Məhkəmə qərarları › İş №3(5-101)-892/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-892/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-892/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Cəbrayıl Rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, təsisçisi X5 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəbrayıl rayon prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi Şəxs MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan təsisçi X8 əmək müqaviləsi bağlamadan Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X14, X21 və X17 29 oktyabr 2025-ci il tarixdən, X3 30 oktyabr 2025-ci il tarixdən, Məmmədov İntiqam Vəkil oğlunu isə 3 noyabr 2025-ci il tarixdən 22 noyabr 2025-ci il tarixədək suvaq ustası kimi əmək müqaviləsi bağlamayaraq, Əmək Məcəlləsində nəzərədə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin şəxsləri suvaq ustası kimi Biləsuvar ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş qəsəbələrdə işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmasını göstərilmişdir. Cəbrayıl Rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X7 inzibati xəta haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X14, X21 və X17 29 oktyabr 2025-ci il tarixdən, X3 30 oktyabr 2025-ci il tarixdən, Məmmədov İntiqam Vəkil oğlunu isə 3 noyabr 2025-ci il tarixdən 22 noyabr 2025-ci il tarixədək suvaq ustası kimi Şəxs MMC-nin vəzifəli şəxsi tərəfindən işlərin görülməsinə cəlb edilmişdir. Bununla bağlı inzibati icraat aparılaraq həmin şəxslərin izahatları alınmış və onlar izahatlarında işə cəlb ediləmələrini təsdiq etmişdir. Həmin şəxslərdən X14 ilə sonradan MMC arasında xx.xx.2025-ci il tarixdə, Məmmədov İntiqam Vəkil oğlu ilə sonradan MMC arasında xx.xx.2025-ci il tarixdə, X22 ilə sonradan MMC arasında xx.xx.2025-ci il tarixdə, X21 ilə sonradan MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Bununla bağlı araşdırma aparılaraq 21 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Cəbrayıl Rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs MMC(VÖEN:**********) və onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru vətəndaş X8 (FİN: 2VLZFW5) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün Cəbrayıl rayon prokuroruna müraciət edilmişdir. Qərarı müdafiə edərək Şəxs MMC(VÖEN:**********) barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavabında bildirmişdir ki, toplanmış sübutlar qismində şahidlərin izahatı, toplanılmış materiallar çıxış edir. Adları qeyd edilən işçilərlə sonradan əmək müqaviləsi bağlansa da, X6 ilə isə əmək müqaviləsi bağlanılmamışdır. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X8 izahatında bildirdi ki, MMC-nin qanuni təmsilçisi oğlu-X9 olsa da, faktiki olaraq işləri o aparır. Mahiyyəti üzrə qeyd etmişdir ki, həqiqətən də adları qeyd edilən şəxslər işlərin görülməsinə cəlb edilmişdir. Buna səbəb həmin işçilərin sima imzalarının işləməməsi olmuşdur. Lakin buna baxmayaraq həmin işçiləri işə cəlb etmişdir. O məsuliyyətini bilir və yazılacaq cəriməni ödəməyə hazırdır. Onu əvvəlcə icra nümayəndəsi yığmışdır ki, əgər qəsəbədə işlər görürsə, polis, məhkəmə və ya prokurorluğu görməlidir. Bundan sonra ona polisdən zəng gəlmiş, onu idarəyə dəvət etmişdirlər. O cavabında bildirmişdir ki, cəriməsi nədirsə ödəməyə hazırdır, lakin heç kimi görmək istəmir. Bundan sonra onun işçilərini aparıb polis bölməsinə salmışlar. Bundan sonra o, cəriməni ödəməyə hazır olduğunu, başqa heç kimi görə bilməyəcəyini demişdir. Çünki həqiqətən də işçiləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişdir. Bu sahədə olduğu üçün cəriməni ödəmək məcburiyyətindədir. Onların qəsəbədə gördüyü işlər sadəcə suvaq işləri olmuş, qanunsuz hər hansı tikinti işləri aparmamışlar. Məhkəmədən hüquqi şəxs barəsində aşağı həddə cərimə tətbiq edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, işçilərin işə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edilməsi onun səhvi olmuşdur. İşçilərdən biri işləməyib getdiyi üçün, barəsində sonradan əmək müqaviləsi də bağlanmamışdır. Digər işçilər ilə bağlı isə sonradan əmək müqaviləsi bağlanmışdır. X6 ilə isə əmək müqaviləsi bağlanılmamasına səbəb onun işləmək istəməyib çıxıb getməsi olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X18 və X4 əmək və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Cəbrayıl Rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs MMC(VÖEN:**********) və onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru vətəndaş X8 (FİN: 2VLZFW5) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün Cəbrayıl rayon prokuroruna müraciət edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, hüquqi şəxs X23” MMC(VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İXMnin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Kommersiya qurumlarının dövlət qeydiyyatı barədə məlumatdan çıxarışdan görünür ki, Şəxs MMC-nin olduğu yer AZ1034, ünvan 1 ünvanıdır. Elektron Prokurorluq informasiya sistemi üzərində olan əmək müqaviləsi məlumatlarından görünür ki, xx.xx.2025-ci il tarixli çıxarışlardan görünür ki, X14 və Məmmədov İntiqam Vəkil oğlu ilə xx.xx.2025-ci il tarixdə, X22 və X21 ilə xx.xx.2025-ci il tarixdə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmaqla hüquqi qüvvəyə minmiş, X6 ilə isə əmək müqaviləsi bağlanılmamış və ya hüquqi qüvvəyə minməmişdir. Məmmədov İntiqam Vəkil oğlunun izahatından görünür ki, Cəlilabad rayon sakinidir, hazırda Biləsuvar rayonu, 2 saylı qəsəbədə işləyir və yaşayır. Oktyabr ayının ortaları ortaq tanışlar vasitəsilə Vüqar adlı şəxsə təmir işləri ilə əlaqədar işçi lazım olduğunu öyrənmişdir. Belə ki, Vüqar Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə sakinlərin evlərin təmiri ilə əlaqədar müqavilə bağladıqları şirkət ilə bağladığı (özünə aid şirkəti təmsilən) mülki müqavilə əsasında evlərin təmirini, yəni daxili bəzək, suvaq və bəzi rənglənmə işlərini həyata keçirir. Noyabr ayının 1-i onunla iş şərtləri barədə razılığa gəldikdən 2 gün sonra, yəni 3 noyabr tarixində 2 saylı qəsəbəyə gələrək işçilər üçün tutulmuş evə yerləşdikdən sonra işlərin görülməsinə başlamışdır. Buraya gələn zaman Səid, Azər, Muxtar və Hüseyn artıq burada idilər, bildiyinə görə onlar 29 oktyabr tarixindən etibarən burada işləmişlər. Onların işi 1 saylı və 10 saylı qəsəbələrdə yerləşən, nömrələrini bilmədiyi bir neçə evin təmirini həyata keçirmək olmuşdur. 19 noyabr tarixində, saat 15 radələrində 1 saylı qəsəbədə yerləşən fərdi yaşayış evində işləyən zaman polis əməkdaşları yaxınlaşaraq əmək müqavilələrinin olubolmadığını dəqiqləşdirmiş, daha sonra onları rayon polis şöbəsinə dəvət etmişlər. İntiqam Məmmədov qeyd etmişdir ki, Səid Abdulovdan başqa hər biri demək olar eyni işləri, suvaq və digər yüngül təmir işlərini həyata keçirmişlər. Onun işi tikinti avadanlıqlarının qeydiyyatı və s. ibarət olmuşdur. İntiqam Məmmədovun bildiyinə görə, sonuncu ilə hər hansı bir müqavilə bağlanılmamışdır. Lakin Vüqar ilə işin şərtlərini danışan zaman sonuncu, müqavilə bağlanılacağını bildirmiş, hətta bunun üçün şəxsi məlumatlarını onlardan tələb etmişdir. Əmək haqqı gördükləri işə münasib olaraq Vüqar tərəfindən özlərinə məxsus bank hesablarına göndərilmə yolu ödənilmişdir. İşlədikləri müddətdə fərdi mühafizə vasitələri ilə təmin edilmişlər, lakin təhlükəsizlik barədə hər hansı təlimat keçirilməmişdir. X15 izahatından görünür ki, Şəmkir rayon sakinidir, hazırda Biləsuvar rayonu, 2 saylı qəsəbədə işləyir və yaşayır. Oktyabr ayının ortaları Vüqar adlı şəxsə təmir işləri ilə əlaqədar işçi lazım olduğunu öyrənmişdir. Belə ki, Vüqar iş icraçısı kimi qəsəbədə sakinlərin evlərin təmiri ilə əlaqədar müqavilə bağladıqları adını bilmədiyi şirkət ilə özü mülki müqavilə əsasında evlərin təmirini, yəni daxili bəzək, suvaq və bəzi rənglənmə işlərini həyata keçirir. Vüqarla əlaqə saxlayaraq işləyə biləcəyini bildirmişdir. Vüqarla iş şərtləri barədə razılığa gəldikdən sonra oktyabr ayının 27-si o, Səid və Muxtar Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 2 saylı qəsəbədə Vüqar tərəfindən onlar üçün tutulmuş evə yerləşmişlər. 29 oktyabr tarixindən etibarən 1 saylı qəsəbə və 10 saylı qəsəbələrdə yerləşən, nömrələrini bilmədiyi bir neçə evin təmirini həyata keçirməyə başlamışlar. Onlardan təxminən 2 gün sonra Hüseyn Babayev, ondan 2 gün sonra isə İntiqam Məmmədov gəlmişdir. 19 noyabr tarixində, saat 15 radələrində 1 saylı qəsəbədə yerləşən fərdi yaşayış evində işləyən zaman polis əməkdaşları yaxınlaşaraq əmək müqavilələrinin olub-olmadığını dəqiqləşdiirilmiş, daha sonra onları rayon polis şöbəsinə dəvət etmişlər. Azər Əliyev qeyd etmişdir ki, Səid Abdulovdan başqa hər biri demək olar eyni işləri, suvaq və digər yüngül təmir işlərini həyata keçirmişlər. Onun işi tikinti avadanlıqlarının qeydiyyatı və s. ibarət olmuşdur. Bildiyinə görə, onunla hər hansı bir müqavilə bağlanılmamışdır. Lakin Vüqar ilə işin şərtlərini danışan zaman sonuncu, müqavilə bağlanılacağını bildirmiş, hətta bunun üçün şəxsi məlumatlarını onlardan tələb etmişdir. Əmək haqqı gördükləri işə münasib olaraq Vüqar tərəfindən özlərinə məxsus bank hesablarına göndərilmə yolu ödənilmişdir. İşlədikləri müddətdə fərdi mühafizə vasitələri ilə təmin edilmişlər, lakin təhlükəsizlik barədə hər hansı təlimat keçirilməmişdir. X1 izahatından görünür ki, Cəlilabad rayon sakinidir, hazırda Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə işləyir və yaşayır. Oktyabr ayının ortaları Vüqar adlı şəxsə təmir işləri ilə əlaqədar işçi lazım olduğunu öyrənmişdir. Belə ki, Vüqar iş icraçısı kimi qəsəbədə sakinlərin evlərin təmiri ilə əlaqədar müqavilə bağladıqları adını bilmədiyi şirkət ilə özü mülki müqavilə əsasında evlərin təmirini, yəni daxili bəzək, suvaq və bəzi rənglənmə işlərini həyata keçirir. Vüqar ilə iş şərtləri barədə razılığa gəldikdən sonra təxminən oktyabr ayının 29-u 2 saylı qəsəbəyə gəlmişdir. Həmin zaman artıq Azər, Səid və Muxtar işlərin görülməsinə cəlb edilmişlər. O gəldiyi günün sabahı işləməyə başlamışdır. O gəldikdən təxminən 2 gün sonra İntiqam Məmmədov da gələrək onlar ilə işləməyə başlamışdır. Onların işi 1 saylı qəsəbə və 10 saylı qəsəbələrdə yerləşən nömrəsini bilmədiyi bir neçə evin təmirini, yəni daxili bəzək, suvaq və bəzi rənglənmə işlərini həyata keçirməkdən ibarət olmuşdur. 19 noyabr tarixində, saat 15 radələrində 1 saylı qəsəbədə yerləşən fərdi yaşayış evində işləyən zaman polis əməkdaşları yaxınlaşaraq əmək müqavilələrinin olub-olmadığını dəqiqləşdirmiş, daha sonra onları rayon polis şöbəsinə dəvət etmişlər. Qeyd edir ki, Səid Abdulovdan başqa hər biri demək olar eyni işləri, suvaq və digər yüngül təmir işlərini həyata keçirmişlər. Onun işi tikinti avadanlıqlarının qeydiyyatı və s. ibarət olmuşdur. Bildiyinə görə, onunla hər hansı bir müqavilə bağlanılmamışdır. Lakin Vüqar ilə işin şərtlərini danışan zaman sonuncu, müqavilə bağlanılacağını bildirmiş, hətta bunun üçün şəxsi məlumatlarını onlardan tələb etmişdir. Əmək haqqı gördükləri işə münasib olaraq Vüqar tərəfindən özlərinə məxsus bank hesablarına göndərilmə yolu ödənilmişdir. İşlədikləri müddətdə fərdi mühafizə vasitələri ilə təmin edilmişlər, lakin təhlükəsizlik barədə hər hansı təlimat keçirilməmişdir. X12 izahatından görünür ki, Qobustan rayon sakinidir, hazırda Biləsuvar rayonu, 2 saylı qəsəbədə yaşayır. Oktyabr ayının ortaları Vüqar adlı şəxsə təmir işləri ilə əlaqədar işçi lazım olduğunu öyrənmişdir. Belə ki, Vüqar Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə adını bilmədiyi şirkət ilə bağladığı mülki müqavilə əsasında evlərin təmirini, yəni daxili bəzək, suvaq və bəzi rənglənmə işlərini həyata keçirir. Vüqar ilə əmisi Muxtar vasitəsilə iş şərtləri barədə razılığa gəldikdən sonra oktyabr ayının 27-si 2 saylı qəsəbəyə gələrək, əmisi Muxtar və Azər ilə birlikdə 2 saylı qəsəbədə Vüqar tərəfindən onlar üçün tutulmuş evə yerləşmişlər. 2 gün sonra, yəni 29 oktyabr tarixindən işlərin görülməsinə başlamışlar. Onun işi tikinti avadanlıqlarının qeydiyyatının aparılması olmuşdur. Onlar gəldikdən təxminən 2 gün sonra Hüseyn Babayev, ondan təxminən 2 gün sonra isə İntiqam Məmmədov gəlmişdir. Onlar 29 oktyabr tarixindən etibarən 1 saylı və 10 saylı qəsəbələrdə yerləşən nömrələrini bilmədiyi bir neçə evin təmirini, yəni daxili bəzək, suvaq və bəzi rənglənmə işlərini həyata keçirməyə başlamışlar. 19 noyabr tarixində, saat 15 radələrində 2 saylı qəsəbədə yerləşən evdə olan zaman polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilmişdir. Bildiyinə görə, onunla hər hansı bir müqavilə bağlanılmamışdır. Lakin Vüqar ilə işin şərtlərini danışan zaman sonuncu, müqavilə bağlanılacağını bildirmiş, hətta bunun üçün şəxsi məlumatlarını onlardan tələb etmişdir. Əmək haqqı gördükləri işə münasib olaraq Vüqar tərəfindən özlərinə məxsus bank hesablarına göndərilmə yolu ödənilmişdir. Onların heç birinə maaş kartı verilməmişdir. İşlədikləri müddətdə fərdi mühafizə vasitələri ilə təmin edilmişlər, lakin təhlükəsizlik barədə hər hansı təlimat keçirilməmişdir. X10 izahatından görünür ki, Bakı şəhər sakinidir, 27 oktyabr tarixindən etibarən Biləsuvar rayonu, 2 saylı qəsəbədə işləyir və yaşayır. Belə ki, Bakı şəhərində olan zaman ortaq tanışlar vasitəsilə Vüqar adlı şəxsin Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə təmir işləri gördüyünü öyrənmiş və onunla əlaqə saxlayaraq işləyə biləcəyini bildirmişdir. Onunla iş şərtləri barədə razılığa gəldikdən sonra qardaşı oğlunun da işləyə biləcəyini bildirmiş və Vüqar bununla razılaşmışdır. 27 oktyabr tarixində o, qardaşı oğlu Səid və Azər Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 2 saylı qəsəbədə Vüqar tərəfindən onlar üçün tutulmuş evə yerləşmişlər və 1 saylı qəsəbə və 10 saylı qəsəbələrdə yerləşən nömrəsini bilmədiyi evlərin təmirini həyata keçirməyə başlamışlar. Təxminən 2 gün sonra Hüseyn Babayev, ondan 2 gün sonra isə İntiqam Məmmədov da gələrək onlar ilə birlikdə işləməyə başlamışlar. 19 noyabr tarixində, saat 15 radələrində 10 saylı qəsəbədə yerləşən fərdi yaşayış evində işləyən zaman polis əməkdaşları yaxınlaşaraq əmək müqavilələrinin olub-olmadığını dəqiqləşdirmiş, daha sonra onları rayon polis şöbəsinə dəvət etmişlər. Qeyd edir ki, qardaşı oğlu Səid Abdulovdan başqa hər biri demək olar eyni işləri, suvaq və digər yüngül təmir işlərini həyata keçirmişlər. Onunla müqavilə bağlanıb-bağlanmamsı barədə məlumatı yoxdur. Lakin Vüqar ilə işin şərtlərini danışan zaman sonuncu, müqavilə bağlanılacağını bildirmiş, hətta bunun üçün şəxsi məlumatlarını onlardan tələb etmişdir. Əmək haqqı gördükləri işə münasib olaraq Vüqar tərəfindən özlərinə məxsus bank hesablarına göndərilmə yolu ödənilmişdir. İşlədikləri müddətdə fərdi mühafizə vasitələri ilə təmin edilmişlər, lakin təhlükəsizlik barədə hər hansı təlimat keçirilməmişdir. Əlavə edilmiş arayışlardan görünür ki, işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər tərəfindən tikintiyə rəhbərlik edən şəxs kimi təqdim edilmiş X8 ilə ona məxsus mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılmaqla rayon prokurorluğuna dəvət olunsa da, sonuncu izahat verməkdən imtina etmiş və bu barədə müvafiq arayış tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 54.2-ci maddəsinə əsasən prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. 99.3-cü maddəsinə görə bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Pleunumunun 11 oktyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 7-ci maddəsinin:

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinin:

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs MMC ayrı-ayrı şəxslərlə əmək müqaviləsi bağlamaqla işəgötürən kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu onu deməyə əsas verir ki, MMC ayrı ayrı şəxslərlə əmək münasibətləri yaratmaqla fəaliyyət göstərir. İXM-nin 192.1-ci maddəsinin dispozisiya hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən X14, X21, X22, X6 və Məmmədov İntiqam Vəkil oğlunun işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri onların izahatları, MMC-nin təsisçisi X5 etirafedici izahatı və iş materialları ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərar, inzibati materialda olan digər sənədlər sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X14, X21, X22, X6 və Məmmədov İntiqam Vəkil oğlunu işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Hüquqi şəxs Şəxs MMC(**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000(iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar