Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-886/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X9 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli, EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 27 aprel 2025-ci il tarixli, EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, “X15-Prado” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. O həmin avtomobili etibarnamə əsasında idarə edirdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli qərara əsasən, Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Qərarın surətini xx.xx.2026-cı il tarixdə rəsmi qaydada almışdır. Bildirir ki, Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli qərar tam qanunsuzdur və əsassızdır. Belə ki, qeyd olunan tarixdə o, avtomobildə olsa da, sürücülük hüququ məhdudlaşdırıldığı üçün avtomobil onun tərəfindən deyil, X7 tərəfindən idarə olunmuşdur. Lakin buna baxmayaraq sonuncu etibarnamə onun adına olduğu üçün, DYP-də avtomobilin kim tərəfindən idarə olunduğu araşdırılmadan onun cərimə olunmağı barədə qərar qəbul olunmuşdur. O bu barədə dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinə şifahi müraciət etsə də, müraciətinə baxılmamışdır. Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində qeyd olunmuşdur ki. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəy'ə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. AR İXM-in 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda qeyd olunan xüsıısalları nəzərə alınmasını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/ seriyalı 27593847 saylı inzibati xəta haqqında qərartn ləğv olunması barədə qərar qəbul ediləməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli, EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X7 izahatında bildirmişdir ki, “X15-Prado” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. O, 27 aprel 2025-cil il saat 00:18 radələrində “X15-Prado” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş və Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə uyğun olaraq dayanma-durma qaydalarını pozmuşdur. Qeyd edilən tarixdə avtomobil X8 tərəfindən idarə edilməmişdir. Bu səbəbdən də onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli, EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur, qərarın ləğv edilərək onun adına cərimə yazılmasına etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin 27 aprel 2025ci il tarixli EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında görünür ki, X4 27 aprel 2025-ci il tarixdə saat 00:18-də “TOYOTA LAND- CRUİSER-PRADO MİNİK” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən bu məcəllənin 346.2-346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş fotoşəkildə “TOYOTA LAND-CRUİSER-PRADO MİNİK” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası İXM-nin Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozması halı müəyyən edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X8 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 27 aprel 2025-ci il tarixli, EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X8 400 manat məbləğində cərimə edilmişdir. X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, “X15-Prado” minik markalı **-GY- *** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. O, 27 aprel 2025-cil il saat 00:18 radələrində “X15-Prado” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş və Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə uyğun olaraq dayanma-durma qaydalarını pozmuşdur. Qeyd edilən tarixdə avtomobil X8 tərəfindən idarə edilməmişdir. Bu səbəbdən də onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli, EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Eyni zamanda X8 məhkəməyə təqdim etdiyi şikayət ərizəsinin məzmununda da həmin xüsusatlara toxunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli, EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olduğuna əsas gətirmişdir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş fotoşəkilə baxış keçirdirdikdə təqdim edilmiş fotoşəkildə “TOYOTA LAND-CRUİSER-PRADO MİNİK” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası İXM-nin Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozması halı müəyyən edilsə də, həmin fotoşəkildən nəqliyyat vasitəsinin X8 tərəfindən idarə edildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Bu da öz növbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli EQ/ seriyalı 27593847 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın əsaslı və qanuni olmasında şübhə doğurur. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli EQ/ seriyalı 27593847 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli EQ/ seriyalı 27593847 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-886/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-886/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver