Məhkəmə qərarları › İş №3(5-102)-203/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-203/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-203/2026 12.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nin icraçı direktoru Şəxs, Zərərçəkmiş şəxs və Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1965-ci ildə Naxçıvan MR, Culfa rayonu, Əbrəqunus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) "xxxx" MTK-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli icra sənədi üzrə "xxxx" MTK-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1995/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin Zərərçəkmiş şəxs verilməsi öhdəliyi "xxxx" MTK-ya həvalə edilməsi və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1995/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin Zərərçəkmiş şəxs verilməsi öhdəliyi "xxxx" MTK-ya həvalə edilmiş və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. İcra sənədi 16 oktyabr 2025-ci il tarixdən İcra şöbəsinə daxil olub, icraata başlama haqqında qərar qəbul edib borclunun poçt ünvanına göndərilmişdir. Bundan sonra icra tədbirlərinə başlanılmış və borcluya məxsus mobil nömrələrə SMS bildirişlər göndərilmiş, çağırışlar edilmişdir. Borclu tələbin icrasını yerinə yetirməmişdir. Odur ki, borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində icraaat aparılan şəxs "xxxx" MTK-nin icraçı direktoru Şəxs izahatında bildirmişdir ki, adı çəkilən mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci ildə orderlə X1 verilmişdir. Bu mənzil o adama məxsusdur. Aydın rəhmətə gedib onun varisi ortaya çıxsa ona cavab verə bilməyi üçün ona məhkəmənin qərarı lazımdır. Zərərçəkmiş şəxs adı heç bir yerdə keçmir. Mənzilin 350.000 manat dəyəri var. İcra etməməsinin səbəbi məhkəmə qərarının olmamasıdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, mənzili 14 il öncə almışıq. 9 ildir ki, binaya çıxarış verilib, lakin Şəxs sənədləri vermək istəmir, 14 il əvvəl kimin adına alınıbsa ona vermək istəyir, həmin insan gəlir ona da vermək istəmir deyir sənin bacına verəcəm, bacısı da rəhmətə gedib. 14 ildir bunları bir araya yığa bilmirik. Mənzili satan insan, anası, qardaşı, atası və bacısı rəhmətə gedib – bütün sənədləri toplamışıq. Şəxs heç bir məhkəmədə iştirak etməyib. Həmin evi satan şəxsin verdiyi etibarnamə və ailə üzvlərinin razılığı barədə sənədlərimiz var. Məhkəmədən Şəxs barədə qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli icra vərəqəsindən məlum olur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1995/2025 nömrəli qətnaməsinə əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin Zərərçəkmiş şəxs verilməsi öhdəliyi "xxxx" MTK-ya həvalə edilməsi və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1995/2025 nömrəli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(009)- 1995/2025 saylı qətnaməsinin nəticə hissəsində qət edilən "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin Zərərçəkmiş şəxs verilməsi öhdəliyi "İdeal-İnşaat” MTK-ya həvalə edilsin" sözləri "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyət hüququnu əldə etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilməsi üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin Zərərçəkmiş şəxs adına və Zərərçəkmiş şəxs verilməsi öhdəliyi “İdeal- İnşaat" MTK-ya həvalə edilsin” kimi izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1995/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından əlavə olunmuş, Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MTK-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. "xxxx" MTK-nin icraçı direktoru Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1995/2025 nömrəli qətnaməsi ilə "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında yerləşən 134,3 kv.m sahəsi olan 3 otaqlı mənzilə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin (MTK-nın ümumi yığıncağının qərarından çıxarış, maliyyə arayışı və digər zəruri sənədlər) Zərərçəkmiş şəxs adına hazırlanaraq ona verilməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulmuş, həmçinin dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş, eləcə də onun icrasının dayandırılması barədə hər hansı qərar qəbul edilməmişdir. Bu səbəbdən qətnamə qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları Azərbaycan Respublikasının Konstitusiyasından və prosessual qanunvericilikdən irəli gələn hüquqi müəyyənlik və məhkəmə qərarlarının məcburiliyi prinsiplərinə uyğun olaraq dövlətin bütün orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir və onların icrası təmin olunmalıdır. Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borcluya qanunla nəzərdə tutulmuş qaydada könüllü icra üçün müddət təyin edilmiş, bu barədə ona rəsmi bildiriş göndərilmişdir. İş materiallarında olan sübutlar borclunun icra sənədinin məzmunu və icra tələbi barədə məlumatlandırıldığını təsdiq edir. Lakin müəyyən edilmiş müddət ərzində borclu üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməmiş, icra sənədinin icrası təmin olunmamışdır. Barəsində inzibati icraat aparılan şəxs məhkəmə iclasında qətnamə ilə razı olmadığını bildirsə də, məhkəmə qeyd edir ki, məhkəmə aktına münasibətdə subyektiv narazılıq onun icrasından yayınmaq üçün hüquqi əsas təşkil etmir. Qanunvericilik məhkəmə aktından narazı qalan tərəfə onu yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququ vermişdir. Lakin həmin hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə edilmədikdə və məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra həmin aktın icrası məcburi xarakter alır və tərəflər üçün icrası zəruri olur. Belə olan halda, borclunun qətnamə ilə razılaşmaması və bunu əsas gətirərək icra sənədinin tələblərini yerinə yetirməməsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz və onu icra öhdəliyindən azad etmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsi hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirir. "xxxx" MTK-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən, o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X4 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halın olmamasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MTK-nin icraçı direktoru Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, "xxxx" MTK-nin icraçı direktoru Şəxs təyin edilən cərimənin məbləği 1200 (min iki yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: "xxxx" MTK-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1200 (min iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar