Məhkəmə qərarları › İş №3(5-102)-297/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-297/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-297/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə xx.xx.1994-cü il təvəllüdlü, azərbaycanlı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 19-cu küçə, fərdi tikilidə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci PB-si tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokola əsasən Əhmədov X2 qəsəbəsində yerləşən qəbirsanlıqda olarkən xidmətdə olan polis əməkdaşları onalara yaxınlaşmış, polis əməkdaşları burda nə işlə məşğul olursunuz sualına qeyri etik cavab verərək onların qanuni tələblərinə tabe olmamışlar. Bununla əlaqədar Səbail rayon PB-nin 41-ci Polis Bölməsinin sahə inspektoru Şəxs tərəfindən Şəxs barəsində AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə Badamdar qəbirsanlığı ilə yaşadığı evə qohumu Elman və yetkinlik yaşına çatmayan digər qohumu ilə gedərkən polis əməkdaşları onlara yaxınlaşmış, həmin vaxt o, əlindəki telefonla danışarkən əməkdaş telefona baxmaq istəmiş, o, bunun şəxsi olduğunu bildirmiş, polis əməkdaşı onu təhqir etmiş, mübahisə yaranmış, polis əməkdaşları Elmanla onu bölməyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN X6 serjantı X3 ifadəsində göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə 21:20 radələrində polis serjantı X4 ilə xidmətdə olarkən Badamdar Qəbirsanlığı içərisində 3 nəfərin getdiyini görmüş, onlara yaxınlaşaraq hara getdiyini soruşmuş, onlardan sərxoş vəziyyətdə olan Bəhrəm demişdir ki, burada yaşayırlar. Bura yaşayış yeri olmadığını dedikdə Bəhrəm onu təhqir etmiş, söyüş söymüş bununla əlaqədar polis bölməsinə həmin şəxslər dəvət olunmuş, onların qanuni tələblərinə tabe olmayaraq avtomaşına minmək istəməmişlər, müqavimət göstərmişlər, onları polis bölməsinə gətirmişlər və raport tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində DİN X6 serjantı X4 şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə toplanmış materialları araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməməsi, məsuliyyətdən yayınma, özünü müdafiə xarakteri daşıyır. İş üzrə Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş MN ******* seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi faktı tam təsdiq olunur. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs polisin qanuni tələblərinə riayət etməyərək öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə tabe olmamaqla, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etməsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, 2-ci Qarabağ müharibəsində iştirak etməsini, inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar