Məhkəmə qərarları › İş №3(5-102)-263/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-263/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-263/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi Protokol tərtib etmiş orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, Şamaxı rayonu, Şamaxı şəhəri, X8 küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Səbail rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında işə baxılarkən işin aidiyyatı üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək faktiki yaşadığı ünvanın Şamaxı rayonu, X8 küçəsi, ev 10 olmasını təsdiq edərək inzibati xəta haqqında işin aidiyyatı üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yetkinlik yaşına çatmadığından və yaşayış yeri Şamaxı rayonu ərazisində yerləşdiyindən iş baxılması üçün ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı vəkil bürosunun bank hesabına köçürülsün. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar