Məhkəmə qərarları › İş №3(5-102)-156/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-156/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-156/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızının sədrliyi, X8 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs və Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X9 iştirakları ilə, 15 oktyabr 1955-ci ildə Riqada anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Səbail Rayon Məhkəməsinə 02 fevral 2026-cı il tarixdə Bakı Şəhəri Səbail RPİ-nin 9cu PŞ tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Bakı Şəhəri Səbail RPİ-nin 9-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Mehdiyev Aminin 09 yanvar 2026-cı il tarixli qərarı ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X13 tərəfindən MN ******* nömrəli, 30 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 30 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Səbail rayonu, Ş.Şamil və B.Sərdarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə qanunsuz müdaxilə edərək, qapını sökmüş və 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş protokolu tərtib etmiş şəxs Bakı Şəhəri Səbail RPİnin 9-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X13 protokolu müdafiə edərək bildirmişdir ki, mübahisələr baş verdiyi dövrdə o, 9-cu polis bölməsində xidmət aparmamışdır. O, əlavə olaraq qeyd etmişdir ki, əlində sübut olan istintaq şöbəsinin polis müstəntiqinin qərarına əsaslanır. Qərarda göstərildiyinə görə, aidiyyəti üzrə şəxslər barəsində müvafiq tədbirlər görülüb. Qərarda, etibarnamə üzrə Zərərçəkmiş şəxs həvalə olunmuş torpaq sahəsinə Şəxs qəsdən əmlakın məhv edilməsi barədə məlumat verilmişdir. O, həmçinin bildirmişdir ki, 177-ci maddə ilə təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilmiş və 177.1-ci maddəsinə əsasən, 2 ədəd qapının sındırıldığı göstərilmişdir. Məhkəməyə təqdim edilən sübutlar şahid ifadələrinə və protokola əsaslanır. Qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onların binasının yaşıllıq zonası var və həmin zona Zərərçəkmiş şəxs tərəfindən zəbt edilib. O, həmin ərazini özündə saxlayır və dəfələrlə İcra Hakimiyyəti tərəfindən həmin ərazi açılıb, amma həmin şəxs onu yenidən bağlayıb. Şəxs qeyd edib ki, bu günə qədər həmin yer barədə heç bir sənəd təqdim olunmayıb və tələblərə baxmayaraq, həmin şəxs tərəfindən ərazi abadlaşdırma adı altında zəbt olunub, nəticədə onlar bu ərazidən istifadə edə bilmirlər. O, bildirib ki, polisə müraciət ediblər və polis onlara məktub verərək İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə edib. Daha sonra İcra Hakimiyyəti gəlmiş, həmin ərazini açıb və təmizlik işləri onlar tərəfindən aparılıb. Onu da həmin əraziyə baxmaq üçün çağırıblar və heç bir şeyin dağıdılmadığını bildirir. Müstəntiq tərəfindən yeni qərarda gətirilən şahid isə yalnız bir nəfər olub o da hadisəni təsdiq etmir, qeyd edilən hallar onun tərəfindən edilməyib. Lakin, o, həmin ərazinin əvvəlki vəziyyətinə baxaraq bildirib ki, qapının sındırılmasının səbəbini anlamır, çünki o, həmin ərazini heç vaxt açmamış və heç bir sındırma əməliyyatı həyata keçirməyib. Şəxs, həmçinin qeyd edib ki, həmin sahədə ağaclar quruyub və bu barədə JEK-ə müraciət ediblər. JEK onlara polisə müraciət etmələrini deyib və onlar polisə müraciət etdikdən sonra polis İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə edib. İcra Hakimiyyəti gəlmiş və vəziyyəti qiymətləndirərək bəzi orqanlara məktub göndərib. Nəticədə, 8 nəfərlik icra heyəti həmin ərazini açıb. Şəxs əlavə edib ki, o, həmin ərazidə heç bir qapını açmamış və heç bir dağıntı etməyib. İş üzrə icraata xitam verilməsini xahiş edib. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, iş iki əsas məsələdən ibarətdir. İlk olaraq, şikayət dövlət orqanına təqdim olunub və həmin orqan tərəfindən gəlib söküntü aparılıb. Şəxs tərəfindən ağacların kəsilməsi və əlavə sökülmə işlərinin aparılmasının əsassız olduğunu vurğulamışdır. Vəkil qeyd etmişdir ki, Zərərçəkmiş şəxs verilmiş icarə müqaviləsi həmin ərazini abadlaşdırmaq məqsədilə bağlanıb, yoxsa orada qaraj tikmək və ya digər işlər görmək üçün deyil. Müqavilə sakinlərin orada oturub istirahət etmələri üçün nəzərdə tutulmuşdur. O, həmçinin bildirmişdir ki, sakinlər tərəfindən edilən şikayətlər əsasında İcra Hakimiyyəti həmin ərazini sökmüşdür. Vəkil əlavə etmişdir ki, bu işlə bağlı artıq bir məhkəmə qərarı mövcuddur və Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev müddətin keçməsi səbəbindən icraatla bağlı xitam vermişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyev inzibati xəta tərkibinin olmaması səbəbindən icraata xitam vermişdir. O, vurğulamışdır ki, əvvəlki qərardan bu yana yalnız 2024-cü ildən etibarən əsaslandırma hissəsinə bir cümlə əlavə edilmişdir: "İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs 2024cü ildə həmin yerə polislər gəlib baxış keçirdikdə, orada olan laqonda, direl və su nasosunun yerində olmaması, taxta qapıların sökülməsi və ağacların kəsilməsi nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir". Vəkil əlavə etmişdir ki, bu məsələyə artıq xitam verilib və qərar sistemə yerləşdirilib. O, İcra Hakimiyyətinin həmin yeri abadlaşdırıb getdiyini bildirmişdir. 5 yanvarda işin icraatı təzələndiyini və 6 yanvarda qərar verildiyini qeyd etmişdir və bu cür sürətli prosesin necə mümkün olacağı təbii ki şübhə halındadır. Müdafiəçi məhkəmədən xahiş etmişdir ki, iş üzrə icraata xitam verilsin, çünki artıq məsələnin öz həllini tapdığını və yeni materialların daxil olması ilə işin uzanmasının əsassız olduğunu bildirmişdir. O, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ünvan 2 ünvanında 53 ildir yaşayır. Yaşadığı həmin evin arxa hissəsində yerləşən təxminən 0,2 sot torpaq sahəsini Səbail Bələdiyyəsi ilə bağlanmış 24 dekabr 2004-cü il tarixli icarə müqaviləsi ilə 40 il müddətinə arvadı X1 adına icarəyə götürmüşdür. X7 etibarnamə vermişdir. İcarəyə götürdükləri torpaq sahəsində abadlaşdırma və yaşıllaşdırma işləri aparmış, orada ağaclar əkmiş, istirahət guşəsi yaratmış və torpaq sahəsindən təyinatı üzrə istifadə etmişlər. Hər il icarə haqqını ödəyərək torpaq sahəsindən istifadə etmişlər. Həmin torpaq sahəsi ön hissəsindən bütöv daş hasarı ilə, arxa hissəsi isə dəmir barmaqlıqları ilə hasarlanmışdır. Torpaq sahəsinə həmişə iki giriş olmuşdur. O, qeyd etmişdir ki, bağa binanın həyəti tərəfdən və küçə tərəfindən daxil olmuşdur və hər iki girişdə dəmir qapılar olmuşdur. Həmin ünvanda uzun müddət qonşuluqda yaşayan Şəxs 2005-ci ildə özünə məxsus evin yarımzirzəmisində qanunsuz olaraq söküntü və dağıntı işləri aparmağa başlamışdır. Bunun nəticəsində onunla Rüstəmin aralarındakı qonşuluq münasibətləri pisləşmiş, Zərərçəkmiş şəxs Rüstəmdən bu işləri dayandırmağı, zirzəmini əvvəlki vəziyyətə gətirməyi tələb etmişdir. Bundan sonra aralarındakı münasibətlər daha da pisləşmiş və o, Şəxs bir neçə dəfə məhkəməyə və digər dövlət orqanlarına şikayət etmişdir. Bunun nəticəsində Şəxs məhkəmə qərarları ilə inzibati və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Əvvəllər məhkum olunmuş qonşusu Rüstəm isə onlara qarşı olan qərəzli hərəkətlərini davam etdirərək, icarəyə götürdükləri həmin bağın guya qanunsuz zəbt olunduğu və orada qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müxtəlif dövlət qurumlarına şikayət ərizələri ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, qonşusu Rüstəm hər dəfə onu görəndə, məhkəmələrə və polis orqanlarına şikayət etdiyi üçün nəyin bahasına olursa olsun, bu bağı ondan alacağı ilə hədələmişdir. Lakin o, Rüstəmin bu sözlərinə əhəmiyyət verməmiş, çünki bağdan istifadəyə dair icarə müqaviləsi mövcud olmuş və o, bağın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuşdur. Zərərçəkmiş şəxs əlavə etmişdir ki, o, Şəxslə bir binada yaşayırdı və qonşusunun evini dağıtması ilə bağlı şikayət etmişdir. İcra Hakimiyyətinə gedərək yalan məlumat vermiş və daha sonra bağa gəlib ağacları sındırmışdır. O, qeyd etmişdir ki, istintaqın qərarına əsasən, iki dəmir qapının sındırıldığını və ağacların kəsildiyini görmüşdür. Həmin hadisəni o, öz gözləri ilə görməmişdir, yalnız qonşularından eşitmişdir. Onlar bildirmişlər ki, Rüstəm bağda dağıntı aparıb. Ağaclar kökündən kəsilməmiş, sadəcə sındırılmışdır. O, həmçinin qeyd etmişdir ki, ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs bildirib ki, torpaq ona 40 illik müqavilə ilə verilib və 1995-ci ildən bu günə qədər bütün icarə ödənişlərini ödəmişdir. Torpaq ona istirahət üçün verilmişdir. Məhkəmədən xahiş etmişdir ki, Şəxs məsuliyyətə cəlb olunsun. İş materiallarında olan 06 yanvar 2026-cı il tarixli “Cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmiş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi müəyyən edildiyindən, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə qərarın surətinin Səbail RPİ-nin 9-cu Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli “Cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs qanuni istifadəsində olan torpaq sahəsinə qanunsuz daxil olunaraq həmin sahədə yerləşən tikilinin qəsdən sökülməsi, qapıların qəsdən sındırılması və istifadə üçün yararsız hala salınması nəticəsində zərərçəkmişə 1000 manat məbləğində maddi zərər vurulması faktı üzrə əməldə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət təqibinə xitam verilmişdir. Bununla yanaşı, Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində əmlakı qəsdən məhv etmə və zədələmə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması və barəsində müvafiq tədbir görülməsi məqsədilə qərarın surətinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi vasitəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələri ilə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti təmin edilməmiş, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs şikayəti isə təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələri ilə təqsirli bilinməsinə dair 19 dekabr 2024-cü il tarixli, 3(009)-2782/2024 nömrəli qərarı ləğv edilmiş, onun barəsində həmin maddələrlə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır İş materiallarında olan Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin xx-xx/2025 saylı çıxarışdan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 19 saylı torpaq icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında göstərilən 200 kv.m-dən ibarət olan sahə 40 il müddətinə abadlıq yaşıllaşdırma və istirahət guşəsi məqsədləri üçün həmin binanın sakini X2 icarəyə verilmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən Zərərçəkmiş şəxs əmlakını qəsdən məhv etməsi üzrə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs 14 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Ş.Şamil və B.Sərdarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə qanunsuz müdaxilə olunmasını və orada Şəxs tərəfindən oğurluq etməsi bildirilmişdir. İş materiallarında olan Səbail RPİ-nin İstintaq şöbəsinin 05 dekabr 2024-cü il tarixli “Cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, iş üzrə X3, X4, X5, X10 ifadələri alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin İstintaq şöbəsinin 06 yanvar 2026-cı il tarixli “Cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, iş üzrə X3, X4, X5, X10 və X6 ifadələri alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərarı ilə....Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində əmlakı qəsdən məhv etmə və zədələmə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilmişdir. Səbail RPİ-nin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş 05 dekabr 2024-cü il və 06 yanvar 2026-cı il tarixli “Cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərarlar müqayisəli şəkildə təhlil edildikdə onların faktiki hallar və sübutlar baxımından eyni məzmuna malik olduğu, şahid ifadələrinin mahiyyətcə dəyişmədiyi, yalnız sonuncu qərarda əlavə olaraq X6 ifadəsinin daxil edildiyi müəyyən olunur. X11 ifadəsində bildirmişdir ki, təxminən 2021-ci ildən Səbail rayon MKTB-nin 8 saylı MKİS-də fəhlə-süpürgəçi vəzifəsində işləyirəm. Mənim bildiyimə görə, Zərərçəkmiş şəxs ünvan 5 ünvanda yerləşən torpaq sahəsini icarə müqaviləsi əsasında saxlayır. 2023-cü ilin təxminən ortalarında qeyd etdiyim ünvanda rəhbərliyim tərəfindən verilmiş göstərişə əsasən təmizlik işləri apardıq. Belə ki, həmin ünvana məxsus hasar və qapılar sökülmüşdü və biz də həmin dağıntıları təmizləyirdik. Bu hadisədən bir müddət sonra həmin söküntü işlərinin Rüstəm adlı şəxs tərəfindən aparıldığını eşitdim. Məhkəmə inzibati xəta haqqında iş üzrə təqdim edilmiş materialları araşdıraraq müəyyən edir ki, Şəxs münasibətdə tərtib edilmiş 30 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun predmeti 14 iyul 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Ş.Şamil və B.Sərdarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində baş vermiş hadisə ilə bağlıdır. İş materiallarından görünür ki, həmin hadisə üzrə tərəflər Şəxs və Zərərçəkmiş şəxs arasında yaranmış hüquqi münasibətlər əvvəllər məhkəmə baxışının predmeti olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələri ilə təqsirli bilinsə də, sonradan həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarından müəyyən olunur ki, Şəxs Zərərçəkmiş şəxs məxsus olduğu göstərilən əmlakı qəsdən məhv etmə və zədələmə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığı nəticəsinə gəlinmiş və bu əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hazırkı iş üzrə materialları təhlil etdikdə müəyyən edir ki, yeni təqdim edilmiş inzibati xəta haqqında protokol əvvəl araşdırılmış hadisə ilə eyni faktiki hallara əsaslanır. Protokolda göstərilən hadisənin vaxtı, yeri, tərəfləri və törədilməsi qeyd olunan əməl Bakı Apellyasiya Məhkəməsinin hüquqi qiymət verdiyi hadisə ilə tam uyğunluq təşkil edir. İş materiallarında olan Səbail RPİ-nin İstintaq şöbəsinin 05 dekabr 2024-cü il və 06 yanvar 2026-cı il tarixli “cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərarları müqayisəli şəkildə təhlil edildikdə müəyyən olunur ki, hər iki qərarda təsvir edilən hadisə və faktiki hallar məzmun etibarilə eynilik təşkil etmiş, şahid ifadələrinin məzmunu dəyişməmiş, yalnız 06 yanvar 2026-cı il tarixli qərarda əlavə olaraq X6 ifadəsi alınmışdır. Həmin ifadədə hadisənin baş verməsi ilə bağlı yeni faktiki hallar göstərilməmiş, yalnız söküntü işləri barədə eşitdiyi məlumatlar qeyd olunmuşdur. Beləliklə, məhkəmə müəyyən edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraatın predmeti olan faktiki hallar artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış və həmin hadisəyə hüquqi qiymət verilmişdir. Bakı Apellyasiya Məhkəməsi inzibati xəta haqqında işlər üzrə sonuncu instansiya məhkəməsi olmaqla, onun qəbul etdiyi qərar qanuni qüvvəyə minmiş, qəti xarakter daşıyır. Mövcud iş materiallarında həmin hüquqi qiymətləndirməni dəyişdirə biləcək hər hansı yeni sübut və ya yeni fakt müəyyən edilmədiyindən eyni hadisə üzrə məsələyə yenidən hüquqi qiymət verilməsi üçün əsas mövcud deyildir. Məhkəmə müəyyən edir ki, Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs arasında 14 iyul 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Ş.Şamil və B.Sərdarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində baş verdiyi qeyd edilən eyni hadisə və həmin hadisədən irəli gələn eyni faktiki hallar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olmadığı müəyyən edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qanuni qüvvəyə minmiş və hazırda qüvvədə olan həmin qərarla göstərilən hadisəyə yekun hüquqi qiymət verildiyindən, yenidən inzibati xəta üzrə icraat aparılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələblərinə ziddir. Bu halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən, eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barədə ləğv edilməmiş məhkəmə qərarı mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar