Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-700/2026 26.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli EQ seriyalı 32069390 saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayəti nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli EQ seriyalı 32069390 saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli EQ seriyalı 32069390 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 17 noyabr 2025-ci il tarixdə Z.Bünyadov prospekti radar Aşqarlar ünvanında “NİSSAN JUKE minik” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətlar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli EQ seriyalı 32069390 saylı qərar X1 barəsində tərtib edilmişdir. Lakin qərardan şikayət X5 tərəfindən verilmiş və onun barəsində qərar qəbul edilmiş şəxsin nümayəndəsi qismində iştirakını təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmin qərardan barəsində qərar çıxarılmış fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli EQ seriyalı 32069390 saylı qərarın ləğv edilməsinə dair şikayəti X3 geri qaytarılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli EQ seriyalı 32069390 saylı qərardan barəsində qərar çıxarılmış fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şikayət vermək hüququnun olması izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-700/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-700/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver