Məhkəmə qərarları › İş №3(5-101)-813/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-813/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-813/2026 27.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materialları nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 26 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 26 yanvar 2026-cı il tarixdə Respublikas Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən Şəxs MTD (+) aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106cı maddəsinin tələbləri daxilində yoxlayan məhkəmə aşağıdakıları qeyd edir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında işi qanunvericiliyin tələbləri daxilində yoxlayan zaman məlum olur ki, hazırda məhkəmənin hakimi Teymur Həsənovun icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(5-101)-809/2026 nömrəli inzibati xəta haqqında iş daxil olmuşdur. Qeyd edilən halı nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hazırda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 3(5-101)-813/2026 nömrəli inzibati xəta haqqında iş hakim Teymur Həsənovun icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(5-101)-809/2026 nömrəli inzibati xəta haqqında işlə ümumi icraatda birləşdirilməlidir. Belə ki, şəxsin bir neçə inzibati xəta törətməsi halında ona inzibati tənbehin tətbiq edilməsi qaydaları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsində öz əksini tapmışdır. Qeyd edilən Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "02” sentyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edilən Məcəllənin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında onu da qeyd etmişdir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından məhkəmə belə nəticəyə gəlir ki, hazırda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 3(5-101)-813/2026 nömrəli inzibati xəta haqqında material hakim Teymur Həsənovun icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(5-101)-809/2026 nömrəli inzibati xəta haqqında material ilə ümumi icraatda birləşdirilməlidir. İşlərin birləşdirilməsi ilə bağlı qəbul ediləcək məhkəmə aktının növünün hüquqi baxımdan əsaslandırılmasına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində işlərin birləşdirilməsi və ayrılmasını tənzimləyən norma mövcud deyil. Bu vəziyyətdə məhkəmə hesab edir ki, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun "02” noyabr 2016-cı il tarixli qərarında qeyd etdiyi "cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir” hüquqi mövqeyini rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilir ki, cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Bundan əlavə həmin Məcəllədən o da aydın olur ki, icraatın birləşdirilməsi barədə qərardan şikayət verilməsi nəzərdə tutulmayıb. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 3(5-101)-813/2026 nömrəli inzibati xəta haqqında material hakim Teymur Həsənovun icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(5-101)-809/2026 nömrəli inzibati xəta haqqında material ilə birləşdirilsin. Qəradaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar