Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-224/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33580891 nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi, cərimələrin ləğv edilərək vəsaitlərin vətəndaşa geri qaytarılması və dayanma qadağandır nişanının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33580891 nömrəli qərarından şikayət verərək qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi, cərimələrin ləğv edilərək vəsaitlərin vətəndaşa geri qaytarılması və dayanma qadağandır nişanının ləğv edilməsin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin səlahiyyətli şəxs tərəfindən verilmədiyi üçün geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə şikayət ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X2 X1 barəsində qəbul edilmiş qərarı mübahisələndirməyə subyektiv hüququ olmadığından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 114, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ33580891 nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi, cərimələrin ləğv edilərək vəsaitlərin vətəndaşa geri qaytarılması və dayanma qadağandır nişanının ləğv edilməsinə dair verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(5-102)-224/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-224/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver