Məhkəmə qərarları › İş №3(5-102)-158/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-158/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-158/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, X1, Bakı şəhəri Səbail rayon Polis İdarəsi Dövlət X11 nümayəndəsi X4 iştirakı ilə, Səbail RPİ-nin X12 Şöbəsinin xx.xx.2026-cı il tarixli EQ seriyalı 33568410 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Səbail RPİ-nin X12 Şöbəsinin xx.xx.2026cı il tarixli EQ33568410 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə o, taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilini taksi duracağında saxlasa da onun barəsində İXM-in 346.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İdarə etdiyi avtomobilin taksi fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasında iştirak edən X5 şikayətinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, sözügedən avtomobil (**-YT-*** dövlət qeydiyyat nişanlı) onun istifadəsindədir və hazırda həmin avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. Həmin sənədlər iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilir. xx.xx.2026-cı il tarixdə taksi duracağında dayanaraq sərnişin sifarişini qəbul etmək və onu ünvana çatdırmaq üçün qısa müddətli vaxt dövrü ərzində həmin duracaqda dayanmış və sərnişin avtomobilə əyləşdikdən sonra duracağı tərk etmişdir. Göründüyü kimi o, taksi fəaliyyəti ilə məşğul olsa da həmin duracaqda dayanarkən hər hansı sui-istifadə halına yol verməyərək uzun müddət o ərazidə qalmamışdır. Sərnişin sifarişini qəbul etmiş və oradan uzaqlaşmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsi Dövlət X11 nümayəndəsi X2 Çingiz Seyfulla oğlunun təqdim etdiyi sənədlərlə tanış olmuş və qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Səbail RPİ-nin X12 Şöbəsinin xx.xx.2026-cı il tarixli EQ seriyalı 33568410 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin X12 Şöbəsinin xx.xx.2026-cı il tarixli EQ saylı 33568410 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2026-cı il tarixdə saat 15:26-da “Jac S3 Pro” minik markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobili Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində saxlayarkən yol hərəkəti qaydalarını pozaraq taksi duracağında taksi minik avtomobili olmayan nəqliyyat vasitəsini saxlamış və buna görə də Azərbaycan Respublikası İXM-in 346.6-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydalarının pozuntusuna yol verilməmişdir. Belə ki, şikayətçi X5 tərəfindən məhkəməyə təqdim edilmiş TDK97269 nömrəli Buraxılış Kartından görsənir ki, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin taksi minik avtomobili kimi sərnişin daşıma icazəsi vardır. Həmçinin, şəxsin taksi fəaliyyəti ilə məşğul olmasını təsdiq edən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş TAS ******* nömrəli Şəhadətnamə mövcuddur. Bundan başqa taksi sifarişlərinin qeydə alınması ilə bağlı mobil tətbiqə məhkəmə tərəfindən məhkəmə iclas zalında baxış keçirilərkən həqiqətən sözügedən şəxsə xx.xx.2026-cı il tarixdə saat 15:04 radələrində sifariş gəldiyi görsənmişdir. Bütün bu sadalanan hallar şəxsin əməlində inzibati xəta tərkininin olmamasını sübut edir. Odur ki, iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinin tələbinə əsasən, yəni şəxsin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Səbail RPİ-nin X12 Şöbəsinin xx.xx.2026-cı il tarixli EQ saylı 33568410 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Səbail RPİ-nin X12 Şöbəsinin xx.xx.2026-cı il tarixli EQ seriyalı 33568410 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin Mərkəzi İnformasiya sistemində X3 adına qeyd edilmiş xx.xx.2026-cı il tarixli EQ saylı 33568410 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar