişdir. X10 aliment öhdəliyi barədə ona məlumat verilmədiyini bildirsə də, bu barədə onun ailə üzvlərinin məlumatlı olmuş və X6 ailə üzvləri ilə mütəmadi əlaqə saxlamışdır. Övladının xəstə olması səbəbindən onunla daimi məşğul olur, bu səbəbdən əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur. Ailənin maddi təminatı əsasən birinci nikahdan olan oğlu tərəfindən qarşılanır. Övladının tibbi, təhsil və gündəlik xərclərinin yüksək olması səbəbindən onun həmin xərcləri müstəqil qaydada qarşılamaq imkanı yoxdur və maddi vəziyyəti buna uyğun deyil. 2025-ci ilin may ayından etibarən X10 tərəfindən aliment borcu üzrə müəyyən ödənişlər edilib, lakin onun bildirdiyi kimi 2930 (iki min doqquz yüz otuz) manat məbləğində ödəniş edilməyib. Ödənişlər əsasən 10 (on), 30 (otuz) və 50 (əlli) manat məbləğlərində həyata keçirilmişdir. X2 dəfə 13 sentyabr 2025-ci il tarixdə 500 (beş yüz) manat, 14 sentyabr 2025-ci il tarixdə isə 100 (yüz) manat məbləğində ödəniş etmiş, həmin tarixdən sonra hər hansı ödəniş aparılmamışdır. X10 onun aliment borcunun tam şəkildə və birdəfəlik ödənilməsini tələb etdiyi bildirilsə də, bu hal həqiqəti əks etdirmir. O, icra vərəqəsində nəzərdə tutulmuş aylıq 270 (iki yüz yetmiş) manat məbləğində cari alimentin, habelə yaranmış borcun azaldılması məqsədilə əlavə olaraq hər ay 200 (iki yüz) manat ödənilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 15.11,2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 220 manat sabit pul məbləğində alimentin, xx.xx.2015-ci il təvəllüdlü X6 dislasiya xəstəliyindən sağalanadək hər ay 50 manat məbləğində əlavə xərcin cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 15.11,2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 220 manat sabit pul məbləğində alimentin, xx.xx.2015-ci il təvəllüdlü X6 dislasiya xəstəliyindən sağalanadək hər ay 50 manat məbləğində əlavə xərcin cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(005)-3221/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 03 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclunun axtarış haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən şəxsin əvvəllər icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs məhkəmə iclasında əmək haqqısının az olmasına istinad edərək icra sənədini icra də bilməməsini göstərsə də, məhkəmə şəxsin işləməməsinə dair gətirdiyi dəlili üzürlü hal hesab etmir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs işsiz olduğunu, icra sənədi üzrə ödəniş edə bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəlaiyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Əliyev X8 adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-690/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-690/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver