Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-252/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X1 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ seriyalı 33683462 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə inzibati inzibati tənbeh vermə haqqında qərarı və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 08 iyul 2025-ci il tarixli, 239- VİİQD nörməli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsi üzrə 129.1.3-cü maddəsində dəyişiklik edilmiş, Məcəlləyə yeni 129.1.3-1-ci maddə əlavə olunmuş və həmin dəyişikliklər 05 avqust 2025ci il tarixdə qüvvəyə minmişdir. (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTACın) rəsmi internet saytı, 5 avqust 2025-ci il) Qeyd olunan dəyişikliklərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü və 129.1.3-1-ci maddələri aşağıdakı redaksiyalarda verilmişdir: “129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixli Qərarına əsasən....inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. xx.xx.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarında olan məlumatların elektron sorğulanmasına dair “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, X2 yaşayış ünvanı Şəki şəhəri, Yuxarı baş məhəlləsi, Güləlili küçəsi, ev 5 ünvanıdır. Beləliklə, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar elektron qərar olduğundan və onun yaşayış yeri Şəki rayonu ərazisi olduğundan qanunvericiliyin tələbi baxımından verilmiş şikayət Şəki Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ seriyalı 33683462 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilsin. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(5-102)-252/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-252/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver