Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-746/2026 26.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 26 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 173/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli icra vərəqəsinə əsasən 22 iyul 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Şəxs X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmiş, lakin, icra vərəqəsini inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində təkrarən üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X8 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-173/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli icra vərəqəsinə əsasən 22 iyul 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Şəxs X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-173/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanılma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Şəxs sonuncu dəfə barəsində inzibati protokol tərtib edilərkən zaman aliment borcundan 500 manat ödəniş etmiş, hər ay 300 manat aliment ödənişi edəcəyini bildirmişdir. Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs tərəfindən noyabr və dekabr ayları ərzində ümumilikdə 600 (altı yüz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Sonradan inzibati məsuliyyət barədə xəbərdarlığın qəbul edilməsi məqsədilə şəxs icra şöbəsinə dəvət olunmuşdur. Lakin şəxs Abşeron rayonunda yaşadığını və iş fəaliyyəti ilə məşğul olduğunu əsas gətirərək icra şöbəsinə gəlməmişdir. Şəxs Abşeron rayonunda yaşamasını təsdiq edən arayışın müvafiq icra nümayəndəliyindən təqdim edilməsi və iş materiallarının aidiyyəti üzrə Abşeron rayon icra şöbəsinə göndərilməsi təklif edilmişdir. Şəxs müvafiq çağırışlara da məhəl qoymadığı üçün barəsində axtarış elan olunmuş və şəxs axtarış tədbirləri nəticəsində saxlanılaraq aidiyyəti üzrə icra şöbəsinə təhvil verilmişdir. Hazırda Şəxs aliment borcunun məbləği 2968 manat təşkil edir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-173/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli icra vərəqəsinə əsasən 22 iyul 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün ondan X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Onun barəsində sonuncu dəfə inzibati xəta haqqında protokol tərtib edilərkən 500 (beş yüz) manat məbləğində ödəniş həyata keçirmiş, sonradan isə aliment ödənişlərini davamlı şəkildə həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür. O, noyabr ayında 400 (dörd yüz) manat, dekabr ayında isə 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. Onun mebel ustası kimi fəaliyyət göstərdiyi, gəlirinin əsasən yaz və yay aylarında daha yüksək olduğu bildirilmişdir. Hazırda maddi vəziyyətinin qənaətbəxş olmaması, habelə digər nikahından olan övladlarının saxlanılması ilə bağlı öhdəlik daşıması səbəbindən aliment borcunu tam həcmdə ödəmək imkanına malik deyil. O, ayın sonunda 300 (üç yüz) manat məbləğində əmək haqqı alacağını və həmin məbləğdən aliment ödənişi həyata keçirəcəyini bildirmişdir. Ona sabahadək vaxt verildiyi təqdirdə 300 (üç yüz) manat məbləğində ödəniş edəcək. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahatında göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-173/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli icra vərəqəsinə əsasən 22 iyul 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. O, təxminən 10 il əvvəl Şəxs ilə nikah münasibətlərinə xitam vermiş, lakin boşanma zamanı aliment tələbi irəli sürülməmişdir. Boşanma sonrasında uşağın gündəlik xərclərinin ödənilməsi çətinləşdiyinə görə, o, ata olaraq Şəxs müraciət etmiş, lakin Şəxs övladına maddi yardım göstərməkdən imtina etmiş, onunla kobud şəkildə danışaraq uşağın atasının özü olmadığını bildirmişdir. Bununla əlaqədar atalığın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertiza nəticəsində uşağın bioloji atasının Şəxs olduğu müəyyən edilmiş, bu barədə məhkəmənin müvafiq qətnaməsi qəbul edilmişdir. Hazırda uşaq yaşca böyüdüyündən, onun təhsil, geyim, qida və digər gündəlik xərclərinin ödənilməsi ilə bağlı xərclər artmış, bu xərcləri təkbaşına qarşılamaqda çətinlik çəkir. O, Şəxs dəfələrlə telefonla müraciət edərək uşağın xərcləri və alimentin ödənilməsi ilə bağlı məsələləri müzakirə etməyə cəhd göstərmiş, lakin Şəxs onunla kobud davranmış, təhqiredici ifadələr işlətmiş və aliment borcunun ödənilməsindən yayınmışdır. Hazırda yaranmış aliment borcunun ödənilməsi və uşağın xərclərinin qanunla nəzərdə tutulmuş qaydada təmin edilməsi xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-173/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli icra vərəqəsinə əsasən 22 iyul 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Şəxs X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmiş, lakin, icra vərəqəsini inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində təkrarən üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-173/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-173/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli icra vərəqəsinə əsasən 22 iyul 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Şəxs X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 173/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 04 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu İlqar Ağayevin borclunun axtarışı haqqında 15 iyul 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5903/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu İlqar Ağayevin borclunun axtarışı haqqında 17 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra vərəqəsini inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində təkrarən üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Şəxs məhkəmə iclasında verdiyi izahatında davamlı olaraq işləməməsini əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə sağlam və işləməsinə mane olmayan hər hansı xəstəliyi olmayan şəxsin işləməməsinin onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzürlü səbəbi kimi qiymətləndirilmədiyini və hər bir halda uşaqlarının saxlanılmasının valideyinin ən mühüm vəzifələrindən biri olmasını nəzərə alır. Göründüyü kimi, Şəxs aliment məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-746/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-746/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver