Məhkəmə qərarları › İş №3(5-101)-888/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-888/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-888/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri X4 Polis Şöbəsinin inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 25 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. İnzibati xəta haqqında 25 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmiş, xəta nəticəsində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, son iki ilə yaxındır ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" mebel MMC-də sürücü kimi işləyir. Həmin MMC-nin əməkdaşının olan Kamaz markalı **-KV-*** d.q.n-lı özüboşaldan yük maşını etibarnamə və BC dərəcəli sürcülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 10:00 radələrində qeyd olunan Kamaz markalı **-KV-*** d.q.n-lı özüboşaldan yük maşını ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Mehdiabad yolu ilə üzü Balaxanı qəsəbəsi istiqamətində 50-55 km saat sürətlə hərəkətdə olarkən qarşısında eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Toyota Prius markalı **-XU-*** d.q.n-lı avtomobilin tıxac olması səbəbindən dayanmasını təxminən 10-15 metr məsafədə gördükdə hava şəraitinin sulu olması və əyləcdən istifadə etsədə hadisənin qarşısını ala bilməyib idarə etdiyi yük maşının ön hissəsi ilə Toyota Prius markalı **-XU-*** d.q.n-lı avtomobilin arxa hissəsindən vuraraq, zərbədən Toyota Prius markalı avtomobil hərəkətlənib ön hissəsi ilə tıxacda dayanmış vəziyyətdə olan Ford Transit markalı **-EC-*** d.q.n-lı yük maşının arxa hissəsindən vuraraq zəncirvari YNH-i baş vermişdir. Hadisə zamanı Toyota Prius markalı avtomobili idarə edən adını sonradan bildiyi Zərərçəkmiş şəxs xəsarət almışdır. Yaxınlaşaraq köməklik etmişdir. Rayonda olması ilə əlaqədar məhkəmə iclasına videozənglə qoşulmuş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ona məxsus Toyota Pirus markal **-XU- *** d.q.n-lı avtomobili BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 10:00 radələrində qeyd olunan Toyota Pirus markalı **-XU-*** d.q.n-lı avtomobil ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Mehdiabad yolu ilə üzü Balaxanı qəsəbəsi, istiqamətində 30-40 km saat sürətlə hərəkətdə olarkən qarşısında eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Ford Transit markalı yük maşını tıxac səbəbindən daynamasını gördükdə əyləcdən istifadə edib tam dayanmışdır. Həmin vaxtı anidən arxadan eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Kamaz markalı **-KV-*** d.q.n-lı özüboşaldan maşını düzgün ara məsafəsi saxlmadığı üçün ön hissəsi ilə Toyota Prius markalı 77-XU- d.q.n-lı avtomobilin arxa hissəsindən vurduqda, zərbədən Toyota Prius markalı mobil hərəkətlənib ön hissəsi ilə tıxacda dayanmış vəziyyətdə olan Ford Transit arkalı **-EC-*** d.q.n-lı yük maşının arxa hissəsindən vuraraq zəncirvari YNH-i baş vermişdir. Hadisə zamanaı xəsarət almışdır. Aldığı xəsarətlə bağlı TTYS-nın vasitəsi ilə sabunçu Tibb Mərkəzinə gedərək müayinə olunmuşdur. Şəxs ilə barışmışdır və ondan heç bir tələb və ya şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X4 Polis Şöbəsi tərəfindən tərtib olunmuş 25 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində saat 10:00 radələrində Sabunçu rayonu, Balxanı-Mehdiabad yolu istiqamətində “Kamaz 65112 yük” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1971-ci ildə Qafan rayonunda doğulmuş, hazırda Abşeron rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, YeniMəhəllə ünvanında yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. Xəta nəticəsində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 1/13053 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi protokolondan görünür ki, Şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 2647 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol mil-bilək oynağının hemotoması və onurğa sütununun bel şöbəsinin əzələ bağ aparatının gərilməsi müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqqında 18 dekabr 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanılmış matyerial üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar