Məhkəmə qərarları › İş №3(5-102)-205/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-205/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-205/2026 10.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, İnzibati xəta hqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 yanvar 2026-cı il tarixli tarixli qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 23 yanvar 2026-cı il tarixli, EQ 33438734 saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X1 yaşayış yeri Masallı rayonu, Təzəkənd kəndidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hərəkətsizliklə törədildiyindən fiziki şəxsin yaşayış yeri inzibati xətanın törədildiyi yer hesab olunur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru X5 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş X2, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialların baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə görə isə həmin Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olubolmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayət ona əlavə edilmiş sənədlərdlə birlikdə aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 yanvar 2026-cı il tarixli, EQ 33438734 saylı qərarından şikayəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilsin. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar