Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-166/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X13 qızının katibliyi ilə katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 26 yanvar 2026-cı il tarixli 00100-00370/26 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X3 protokolu müdafiə edərək bildirmişdir ki, şirkət bəyannamədə malı 24 ay müddətinə gətirəcəyini qeyd edir. Lakin 25 ay yaza bilməz. Çünki maksimum limit var. 24 ayın bitməsinə 1 ay qalmış Gömrük orqanına müraciət edərək Nazirlər Kabinetinin qərarına əsasən 1 il müddətinə uzadıla bilər. 2023-2024-cü illər bəyannamədə göstərilmiş, 2025-ci il isə uzadılma əsasında qanuni sayılır. Yenidən müraciət edilsə idi, Nazirlər Kabinetinin qərarına əsasən yenidən uzadıla bilərdi. Uzadılma limitli deyildir, bir neçə dəfə uzadıla bilər. Əsas şərt vaxtı bitməmiş müraciət edilməsidir. Şəxs MMC barəsində müvafiq müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X10 protokola etiraz edərək bildirmişdir ki, prosesin gedişatından xəbərləri olmamışdır. Sadəcə iş məhkəməyə göndərildikdə xəbərləri olmuşdur. İnzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Rəsmiləşdirmə Mərkəzinin rəisi Elşən Zeynalov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs MMC tərəfindən **********7614 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti 12 dekabr 2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96 olan Şəxs (VÖEN: **********) tərəfindən **********7614 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, 26 yanvar 2024-cü il tarixli **********7614 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş “yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi xx.xx.2025-ci il tarix, Şəxs MMC tərəfindən verilmiş 3-33-1100/1-035148/2024 nömrəli xx.xx.2024-cü il tarixli müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında xx.xx.2025-ci il tarix müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X10 məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyd qanunsuzdur, çünki qeyd olunan olunan protokolun tərtib edilməsi MR8000 "Qazma qurğusu" (hansı ki, həmin qazma qurğusu müəyyən hissələrdən ibarətdir və daşıma zamanı həmin qazma qurğusunun vahid/tam şəkildə daşınması mümkün olmadığından qurğu sökülərək hissəvi şəkildə daşınmışdır) "X8 X9 (TPAO)" ilə "Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş" arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, Türkiyə Respublikasına göndərilmiş və neft və qaz quyularının qazılması üçün hazırda Türkiyə Respublikasında dövlət layihəsi olan qazma işlərində istifadə olunmaqdadır. Hal-hazırda həmin “Qazma qurğusu" "X8 X9 (TPAO)” şirkətinin fəaliyyət göstərdiyi aktiv layihə çərçivəsində qazma xidmətləri göstərən "X12 San. ve Tic. A.Ş" şirkətinə eyni layihədə qazma işlərinin davam etdirilməsi üçün icarəyə verilmişdir və bununla bağlı "xxxx" MMC ilə "X12 San. ve Tic. A.Ş" arasında 10 noyabr 2025-ci il tarixli "İcarə Müqaviləsi” də bağlanmışdır. “X12 San. ve Tic. A.Ş” tərəfindən verilmiş 10 fevral 2026-cı il tarixli "Arayış” da bunu təsdiq edir. Başqa sözlə, həmin layihə başa çatmadığı üçün hazırda həmin qazma qurğusunun ölkə ərazisinə geri qaytarılması heç bir məntiqə uyğun gəlmir və məhz bu səbəbdən bu bizim iradəmizdən asılı olmayan hallara görə baş vermişdir. Məhkəmənin diqqətinə həmçinin çatdırmaq istəyir ki, Şəxs MMC 2007-ci ildə 1) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 2) Nobel Energy və 3) Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. “SOCAR-AQŞ" MMC ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz VƏ etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. "xxxx" MMC 2009-cu ildən X4 Assosiasiyasının (İADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC ölkədə APİ (X5/X11) Q2 sertifikatına sahib olan yeganə yerli qazma şirkəti olduğundan "xxxx" MMC həmin sertifikatın tələblərinə uyğun qaydada fəaliyyət göstərməlidir və həmin sertifikat yalnız "xxxx" MMC-də olduğu üçün Azərbaycan Respublikası tərəfindən xüsusi dövlət əhəmiyyətli və mürəkkəb quyuların qazılması məhz Şəxs MMC-yə həvalə edilir. Bu isə öz-özlüyündə əlavə məsuliyyət yaratmaqla bərabər həm də dövlətin xüsusi nəzarətini "SOCAR-AQŞ” MMC-nin üzərində cəmləşdirmiş olur. Belə ki, "xxxx" MMC-də dövlətin də payının olması (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi SOCAR-AQŞ MMC-də müvafiq paya sahibdir) öncə qeyd olunanların əyani sübutudur. Lakin biz hazırkı vəziyyətdə bunun şahidi oluruq ki, dövlət orqanı olan AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi dövlət payı olan şirkətin cəriməyə məruz qalması üçün "Protokol” tərtib edib baxılması üçün məhkəməyə göndərmişdir. Yuxarıda qeyd olunanlara əsasən, haqlı olaraq hesab edirik ki, “İnzibati xəta haqqında" xx.xx.2026-cı il tarixli, 00100-00370/26 nömrəli "Protokol” qanunsuz və əsassızdır və bu səbəbdən həmin "Protokol” məhkəmə tərəfindən ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, “SOCAR-AQŞ" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4991.1-ci bəndi üzrə məsuliyyətə cəlb olunması barədə “Protokol” tərtib edilərkən “İnzibati Xətalar” Məcəlləsinin bir çox müddəaları pozulmuşdur. Həmçinin bildirir ki, AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci bəndi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2026-cı il tarixli, 00100-00370/26 nömrəli "Protokol” tərtib edilərkən Şəxs MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin "Protokol” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “Protokol”un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. "Protokol"un sonunda tarix yerləri isə boş buraxılaraq növbəti pozuntuya yol verilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli "Plenum Qərarı”na əsasən, “İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair" 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər." Hazırda qeyd olunan məsələyə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli "Plenum Qərarın"da qeyd olunan hüquqi mövqe ilə yanaşsaq biz SOCAR-AQŞ” MMC-nin baş vermiş hadisədə təqsirsiz olmasını müəyyən etmiş olurlar. “Yuxarıda qeyd olunanlara əsasən haqlı olaraq hesab edirik ki, Şəxs MMC barəsində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2026-cı il tarixli, 00100- 00370/26 "Protokolu" qanunsuz və əsassız olduğundan o ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin bildirmək istəyir ki, tərəfimizdən müddətin uzadılması ilə bağlı AR-nın Nazirlər Kabinetinə xx.xx.2026 tarixli məktubla müraciət edilmiş, lakin qeyd olunan dövlət orqanından müvafiq cavab verilmədiyi üçün biz cavab məktubunu hazırda məhkəməyə təqdim edə bilmirlər. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXMnin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 499.1 maddəsinə (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması adlı) əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: 499.1.1. 15 günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər 150 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq, "SOCAR-AQŞ” MMC barəsində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilən “İnzibati xəta haqqında” xx.xx.2026-cı il tarixli “Protokolu”n ləğv edilməsi və inzibati xəta haqqında icraat aparılan Şəxs MMC barəsində başlanılmış icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) məlumat bazasından çıxarışdan görünür ki, öhdəlik müddəti üçün son tarix xx.xx.2025-ci il tarixi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 128-130 və 499.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(5-102)-166/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-166/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver