Məhkəmə qərarları › İş №3(5-102)-208/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-208/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-208/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Quliyeva Afət Xansıvar qızı, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti (vəsatəti) və ona əlavə edilmiş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyənetdim: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayəti və şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatəti daxil olmuşdur. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsi şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protestin bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilməsini müəyyən etmişdir. Şikayət ərizəsində qeyd olunan vəsatəti, yəni şikayətə şəxsin yaşayış yeri üzrə baxılması barədə vəsatəti nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli qərardan verdiyi şikayət üzrə vəsatətə baxılması Bakı şəhəri Səbail Rayon Məhkəməsinin səlahiyyətlərinə aid deyil, həmin vəsatət münasibət bildirilməsi üçün inzibati xətanın törədildiyi yeri üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, iddia edilən inzibati xəta hadisəsi Bakı şəhəri Suraxanı rayonu ərazisində törədilmiş, vətəndaş X2 şikayət ərizəsində şikayətə onun yaşadığı yer üzrə baxılmasını xahiş etmişdir. Şikayətə şəxsin yaşayış yeri üzrə baxılması barədə vəsatət Suraxanı Rayon Məhkəməsinə deyil, Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir (məhkəmə şikayət ərizəsinin xahiş etdi hissəsinin 2-ci abzasını vəsatət kimi qiymətləndirmişdir). Lakin iş materiallarında olan məlumatların elektron sorğulanmasına dair “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, X1 yaşayış ünvanı ünvan 1 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixli Qərarına əsasən....inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. xx.xx.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Azərbaycan Respublikası İXM-nin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, habelə bu Məcəllənin 129.1-1-ci maddəsində nəzərdə tutulan vəsatət təmin edildikdə şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırki iş üzrə törədilməsi iddia edilən inzibati xətanın törədilmə yeri Bakı şəhəri Suraxanı rayonu ərazisidir. X2 tərəfindən verilmiş vəsatət ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinin mahiyyətinə əsasən şikayətə şikayət vermiş şəxsin yaşayış yeri üzrə baxılmasına dair verilmiş vəsatət şikayətlə birlikdə inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli və həmin vəsatət təmin edildikdə şikayət bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbi baxımından X2 tərəfindən verilmiş vəsatət inzibati xətanın törədildiyi yer üzrə Suraxanı Rayon Məhkəməsində baxılıb həll edilməlidir. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118,129,132-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar