Məhkəmə qərarları › İş №3(5-102)-273/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-273/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-273/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, X2nun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30742879 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, **-DK-*** dövlət qeydiyyat nişanlı “Opel Astra" markalı minik maşını faktiki olaraq onun tərəfindən satılmışdır, vermiş olduğu etibarnamənin müddəti ötdüyü üçün cərimələr ona tətbiq edilmişdir. Şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 34.3, 43.1, 48, 57.1, 61, 75, 76, 78, 101.1, 106, 109, 112, 115, 117, 128.1, 128.2.3, 130.1-ci maddələrinə istinad edərək barəsində olan xx.xx.2025-ci il tarixli EQ 30742879 saylı inzibati tənbeh vermə barədə protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək qeyd etmişdir ki, göstərilən inzibati xətaya dair cərimələr ona aid deyildir, həmin xətalar avtomobili satdığı şəxs tərəfindən törədilmişdir. O bildirmişdir ki, avtomobili satdıqdan sonra 14 il ərzində onu idarə etməmişdir və yeni avtomobil almaq istəyərkən adına cərimələrin mövcud olduğunu aşkar etmişdir. Şikayətçi həmçinin qeyd etmişdir ki, hazırda mübahisələndirilən inzibati xətanı törətmiş şəxs məhkəmə iclasında şahid qismində iştirak edən Şahiddur və həmin şəxs inzibati xətanı özü tərəfindən törətdiyini etiraf etmişdir. O, eyni zamanda videoyazılarda nəqliyyat vasitəsini idarə edən şəxsin üzünün aydın göründüyünü vurğulamışdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30742879 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X12 İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, nəqliyyat vasitəsi ümumi istifadədə olan zolağa daxil olaraq hərəkətini davam etdirmişdir. O qeyd etmişdir ki, şəxsin bu barədə məlumatı olmuş, lakin oktyabr ayından gözlədikdən sonra hazırda şikayət verməsi ağlabatan deyildir. Nümayəndə həmçinin nəqliyyat vasitəsinin satılması ilə bağlı halın mübahisəli olduğunu bildirmişdir. O vurğulamışdır ki, inzibati xəta ilə bağlı video yazı mövcud deyildir, yalnız fotoşəkil vardır və həmin fotoşəkildə inzibati xətanı törədən şəxsin üzü aydın görünmür.Bununla əlaqədar olaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid bildirmişdir ki, X5 məxsus avtomobili etibarnamə əsasında idarə etmişdir. O, Vətən müharibəsi qazisi olduğunu, müharibədən sonra yaddaşının zəiflədiyini və etibarnamənin bitmə tarixini unutduğu üçün cərimələrin Rüstəm Hüseynovun adına rəsmiləşdirildiyini qeyd etmişdir. Bildirmişdir ki, avtomobil 2014cü ildən onun istifadəsində olmuş, nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilənədək onda olmuş və həmin müddətdə avtomobili özü idarə etmişdir. Nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilənədək törədilmiş bütün inzibati xətaları özü tərəfindən törətdiyini etiraf etmişdir. Şahid, ona verilən suallara cavab olaraq, SMS xəbərdarlığın onun köhnə nömrəsinə göndərildiyini bildirmişdir. X1 oktyabr ayının 26-da yenidən etibarnamə aldığını, ardıcıl olaraq avtobus zolağına daxil olmasının səbəbinin epilepsiya xəstəliyi ilə bağlı olduğunu və maddi vəziyyəti ilə əlaqədar cərimələri ödəyə bilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 18:23-də Bakı şəhəri Moskva prospekti, Avtobus dayanacağı, Şamaxinka istiqaməti ərazisində “X14” markalı 99DK462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “327.1-1, 5.9, 5.10.1 - 5.10.3 nişanları ilə nişanlanmış, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş-hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqla hərəkət etmə” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsaasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN X12 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X4 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki məhkəmə iclasında şikayət vermiş şəxsin və Şahid səsləndirdiyi fikirlər əsasında müəyyən edilir ki, X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunan xx.xx.2025-ci il tarixdə saat 18:23-də Bakı şəhəri Moskva prospekti, Avtobus dayanacağı, Şamaxinka istiqaməti ərazisində qeyd olunan qayda pozuntusunu onun tərəfindən törədilməsində aşkar şübhələr mövcuddur. İş materiallarından və məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən edilir ki, şikayətçi inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin onun deyil, digər şəxs – Şahid istifadəsində olduğunu bildirmiş, həmin şəxsin kimliyini konkret göstərmiş və bu barədə əsaslandırılmış izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş həmin şəxs nəqliyyat vasitəsini uzun müddət etibarnamə əsasında idarə etdiyini və mübahisələndirilən inzibati xətanı özü tərəfindən törətdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İXM-in 122.7-ci maddəsinin tələbinə görə, şikayətdə göstərilən məlumatlar təsdiq edildiyi halda inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görülməlidir. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin faktiki istifadəçisi barədə göstərilən məlumatların əsassız olduğu müəyyən edilməmiş, əksinə, şahidin ifadəsi ilə həmin hallar təsdiqini tapmışdır. Bu baxımdan, səlahiyyətli orqan tərəfindən nəqliyyat vasitəsinin faktiki idarə edəni müəyyən etmədən və şikayətçinin göstərdiyi halları tam, hərtərəfli və obyektiv araşdırmadan inzibati tənbeh haqqında qərar qəbul edilməsi İXM-in 122.7-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyət fərdi xarakter daşıyır və hüquqazidd əməli bilavasitə törətmiş şəxsin məsuliyyətə cəlb olunması inzibati hüququn əsas prinsiplərindən biridir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini özündə birləşdirən və həmin əməli təqsirli şəkildə törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. İş materiallarından görünür ki, inzibati xəta xüsusi texniki vasitə ilə qeydə alınmış, lakin təqdim edilmiş materiallarda nəqliyyat vasitəsini faktiki olaraq idarə etmiş şəxsin kimliyini müəyyən etməyə imkan verən kifayət qədər və mötəbər sübutlar mövcud olmamışdır. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin inzibati xətanı özü tərəfindən törətdiyini etiraf etməsi və nəqliyyat vasitəsinin uzun müddət onun istifadəsində olması barədə ifadəsi iş üzrə mühüm əhəmiyyət kəsb edən hal kimi qiymətləndirilməlidir. Bundan əlavə, məhkəmə vurğulayır ki, inzibati xəta haqqında iş üzrə sübutetmə vəzifəsi inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxsin təqsirli olması barədə aradan qaldırılmamış şübhələrin mövcudluğu şəxsin xeyrinə həll edilməlidir. İnzibati məsuliyyətə cəlb edilən şəxsin təqsiri yalnız mötəbər, kifayət qədər, qanuni üsulla əldə edilmiş və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçinin göstərdiyi məlumatlar hüquqi baxımdan əhəmiyyətli olmaqla araşdırılmalı və təsdiq edildiyi təqdirdə inzibati xətanı faktiki törətmiş şəxsin məsuliyyət məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X7 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən natamam araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar