Məhkəmə qərarları › İş №3(5-101)-698/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-698/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-698/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə, Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, ******* nömrəli “X9 haqqında” qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7, Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, ******* nömrəli “X9 haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində etibarnamə əsasında idarə etdiyi “X13” minik markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Bakı şəhəri Heydər Əliyev prospekti, Kamsomol körpüsündən çıxdıqdan sonra sağ tərəflə hərəkətdə olan avtomobilləri gözləyərək yolun tam təhlükəsiz olduğundan əmin olduqdan sonra hərəkətə başlamışdır. Bildirir ki, təxminən 2 km hərəkət etdikdən sonra arxası ilə YPX avtomobili gələrək ona “saxla” əmri vermişdir. O, dərhal əmrə tabe olaraq avtomobilini saxlamışdır. YPX avtomobilindən düşən YPX əməkdaşı özünü təqdim etmədən, guya ki, rəis tərəfindən avtomobilinin saxlanılması barədə əmrin verildiyini bildirmişdir. O, hansı səbəbdən avtomobilini saxladığını soruşduqda, YPX əməkdaşı isə öz cavabında ona öz mobil telefonunda videogörüntü göstərərək, guya ki, Heydər Əliyev prospekti, Kamsomol körpüsündən çıxarkən qayda pozduğunu bildirmişdir. O, isə qaydalara tam riayət eldiyini, həmin videogörüntüdə də, qayda pozmadığını bildirmişdir. Həmin vaxtı YPX əməkdaşı ona bildirdi ki, “bu qayda pozuntusu boş şeydi, sənin avtomobilində həbs qərarı var.” O, öz növbəsində isə ödənilməmiş cəriməsi varsa protokol nömrəsinin verilməsini və ödənişi yerində ödəmək istədiyini bildirmişdir. Lakin YPX əməkdaşı onunla razılaşmamış, onun avtomobilini duracağa yerləşdirmiş və onu Bakı şəhər DYPİ-nə göndərmişdir. Bildirir ki, avtombili duracağa yerləşdirilən zaman barəsində heç bir protokol tərtib olunmamışdır. O, xx.xx.2026-cı il tarixində Bakı şəhər DYPİ-nə getmişdir. Burada ona bildirdilər ki, guya ki, sürücülük hüququ məhdudlaşdırılmışdır. O, səbəbini öyrənmək istədikdə, orada ona Bakı şəhəri DYPİ-nin Polis X2 tərəfindən guya ki, protokol tərtib olunduğu bildirildi və həmin protokola əsasən xx.xx.2026-cı il tarixli X9 Haqqında Qərar tərtib edilmişdir. O, bunun tam əsassız olduğunu bildirmişdir, protokolun və həmin protokol əsasında yazılmış qərarın ləğv olunmasını xahiş etmişdir. Lakin YPX tərəfindən tərtib olunmuş protokol və qərar ləğv edilmədi. Hesab edir ki, barəsində tərtib olunan protokol və qərar əsassızdır. Heç bir qayda pozmadığı halda ona öz vəzifəsindən sui istəfadə edərək ona cərimə yazılması onu bir vətəndaş kimi sarsıdır. Qeyd etmək istəyir ki, istifadəsində olan avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur. Ailəlidir 2 azyaşlı uşağı var. Xəstə anasına baxır. Evdə ondan başqa heç kim işləmir. Ona tərtib olunan xx.xx.2026-cı il tarixli İXP ******* saylı protokola əsasən tərtib edilmiş xx.xx.2026-cı il tarixli İnzibati Tənbeh X1 hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Belə olan halda o, ailəsinin təminatını ödəyə bilməyəcəkdir. Buna görə də şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “X9 haqqında” qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “X9 haqqında” qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, ******* nömrəli “X9 haqqında” qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində “ ” manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1- 1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər X14 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X4 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X7 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X4 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin inzibati xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X4 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Bundan başqa məhkəmə xüsusilə qeyd edir ki, Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, ******* nömrəli “X9 haqqında” qərarda X4 Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində hansı məbləğdə cərimə tənbeh tədbirinin tətbiq edilməsi göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan X9 haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X7 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X7 barəsində xx.xx.2026-cı il tarixli, ******* nömrəli “X9 haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X7 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən X4 iştirakı ilə araşdırma aparılmalı və ədalətli qərar qəbul edilməlidir. Ona görə də, Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, ******* nömrəli “X9 haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, ******* nömrəli “X9 haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin İdarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar