Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-123/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi Asim Kərimovun iştirakları ilə, X2 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33254210 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33254210 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, İçərişəhər, 1-ci Qəsr döngəsi, ev 23, mənzil 1 ünvanında daimi yaşayır və qeyd olunan ərazi onun faktiki yaşayış yeridi. Protokolun tərtib edildiyi ərazidə sürücülər üçün ərazinin “qorunan zona” olduğunu göstərən heç bir yol nişanı və ya xəbərdaredici nişangah mövcud olmamışdır. Bu səbəbdən, əraziyə girişin qadağan olunduğu əvvəlcədən ona məlum olmamışdır. Protokol tərtib edilərkən onun izahatı dinlənilməmiş və obyektiv araşdırma aparılmamışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2026-cı il tarixli EQ seriyalı 33254210 nömrəli inzibati xəta protokol əsassız və qanunsuzdur, yol nişanının olmaması və ərazinin onun yaşayış yeri olması nəzərə alınmadan tətbiq edilən cərimə hüquqi qüvvəyə malik deyildir. Odur ki, xx.xx.2026-cı il tarixli EQ033254210 nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə qərar qəbul edilməsini, tətbiq edilmiş inzibati cərimənin qanunsuz hesab edilməsini və protokolu tərtib etmiş polis əməkdaşının hərəkətlərinə hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak etmiş X4 məhkəməyə verdiyi ifadəsində şikayətinin məzmununa uyğun çıxış edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2026-cı il tarixli, EQ 33254210 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Asim Kərimov məhkəmədə çıxış edərək verilmiş şikayətin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Belə ki, təqdim etdiyi fotoşəkillərdə şikayətçinin nəqliyyat vasitəsini 2-ci cərgədə saxladığı müəyyən olunmuşdur. Hansı ki, qanunvericiliyə əsasən avtomobillərin 2-ci cərgədə durması qadağandır və bunun üçün hər hansı yol nişanının quraşdırılmış olmasına ehtiyac yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2026-cı il tarixli, EQ 33254210 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 15:56:06-da ünvan 1 ünvanında dayanma durma qaydalarını pozmağa görə İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “X7” markalı **-QB-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında ikinci cərgədə yolun sağ tərəfində hərəkət istiqamətinin əksində avtomobili saxlamışdır. Məhkəmə şikayətçinin şikayətini əsaslandırdığı məqamlara münasibətdə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi, hazırkı iş üzrə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin İ bəndinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə– səksən manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə uyğun olaraq, hazırkı vəziyyətdə dayanma və durma qaydalarının hər hansı yol hərəkəti nişanı vasitəsilə tənzimlənməli olması qanunvericilikdə öz əksini tapmamışdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X8 Şöbəsinin xx.xx.2026-cı il tarixli, EQ 33254210 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(5-102)-123/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-123/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver