Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-27/2026 08.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları: Məhkəmənin icraatına X1 Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi: İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X1 Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsini müəyyən etmək olmur. Qeyd edilən qərardan şikayət verilmə müddəti qanunvericiliklə 10 gün müəyyən edilmiş, müvafiq qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, qərardan xx.xx.2025-ci il tarixli şikayət isə məhkəməyə xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. Məhkəmə qeyd edir ki şikayətçi tərəfindən şikayətə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarı əlavə etsə də qərarı nə vaxt rəsmi şəkildə alması barədə məlumatı şikayətə əlavə etməmişdir. Belə ki, iş materiallarından görünür ki, inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın şikayətçiyə hansı tarixdə və hansı üsulla (şəxsən, poçt vasitəsilə, elektron qaydada və s.) təqdim edilməsi barədə hər hansı sübut və ya məlumat iş materiallarına əlavə edilməmişdir. Bu hal qərardan şikayət vermə müddətinin başlanğıc anının müəyyən edilməsinə imkan vermir. Qərarın qəbul edildiyi tarix ilə şikayətin məhkəməyə daxil olduğu tarix arasında əhəmiyyətli vaxt fərqi olmasına baxmayaraq, inzibati tənbeh haqqında qərarın şikayətçiyə rəsmi qaydada təqdim edildiyi tarix müəyyən edilmədiyindən, şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyi barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Bundan sonra isə işə aidiyyəti üzrə baxılması üçün inzibati xətanın törədilmə yerinin, vaxtının müəyyən edilməsi və inzibati tənbehin hansı əsaslara görə verilməsi öyrənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq xarakter daşımır və qanunla müəyyən edilmiş müddətlər çərçivəsində həyata keçirilir. Müddət tələblərinin tətbiqi hüquqi müəyyənliyin təmin edilməsinə və icraatın səmərəliliyinə xidmət edir. Qanunvericilik şikayət vermə müddətinin üzrlü səbəblərdən buraxılması hallarında həmin müddətin bərpası imkanını da nəzərdə tutur. Lakin bu halda şikayətçi üzrlü səbəbləri əsaslandıran müvafiq vəsatət və sübutlar təqdim etməlidir. Hazırkı şikayətdə isə bu cür vəsatət və sübutlar mövcud deyildir. Həmçinin qeyd edilir ki, məhkəmənin bu mövqeyi şikayətçinin hüquqlarının məhdudlaşdırılmasına deyil, inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmasına xidmət edir. Məhkəmə əlavə olunmuş sənədlərdən çıxış edərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, şikayətdəki nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından X2 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-27/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-27/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver