Məhkəmə qərarları › İş №3(5-101)-95/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-95/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-95/2026 07.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, X1 iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Laçın rayonu, Səfiyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Sərdarov küçəsi, ev 6 a-da qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Abbasov X10 rayon Məhkəməsinin e-2(012)-3388/2025 saylı, 02 iyul 2025-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 3620 (üç min altı yüz iyirmi) manat aliment borcunun X1 xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən MN № ******* saylı, 07 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Abbasov X10 rayon Məhkəməsinin e-2(012)-3388/2025 saylı, 02 iyul 2025-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 3620 (üç min altı yüz iyirmi) manat aliment borcunun X1 xeyrinə ödənilməsindən yayınır. Şəxs icra vərəqəsi üzrə tələbi bu günə qədər icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Bu günə qədər heç bir ödəniş edilməmişdir. Barəsində xəbərdarlıq göndərilmiş, tələbin könüllü icrası barədə məlumat verilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, aliment borcunun olduğundan məlumatı var. İşsiz olduğu üçün ödəniş edə bilmir. Adına köhnə yük maşını var. Hal-hazırda işləmir. İş tapdıqdan sonra işləyib borcunu ödəyə bilər. Ona verilmiş suallara cavabında göstərmişdir ki, barəsində olan icra vərəqindən xəbərdardır. Bu barədə ona icra məmuru tərəfindən məlumat verilmişdir. Əsas səbəb odur ki, işləmir, hazırki dövrdə alimenti ödəməyə maddi imkanı yoxudr. İş tapacağı halda aliment borcundan ödənişlər edəcək, əks halda ödənişlər edə bilməyəcəkdir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 izahatında göstərmişdir ki, borclu aliment borcunu ödəməkdən bu günə qədər müxtəlif bəhanələrlə yayınır. Yaranmış aliment borcunun ödəməyi tələb edir, əks halda barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin e-2(012)-3388/2025 saylı, 02 iyul 2025ci il tarixli icra vərəqəsindən gürünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 və 30 oktyabr 2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün xx.xx.2025-ci il tarixdən başlayaraq ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment, 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin alınaraq tələbkar X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, “tələbin könüllü icrası” barədə bildirişi borcu imzalayaraq qəbul etmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi və tələbkarı dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.https://e-qanun.az/framework/52863 Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf etməsini İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xəta haqqında protokola əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. Borclu barəsində olan İcra sənədindən xəbərdardır və 3620 (üç min altı yüz iyirmi) manat aliment borcu olduğunu qəbul edir. Məhkəmənin suallarına cavabında bu vaxtadək yaranmış borcu ödəməməsinə səbəb kimi işləməməsini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs izahatında işləməməsini qeyd edərək aliment borcunu ödəməməsi üzürlü hal hesab edilə bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qətnaməsini üzürsüz səbəbdən, qərəzli olaraq icra etməməsini, yaranmış borcun məbləğini, bunun isə tələbkarın və uşaqların manefiyinə toxunmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 07 yanvar 2026-cı il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə, Sabunçu rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar