Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-980/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, Şəxs Əfrasiyab oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Şəxs Əfrasiyab oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati materiala baxılıb barəsində tədbir görülməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs Əfrasiyab oğlu barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə üzərinə tərtib edilmiş EQ26863870 nömrəli inzibati protokol əsasında qəbul olunmuş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş heç bir əsas olmadan icra etməmişdir. Bununla da Şəxs Əfrasiyab oğlu tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tələbləri pozulmuşdur. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs Əfrasiyab oğlunun ünvanı Ağdam rayonu, Göytəpə kəndidir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokol və ya digər materiallara baxılması üçün aidiyyati üzrə göndərilməlidir. Bununla yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və iş materialları aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Əfrasiyab oğlu barəsində inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Teymur Həsənov İş № 3(5-101)-980/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual Hərəkətlər barədə protokol 04 fevral 2026-cı il Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Əfrasiyab oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Əfrasiyab oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş protokolun aidiyyatı üzrə göndərilməsi barədə qərardad qəbul etdi. Hakim: Teymur Həsənov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ AZ 1040, Bakı şəhəri, Tel: (012) 525-20-72 Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi “8” Faks:(012) ***-**-** www.sabuncucourt.gov.az Elektron ünvan № 3(008)8072/2024 25 dekabr 2024-cü il Abşeron Rayon Məhkəməsinin sədri cənab Elçin Kazımova Hörmətli Elçin müəllim, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 3(008)8072//24 saylı inzibati materialı baxılması üçün aidiyyati üzrə Sizə göndərilir. Qoşma: inzibati iş “1” cild, “11” səhifə. Hörmətlə, Sədr Vidadi Qasımov Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-980/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-980/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver